TƏQVİM

«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

ONLİNE

Hal-hazırda saytda 63 nəfər

.İstifadəçilər: 0
Tapılmadı.

.Robotlar: 0
Tapılmadı.

.Qonaqlar: 63

.Saytda olan son 20 istifadəçi
2Karona adopingBum
amerika Ashleynig
Ateist azefefo
Danielseego Darknight
Deerlip eagewsjes
edurnenok efygas
Falaexalp HymanPer
ijuxobajo JosueJeOli
M1rZ3 MelvinTog
Robertmaw vasif_275

Admin | Baş Redaktor | Redaktor
VIP user | Briliant user | Gold user
Silver user | Active user

TOP XƏBƏRLƏR

TƏSADÜFİ XƏBƏR

Gülməli şəkillər

14 gülməli şəkil =))üzünüzdə təbəssüm yaranacağına inanıram...Ətraflı oxu

QAN YADDAŞIMIZ

 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 17.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 07.07.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 23.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

REKLAM

sms.nice.az

FACEBOOK PAGE

DOST SAYTLARI

www.nice.az » Xəbərlər » Laçın rayonunun işğalından 20 il ötür

Laçın rayonunun işğalından 20 il ötür

 (səs sayı: 4)

Bu xəbəri dostlarınla paylaş:
Laçın — Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Laçın şəhəridir. Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan Respublikası tərəfindən işğal olunub. Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd olmuşdur.

Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon mərkəzinin Bakı şəhəri ilə şosse yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km-dir.

Təbiəti

Səthi dağlıqdır və şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub-çərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594m). Çayları Həkəri və onun qollarıdır. Əsasən çimli, dağ-çəmən, qəhvəyi dağ-meşə və karbonatlı dağ0qara torpaqlara malikdir. Bitki örtüyü kollu və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq), subalp və alp çəmənliklərindən ibarətdir. Heyvanat aləminə qayakeçisi, çölsiçanı, cüyür, çöldonuzu, sincab, süleysin və s. aiddirlər. Ərazinin çox yerində qışı quraq keçən mülayim isti və soyuq iqlim üstündür. Orta temp-r yanvarda -10°C-dən 0°C-yədək, iyulda 10-22°C-dir. İllik yağıntı 600-900 mm-dir. Rayonun cəmi torpaq sahəsi 166488 hektardır. Ondan da 75781 hektarı kənd təsərrüfatına yararlı, 12102 hektarı isə əkin yeridir.

Əhalisi

Laçın rayonunun əhalisi 27 yanvar-4 fevral 1999-cu il siyahıya almasına əsasən 63.162 nəfərdir (58.058 nəfəri azərbaycanlılar, 5.073 nəfəri kürdlər və 31 nəfəri digər millətlərin nümayədələri olmaqla), 1 yanvar 2007-ci il tarixində rayonun əhalisi artaraq 69.982 nəfərə, Laçın şəhərinin əhalisi isə 11519 nəfərə çatmışdır.[3] Əhalinin sıxlığı 1 yanvar, 2008-ci ilin məlumatları əsasında hər kvadrat km-ə 36 nəfər, hər sakinə 18 kvadrat km sahə düşürdü.

Laçın rayonu - 72030
Şəhər əhalisi - 26416
Kənd əhalisi - 45614

Tarixi

Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I-II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər.

XII əsrin sonu XIII əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində alban Xaçın knyazlığı yarandı. Bu knyazlıq eləcə də indiki Laçın bölgəsini əhatə edirdi. Ona görə də Dağlıq Qarabağın digər bölgələrində olduğu kimi, bu ərazilərdə də Xaçın adı ilə bağlı yeni adlar, toponimlər əmələ gəlməyə başladı. Buna misal olaraq indiki Laçın ərazisindəki Xaçınyalı kəndini, Bozlu kənd ərazisindəki Xaçın yalı, Xaçın daşı adları ilə adlanan yer adlarını göstərmək olar.

Sonralar Xaçın knyazlığının ərazisində Xaçın da daxil olmaqla Qarabağ-alban məlikləri Xaçın, Vərəndə, Dizaq, Gülüstan (Talış) məlikliyi ilə yanaşı, Çiləbörd məlikliyi də yarandı.

