TƏQVİM

«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

ONLİNE

Hal-hazırda saytda 46 nəfər

.İstifadəçilər: 0
Tapılmadı.

.Robotlar: 0
Tapılmadı.

.Qonaqlar: 46

.Saytda olan son 20 istifadəçi
2Karona adopingBum
amerika Ashleynig
Ateist azefefo
Danielseego Darknight
Deerlip eagewsjes
edurnenok efygas
Falaexalp HymanPer
ijuxobajo JosueJeOli
LeGaCy M1rZ3
MelvinTog vasif_275

Admin | Baş Redaktor | Redaktor
VIP user | Briliant user | Gold user
Silver user | Active user

TOP XƏBƏRLƏR

TƏSADÜFİ XƏBƏR

Blue Pearl

Nokia N97 5800 Platformalı Telefonlar Üçün Blue Pearl Teması...Ətraflı oxu

QAN YADDAŞIMIZ

 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 17.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 07.07.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 23.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

REKLAM

sms.nice.az

FACEBOOK PAGE

DOST SAYTLARI

www.nice.az » Xəbərlər » Qaradağlı faciəsindən 18 il ötür

Qaradağlı faciəsindən 18 il ötür

 (səs sayı: 1)

Bu xəbəri dostlarınla paylaş:
Qaradağlı faciəsindən 18 il ötür

Bu gün Qaradağlı faciəsindən 18 il ötür. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatçıları baş qaldırdığı andan Qaradağlı kəndinin də faciəli günləri başlandı. Kənd əhalisi doğma yurdu, hər qarışı, hər daşı uğrunda mübaizə apardı, 800-ə yaxın sakindən 77 nəfəri ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid oldu.

1990-cı il noyabrın 24-də 3 nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6 kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirildi. 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomaşın ermənilər tərəfindən atəşə tutuldu, bir nəfər öldürüldü, 4 nəfər yaralandı. Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını dəyişdi. Ermənilər 1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetirdilər. Həmin il iyunun 28-də kəndin 3 kilometrliyindəki fermada 6 sakin - 3 kişi və 3 qadın diri-diri yandırıldı. 1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6 kilometrliyində erməni quldurları tərəfindən atəşə tutuldu. Avtobusdakı 40 nəfərə yaxın sərnişindən 2 gənc oğlan, 6 qadın qətlə yetirildi. 1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, 100-ə yaxın qoyun ermənilər tərəfindən qənimət kimi aparıldı.

1991-ci il dekabrın 19-da Xocavənd kəndi, 1992-ci il fevralın 12-də isə Malıbəyli kəndi işğal edilərək yandırıldı. Növbəti hədəf Qaradağlı idi. Kənddə vəziyyət getdikcə çətinləşir, faciənin törədiləcəyi gün yaxınlaşırdı.

Fevral ayının 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçdilər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə apardı. Döyüşlərdə biri qadın olmaqla 14 nəfər həlak oldu. Silah-sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir götürüldülər və onların növbəti məşəqqətləri başlandı.

Kəndin Bəylik bağı adlanan yerində 23 sakin erməni cəlladı tərəfindən güllələndi, əksəriyyəti yaralı halda diri-diri silos quyusuna tökülərək üstləri torpaqlandı. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürüldü və hamının gözü qarşısında güllələndi. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Girovluqda olan 8 nəfər kənd sakini ermənilər tərəfindən əzab və işgəncələr verilərək amansızlıqla qətlə yetirildi. Dörd nəfər müxtəlif dövrlərdə şəhid oldu. 5 nəfərin taleyi naməlum qaldı. Xankəndi və Əsgəranda 2 aydan artıq saxlanılan 54 nəfərdən 15-i əsirlikdən qayıtdıqdan sonra ermənilərin verdikləri ağır işgəncə və əzabların nəticəsi olaraq vəfat etdi.

Beləliklə, 1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlıları tərəfindən işğal olunaraq yandırıldı, sakinlərinin başına görünməmiş müsibətlər gətirildi. Kənddə olan 104 nəfər sakindən 54-ü, 14 nəfər əsgərdən 12-si əzab və işgəncələrlə öldürüldü, insanlar diri-diri torpağa basdırıldı. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. 2 ailənin hər birindən 4 nəfər şəhid oldu, 42 ailə başçısını itirdi, 140-a yaxın uşaq yetim qaldı. İşğal nəticəsində Qaradağlı kəndində 200 ev, 1 mədəniyyət evi, 320 şagird yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdıldı. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşdü.


Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
| Müəllif: krik | Baxış sayı : 692 | Rəylərin sayı (11) | 17 fevral 2010

Mövzuya oxşar xəbərlər:

Xocalı soyqırımı
Xocalı soyqırımı
Xocalı soyqırımı
Erməni vəhşilikləri
Erməni vəhşilikləri
Erməni vəhşilikləriBunları bilmək borcumuzdur!!!
Xocalı soyqırımından 19 il keçir...
Xocalı soyqırımından 19 il keçir...
Xocalı soyqırımından 19 il keçir...63 uşaq, 106 qadın, 70 qoca və qarı olmaqla, 613 nəfər qətlə yetirilib ...
Bu gün Zəngilanın işğalından 16 il ötür
Bu gün Zəngilanın işğalından 16 il ötür
Bu gün Zəngilanın işğalından 16 il ötür

Səhifəni çap et
_ROCK_STAR_ (Offline)
Əlavə edilən tarix 2 yanvar 2011 10:54 | 11

Şərh sayı: 3871
Xəbər sayı: 214
Xalı: 506
Qeydiyyat: 19.12.2010
  
thankssss




Status: 3w.Nice.aZ
ICQ: --
Reputasiya: 14
Best_BoY (Offline)
Əlavə edilən tarix 1 yanvar 2011 15:29 | 10

Şərh sayı: 608
Xəbər sayı: 0
Xalı: 0
Qeydiyyat: 1.01.2011
Mükafatı yoxdur
((((((




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
hebibi_p (Offline)
Əlavə edilən tarix 18 noyabr 2010 12:24 | 9

Şərh sayı: 5686
Xəbər sayı: 698
Xalı: 1232
Qeydiyyat: 27.10.2010
  
tewekkur xebere gore

tewekkur xebere gore




Status: qeyd edilməyib
imza
Hər kəs aya bənzər. Heç kimə göstərmədiyi qaranlıq bir üzü vardır.
ICQ: --
Reputasiya: 14
Ice (Offline)
Əlavə edilən tarix 18 iyul 2010 20:33 | 8

Şərh sayı: 2397
Xəbər sayı: 40
Xalı: 423
Qeydiyyat: 20.05.2010
 
recourse




Status: qeyd edilməyib
imza
♥ I'm incomplete without YOU! ♥

https://www.facebook.com/lloovveellyypphhoottooss ----> like
ICQ: --
Reputasiya: 1
SEV_GI (Offline)
Əlavə edilən tarix 21 fevral 2010 22:52 | 7

Şərh sayı: 6171
Xəbər sayı: 335
Xalı: 269
Qeydiyyat: 26.08.2009
  
twk xebere gore love




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 9
xelil (Offline)
Əlavə edilən tarix 20 fevral 2010 23:52 | 6

Şərh sayı: 286
Xəbər sayı: 0
Xalı: 0
Qeydiyyat: 28.11.2009
Mükafatı yoxdur
inshallah vaxt geler qelebelmizi illerini qeyd ederik




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
087 (Offline)
Əlavə edilən tarix 19 fevral 2010 09:50 | 5

Şərh sayı: 11
Xəbər sayı: 0
Xalı: 0
Qeydiyyat: 29.04.2009
Mükafatı yoxdur
Allah rhmt elsin




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
Ancelas (Offline)
Əlavə edilən tarix 17 fevral 2010 16:45 | 4

Şərh sayı: 1851
Xəbər sayı: 50
Xalı: 0
Qeydiyyat: 23.01.2010
 
twk bilmirdim men cox sagolun xebere gore super




Status: qeyd edilməyib
imza
ICQ: 644628271
Reputasiya: 0
berkesmead4447 (Offline)
Əlavə edilən tarix 17 fevral 2010 15:21 | 3

Şərh sayı: 1
Xəbər sayı: 0
Xalı: 0
Qeydiyyat: 17.02.2010
Mükafatı yoxdur
...




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
barbarycka47 (Offline)
Əlavə edilən tarix 17 fevral 2010 15:13 | 2

Şərh sayı: 1
Xəbər sayı: 0
Xalı: 0
Qeydiyyat: 17.02.2010
Mükafatı yoxdur
...




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
anglepaulino23957 (Offline)
Əlavə edilən tarix 17 fevral 2010 12:42 | 1

Şərh sayı: 1
Xəbər sayı: 0
Xalı: 0
Qeydiyyat: 17.02.2010
Mükafatı yoxdur
enytorg




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

İSTİFADƏÇİ PANELİ


Xoş Gəldiniz

Ləqəb
Şifrə

Qeydiyyatdan keç!
Şifrəni unutmusan?

AYLIQ MÜƏLLİFLƏR

AYLIQ ŞƏRHÇİLƏR

TOP ŞƏRHLƏR

SEV_GI

Şərh sayı: 6171
hebibi_p

Şərh sayı: 5686
_ROCK_STAR_

Şərh sayı: 3871
angel_org

Şərh sayı: 3456
fasqa

Şərh sayı: 3102
EMERALD

Şərh sayı: 2903
xansuagdash

Şərh sayı: 2848
Sparrow

Şərh sayı: 2818
Ice

Şərh sayı: 2397
Menekşe

Şərh sayı: 2376

ZƏNGİn İSTİFADƏÇİLƏR

HiTMaN

xal: 2821
Menekşe

xal: 2366
SiMPLe_GiRL

xal: 2234
Naxcione

xal: 2002
vusaal

xal: 1718
hebibi_p

xal: 1232
M1rZ3

xal: 1095
karakasa

xal: 1073
xeyal98

xal: 1057
NiXaTo

xal: 1003

SORĞU

Sizin fikrinizcə uğurun açarı aşağıdakılardan hansıdır?

İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər...


Son Səsverən: Qonaq
Bütün Sorğular