

www.nice.az » Xəbərlər » ATV Kanalı Satıldı
ATV Kanalı Satıldı

ATV kanalı satıldı Son həftələr ərzində mətbuatda və cəmiyyətdə barəsində müxtəlif xəbərlər dolaşan ATV kanalı başqa əllərə keçib. Redaksiyamıza daxil olan məlumatlara görə telekanalın və ATV qrupuna aid digər media qurumlarının artıq yeni sahibi var. Bu, fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Məlumatlara görə bir neçə gündür telekanalda təhvil-təslim prosesi gedir. Kanalın hansı şərtlərlə “fövqəlnazirâ€in nəzarətinə keçməsi barədə açıqlama verilmir.Lakin sızan məlumatlar onu göstərir ki, söhbət adi biznes sövdələşməsindən deyil, Prezident Administrasiyasında qəbul edilmiş qərardan gedir. Belə məlumatlar var ki, bu telekanalın işi bir neçə dəfə Prezident Administrasiyasında mənfi yönümlü müzakirələrə səbəb olub. Telekanalın keçmiş sahiblərinə ATV-nin fəaliyyətini yenidən qurmaq tapşırılıb, lakin aparılan işlər, göstərilən cəhdlər arzu olunan nəticəni verməyib. Nəhayət qərara alınıb ki, ATV-ni “abıra salmaq†üçün yeganə yol onu daha qüdrətli əlin-Kəmaləddin Heydərovun nəzarətinə verməkdir. Ona görə də kanalın sahiblərinə ATV-ni könüllü şəkildə “fövqəlnazirə†təhvil vermək əmri gəlib. Qeyd edək ki, ATV-nin sahiblərinin diaspor naziri Nazim İbrahimov və onun qardaşı Tağı İbrahimov olduğu məlumdur. Son vaxtlar telekanalda şou xarakterli bəzi proqramların aparıcıları bir-birinin ardınca efiri tərk etməsi, ATV daxilində ciddi narazılıqların hökm sürməsi, rəhbərliyin yaranmış böhranı aradan qaldırmaq üçün intensiv iclaslar keçirməsi barədə xəbərlər yayılıb. Həmçinin, efirdə bir-iki dəfə yüksək hakimiyyət rəhbərlərini qəzəbləndirən səhvlərə yol verildiyi barədə xəbərlər dolaşmağa başladı. Məsələn, izləyənlər onun şahidi olublar ki, dekabrın 31-də telekanal titrlərlə ölkə prezidentinin xalqa Yeni İl müraciətinin olacağı barədə anonslar verib; bu zaman hansısa texniki qüsurlar üzündən ekranda cizgi filmi qəhrəmanlarından birinin 1-2 saniyəlik kadrları görünüb. Doğrudur, məhz bu insidentin ATV-nin başqa əllərə keçməsində nə dərəcədə rol oynaması məlum deyil. Lakin o məlumdur ki, telefirin bütünlüklə hakimiyyətin nəzarətində olduğu ölkədə özəl kanallardan biriylə bağlı siyasi rəhbərlikdə narazılıq mövcud idi. Bu narazılıq sonda yuxarıların müdaxiləsi ilə iki oliqarx arasında sürpriz mülkiyyət dəyişikliyinə gətirib çıxarıb.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: Muslim_Girl |
Baxış sayı : 469 |
Rəylərin sayı (4) |
19 yanvar 2011




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!