1828-ci il Rusiya-İran müharibələrindən sonra bağlanan Türkmənçay müqaviləsinə əsasən, bölgə Şimali Azərbaycanın tərkibində Rusiyaya qatılıb. Rusiyanın himayəsi altında Cənubi Qafqaza Osmanlı dövlətindən və İrandan ermənilərin kütləvi şəkildə köçürülüb məskunlaşdırılmasına başlandı. Ancaq Laçın bölgəsinə ermənilərin məskunlaşdırılması mümkün olmadı.

Azərbaycanda xanlıqlar ləğv edildikdən sonra, Laçın bölgəsi 1829-cu ildən yeni yaradılan Qarabağ əyalətinə qatılıb, 1861-ci ildən isə indiki Laçın yaradılan Zəngəzur qəzasına qatılır.

1905-1907 və 1914-1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində təxminən yarım milyon müsəlman həlak olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra da Qarabağı və Zəngəzuru mənimsəmək üçün ermənilərin ərazi iddiaları nəticəsində kütləvi qırğınlarla davam edir. Erməni komandanı Andronik nə yolla olursa-olsun öz silahlı qüvvələri ilə bərabər Gorus, Laçın, Şuşa istiqamətindən Qarabağa daxil olmaq, oranın erməni əhalisini Azərbaycan hökumətinə qarşı qaldırmaq, təxribatlar törətmək və bölgədə itaətsizlik yaratmaq istəyirdi. Bu məqsədlə Andronik bir neçə minlik ordu ilə Zabux kəndini keçərək Laçın istiqamətində irəliləməyə başladı. Bu məsələdən əvvəlcədən xəbər tutan, bölgənin nüfuz sahiblərindən biri, Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun qardaşı Sultan bəy Sultanov, öz partizan dəstəsi ilə Laçın-Zabux yolundakı bir dərədə pusqu quraraq Andronikin qoşununu mühasirəyə saldı. Burada təqribən bir günlük çox qanlı döyüşlər getdi. Bu döyüşlər zamanı general Andronik demək olar ki, bütün qüvvəsini itirərək bir neçə nəfərlə güclə qaçmağa imkan tapdı. Dərə bu döyüşdən sonra xalq arasında "Qanlı dərə" adlandırıldı.

Bu məğlubiyyətdən sonra da erməni silahlıları tez-tez bölgədə qırğınlar törədir. Andranik Azərbaycanın bu bölgəsində daim sabitliyi pozmaq, Zəngəzur və Qarabağ torpaqlarını işğal etmək üçün Rusiyanın maliyyə dəstəyi ilə yeni-yeni silahlı qruplar yaradırdı.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələrinin göndərir. Dığ istiqamətində aparılan döyüşlərdə Sultan bəy Sultanovun rəhbərliyi ilə Laçın silahlı dəstəlləri də iştirak edir. Döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlasa da Dığı əldə saxlamaq mümkün olmadı. Tezliklə bölgə qızıl ordu hissələri tərəfindən işğal olundu.

1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı Zəngəzur bölgəsini 2 yerə bölündü və nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən [4] 3.105 kv. versti Laçın da daxil olmaqla Azərbaycan SSR tərkibində qaldı, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verildi.

Artıq bu dövrdə Zəngəzur vilayətinin Azərbaycanda qalan hissəsində də hansısa bir inzibati idarə mərkəzi yaradılması zərurəti meydana gəlib. Və beləliklə, Laçın və Abdallar kəndləri arasındakı ərazidə rayon mərkəzinin yaradılması qərara alnır. Rayonun adını seçərkən yerli relyefi və əhalinin xarakterini nəzərə alan yazıçı Tağı Şahbazi Simurq təşəbbüs göstərərək rayonun adını Laçın elan etib. 1930-cu ildə Laçına rayon statusu verilib. Azərbaycanın qərb torpaqlarına sahib çıxaraq bu torpaqlar üzərində özlərinə dövlət quran ermənilər artıq Azərbaycana qarşı yeni, daha böyük ərazi iddiaları ilə çıxış etməyə başladılar. Onlar Qarabağı Ermənistana birləşdirilməsi məsələsini ortaya ataraq bir maneə kimi Laçın rayonunu aradan götürməyin yollarını düşündülər. Sovetlər dönəmində ermənilər dəfələrlə Laçın rayonunun bir inzibati mərkəz kimi ləğvinə çalışsalar da, təşəbbüsləri baş tutmamışdı. Bunun əvəzində onlar 1970-1980-ci illərdə Güləbird, Cicimli, Malıbəy, Qarıqışlaq, Sadınlar və digər kəndlərin yüz hektarlarla pay torpaqlarını və bütövlükdə Qaragöl yaylağını mənimsəməyə nail oldular.

