www.nice.az » Xəbərlər » Hərbi qulluqçular Mübariz İbrahimov və Fərid Əhmədov II Fəxri Xiyabanda dəfn olundu [Foto+Video]
Hərbi qulluqçular Mübariz İbrahimov və Fərid Əhmədov II Fəxri Xiyabanda dəfn olundu [Foto+Video]
Bu xəbəri dostlarınla paylaş:
Hərbi qulluqçular Mübariz İbrahimov və Fərid Əhmədov II Fəxri Xiyabanda dəfn olunacaqlar
Hərbi qulluqçular Mübariz İbrahimov və Fərid Əhmədov II Fəxri Xiyabanda dəfn olunacaqlar. Bu barədə bazar günü APA-ın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov bildirib.
Şənbə günü Ermənistan Azərbaycan tərəfə hərbi qulluqçular Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərini qaytarıb.
Gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar.
Azərbaycan Respublikası Prezidentinin 22 iyul tarixli sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında müstəsna xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Oktyabrın 27-də Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan arasında üçtərəfli görüş keçirilib. Görüşün yekunları üzrə imzalanan Birgə Bəyannamədə deyilir: "Ermənistan və Azərbaycan prezidentləri ilk addım kimi ATƏT-in Minsk qrupunun və Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə hərbi əsirlərin və həlak olanların meyitlərinin mübadiləsini etmək barədə razılığa gəliblər".
Cümə axşamı Azərbaycan erməni tərəfinə intihar edən Manvel Sarıbekyanı təhvil verib, Ermənistan isə Azərbaycan vətəndaşı Eldar Tağıyevi əsirlikdən azad edib.
Azərbaycanın hərbi qulluqçuları Mübariz İbrahimov və Fərid Əhmədov`un dəfn mərasiminə hazırlıq başlayıb
"Onlar şəhiddirlər və onların yeri Peyğəmbərlə birdir", - bu barədə bazar günü Bakıda "Təzə Pir" məscidində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
Hərbi qulluqçularla vida mərasimi bu gün Azərbaycan Müdafiə Nazirliyinin binasında keçiriləcək.
Şənbə günü Ermənistan Azərbaycan tərəfinə hərbi qulluqçular Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərini qaytarıb.
"Bu, bütün Azərbaycan xalqı üçün ağır itkidir. Bununla əlaqədar olaraq xalqımıza baş sağlığı verirəm", - Şeyxülİslam deyib.

Azərbaycanın şəhid hərbçiləri Mübariz İbrahimov və Fərid Əhmədov`la vida mərasimi başa çatıb
APA-nın məlumatına görə, şəhidlərin cənazələri Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzindən onların dəfn olunacağı 2-ci Şəhidlər Xiyabanına yola salınıb.
Qeyd edək ki, şəhid hərbçilərimizlə Təlim Tədris Mərkəzində vida mərasimi keçirilib. Mərasimdə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də iştirak edib.
Mərasimə Müdafiə Nazirliyinin rəhbərliyi, hərbçilər, ictimaiyyət nümayəndələri, xeyli sayda vətəndaş qatılıb.
Azərbaycanın şəhid hərbçiləri Mübariz İbrahimov və Fərid Əhmədov dəfn olunub
APA-nın məlumatına görə, II Şəhidlər Xiyabanında keçirilən mərasimdə Müdafiə Nazirliyinin Hərbi Orkestrinin ifasında Azərbaycanın dövlət himni səsləndirilib. Yaylım atəşi açılıb.
Hazırda Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının şəxsi heyəti şəhidlərin məzarını ziyarət edir.
Mərasimdə Müdafiə naziri Səfər Əbiyev, Milli təhlükəsizlik naziri Eldar Mahmudov, hərbçilər, ictimaiyyət nümayəndələr, sadə vətəndaşlar iştirak ediblər.

![Hərbi qulluqçular Mübariz İbrahimov və Fərid Əhmədov II Fəxri Xiyabanda dəfn olundu [Foto+Video] Hərbi qulluqçular Mübariz İbrahimov və Fərid Əhmədov II Fəxri Xiyabanda dəfn olundu [Foto+Video]](/uploads/posts/1289167589_1289145614_20.jpg)
![Hərbi qulluqçular Mübariz İbrahimov və Fərid Əhmədov II Fəxri Xiyabanda dəfn olundu [Foto+Video] Hərbi qulluqçular Mübariz İbrahimov və Fərid Əhmədov II Fəxri Xiyabanda dəfn olundu [Foto+Video]](/uploads/posts/1289167613_1289145605_17.jpg)
![Hərbi qulluqçular Mübariz İbrahimov və Fərid Əhmədov II Fəxri Xiyabanda dəfn olundu [Foto+Video] Hərbi qulluqçular Mübariz İbrahimov və Fərid Əhmədov II Fəxri Xiyabanda dəfn olundu [Foto+Video]](/uploads/posts/1289167587_1289145597_18.jpg)
![Hərbi qulluqçular Mübariz İbrahimov və Fərid Əhmədov II Fəxri Xiyabanda dəfn olundu [Foto+Video] Hərbi qulluqçular Mübariz İbrahimov və Fərid Əhmədov II Fəxri Xiyabanda dəfn olundu [Foto+Video]](/uploads/posts/1289167560_1289145635_22.jpg)
![Hərbi qulluqçular Mübariz İbrahimov və Fərid Əhmədov II Fəxri Xiyabanda dəfn olundu [Foto+Video] Hərbi qulluqçular Mübariz İbrahimov və Fərid Əhmədov II Fəxri Xiyabanda dəfn olundu [Foto+Video]](/uploads/posts/1289167545_1289145664_23.jpg)
![Hərbi qulluqçular Mübariz İbrahimov və Fərid Əhmədov II Fəxri Xiyabanda dəfn olundu [Foto+Video] Hərbi qulluqçular Mübariz İbrahimov və Fərid Əhmədov II Fəxri Xiyabanda dəfn olundu [Foto+Video]](/uploads/posts/1289167629_1289145681_24.jpg)
![Hərbi qulluqçular Mübariz İbrahimov və Fərid Əhmədov II Fəxri Xiyabanda dəfn olundu [Foto+Video] Hərbi qulluqçular Mübariz İbrahimov və Fərid Əhmədov II Fəxri Xiyabanda dəfn olundu [Foto+Video]](/uploads/posts/1289167701_1289145671_7.jpg)
![Hərbi qulluqçular Mübariz İbrahimov və Fərid Əhmədov II Fəxri Xiyabanda dəfn olundu [Foto+Video] Hərbi qulluqçular Mübariz İbrahimov və Fərid Əhmədov II Fəxri Xiyabanda dəfn olundu [Foto+Video]](/uploads/posts/1289167767_1289145611_3.jpg)
![Hərbi qulluqçular Mübariz İbrahimov və Fərid Əhmədov II Fəxri Xiyabanda dəfn olundu [Foto+Video] Hərbi qulluqçular Mübariz İbrahimov və Fərid Əhmədov II Fəxri Xiyabanda dəfn olundu [Foto+Video]](/uploads/posts/1289167706_1289145604_2.jpg)
ALLAH Bütün Azərbaycan Xalqına Səbr Versin. Bu Video Baxanlarada Səbr Versin. Çalışın Ürəyinizə Salmayın. Çox Təsir Edici Və Kədərli Videodu. ALLAH Rəhmət Eləsin Hər İki Milli Qəhrəman Hərbiçilərimizə Amin.!..
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: GHoSTMaN |
Baxış sayı : 1659 |
Rəylərin sayı (16) |
8 noyabr 2010

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!