Erməni işğalı

264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır.

İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir.

Rayonun 65507 nəfər əhalisi Azərbaycanın 59 şəhər və rayonlarına, "Taxta-körpü" qışlaqlarındakı 84 obaya məcburi köçkün düşmüşdür.

Görkəmli şəxsləri

Sarı Aşıq — XVII əsrdə yaşamış məşhur bayatı ustası, aşıq.
Paşa bəy Sultanov — müdrik kəlamlar ustadı, Hacısamlı nahiyəsinin bəyi.
Sultan bəy Sultanov — Xalq qəhrəmanı.
Xosrov bəy Sultanov — Azərbaycan Demokratik Respublikasının ilk müdafiə naziri, Qarabağ General Qubernatoru, həkim.
İskəndər bəy Sultanov — daşnaksütyun və erməni terrorizminə qarşı mübarizənin fəal iştirakçısı.
Aşıq Abbas — hikmətli söz ustası, Paşa bəy və Sultan bəy Sultanovların yaxın məsləhətçisi, aşıq.
Qara Murtuza bəy — XVIII əsr Pənahəli xan Sarıcalı-Cavanşirin sərkərdəsi, Qarabağın Hacısamlı nahiyəsinin bəyi.
Nurməmməd bəy Adilxan oğlu Şahsuvarov — Azərbaycan Demokratik Respublikası dövründə Nazirlər Şurasının sədri, Nəsib bəy Yusifbəylinin II hökumət kabinəsində Maarif və Dini-etiqad naziri]], 1920-ci ildə Azərbaycan SSR Xalq Maarif Komisarının müdiri.
Qorxmaz Abış oğlu Eyvazov — Qarabağ müharibəsinin fəal iştirakçısı, Azərbaycanın Milli Qərəmanı.
Ələsgər Xanlar oğlu Novruzov — Qarabağ müharibəsinin fəal iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı.
Oqtay Güləli oğlu Güləliyev — Qarabağ müharibəsinin fəal iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı.
Fazil Umud oğlu Mehdiyev — Qarabağ müharibəsinin fəal iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı.
Kamil Baladə oğlu Nəsibov — Qarabağ müharibəsinin fəal iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı.
İsrafil Şahverdi oğlu Şahverdiyev — Qarabağ müharibəsinin fəal iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı.
Surxay Əzim oğlu Şahsuvarov — Biologiya elmlər namizədi.
Mürsəl Adilxan oğlu Şahsuvarov — Tibb elmlər doktoru, professor.
Hüseyn Həsən oğlu Alışanov — Filologiya elmlər namizədi, şair.
Əvəz Həşim oğlu Verdiyev — Qvardiya baş leytenantı, Sovet İttifaqı Qəhrəmanı, İkinci Dünya Müharibəsinin iştirakçısı.
Ağa Əliqəmə oğlu Əliyev — Filologiya elmlər namizədi, şair.
Tofiq Surxay oğlu Şahsuvarov — Geologiya və Minerologiya elmlər doktoru, professor.
Məhəmməd Fərman oğlu Mehdiyev — Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi.
Knyaz Şiraslan oğlu Məmmədov — Fizika-riyaziyyat elmlər doktoru, professor.
Ziyadxan İsrafil oğlu Nəbibəyli — professor, elmlər doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvi.
Ələmdar Əli oğlu Şahverdiyev - Tarix elmlər namizədi.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Laçın rayonda 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, cəmaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaq doldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud olmuşdur.

Laçın ərazisində toxuculuq sənəti də inkişaf etmişdi. Burada yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun, fərməş xüsusi gözəlliyilə seçilib. Təsadüfi deyil ki, dünyada "Qasımuşağı" adı ilə tanınan xalçanın yaranması məhz bu bölgənin adıyla bağlıdır.


Laçın rayonunun işğalından 20 il ötür

Laçın rayonunun işğalından 20 il ötür

Laçın rayonunun işğalından 20 il ötür

Laçın rayonunun işğalından 20 il ötür

Laçın rayonunun işğalından 20 il ötür

Laçın rayonunun işğalından 20 il ötür

Laçın rayonunun işğalından 20 il ötür

Laçın rayonunun işğalından 20 il ötür

Laçın rayonunun işğalından 20 il ötür

Laçın rayonunun işğalından 20 il ötür

Laçın rayonunun işğalından 20 il ötür


Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
| Müəllif: GHoSTMaN | Baxış sayı : 522 | Rəylərin sayı (12) | 18 may 2012

Mövzuya oxşar xəbərlər:

Laçının işğalından 18 il keçir
Laçının işğalından 18 il keçir
Laçının işğalından 18 il keçir
Ağdamın işğalından 19 il ötür
Ağdamın işğalından 19 il ötür
Ağdamın işğalından 19 il ötür
Zəngilan rayonunun işğalından 17 il ötür
Zəngilan rayonunun işğalından 17 il ötür
29 oktyabr 1993-cü il də Azərbaycanın dilbər guşələrindən biri olan Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 17 il ötür. Zəngilan Azərbaycanın sonuncu işğal edilən rayonudur ...
AĞDAM Rayonunun İşğalından 17 İl Keçir
AĞDAM Rayonunun İşğalından 17 İl Keçir
AĞDAM Rayonunun İşğalından 17 İl Keçir 17 İl Oğul Nəfəsinə Həsrət Ata - AĞDAMDaha Ətraflı Xəbərin Ardında ...

Səhifəni çap et
Lura (Offline)
Əlavə edilən tarix 9 iyul 2012 10:24 | 12

Şərh sayı: 417
Xəbər sayı: 77
Xalı: 421
Qeydiyyat: 23.06.2012
Mükafatı yoxdur
twkk




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 1
nermin555 (Offline)
Əlavə edilən tarix 19 may 2012 12:07 | 11

Şərh sayı: 803
Xəbər sayı: 23
Xalı: 247
Qeydiyyat: 1.10.2011
Mükafatı yoxdur
İten qemim olaydi,
Biten denim olaydi,
Veten menim olaydi,
Layla Lacinim layla.
Allah tezlikle yeniden bexs eder torpaqlarimizi. Xeyirlisi nedise o olar. Subhesiz ALLAH haqq ve edalet qaynagidir. Bize Haqq ve edalet duygusunu veren Allahdir.




Status: qeyd edilməyib
imza
http://imgs.su/tmp/2012-04-08/1333886035-574.jpg
ICQ: --
Reputasiya: 19
fasqa (Offline)
Əlavə edilən tarix 19 may 2012 00:04 | 10

Şərh sayı: 3102
Xəbər sayı: 0
Xalı: 224
Qeydiyyat: 13.12.2010
 
xaBARA GORA TAWAKKUR




Status: qeyd edilməyib
imza
manasiz hayat heyat gozal olsaydi dogulaken aglamazdiq heyat tamizl olsaydi olerken yuyulmazdiq
ICQ: --
Reputasiya: 0
Candy (Offline)
Əlavə edilən tarix 18 may 2012 20:42 | 9

Şərh sayı: 887
Xəbər sayı: 64
Xalı: 702
Qeydiyyat: 21.02.2012
Mükafatı yoxdur
karakasa,
hby




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 26
-SeVa- (Offline)
Əlavə edilən tarix 18 may 2012 19:55 | 8

Şərh sayı: 843
Xəbər sayı: 17
Xalı: 833
Qeydiyyat: 5.04.2012
Mükafatı yoxdur
karakasa,
Tebrikleeeeeeer.....




Status: qeyd edilməyib
imza
Seva
ICQ: --
Reputasiya: 79
Candy (Offline)
Əlavə edilən tarix 18 may 2012 19:31 | 7

Şərh sayı: 887
Xəbər sayı: 64
Xalı: 702
Qeydiyyat: 21.02.2012
Mükafatı yoxdur
ALLAH orada olenlere rehmet elesin. Amin... Lacin necede gozel yerler imiw, INWALLAH biz Lacinimizi alariq




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 26
karakasa (Offline)
Əlavə edilən tarix 18 may 2012 18:58 | 6

Şərh sayı: 1082
Xəbər sayı: 0
Xalı: 1073
Qeydiyyat: 8.10.2011
Mükafatı yoxdur
Usaqlar bu gun hem Lacinin isgalindan 20 il otur hem de menim ad gunumdur bu gun




Status: qeyd edilməyib
imza
300 spartali
ICQ: --
Reputasiya: 2
MuntozoR (Offline)
Əlavə edilən tarix 18 may 2012 18:26 | 5

Şərh sayı: 195
Xəbər sayı: 18
Xalı: 179
Qeydiyyat: 17.11.2011
Mükafatı yoxdur
Bismilləhir Rahmənir Rahim
 
Allah (c.c.) cümlə şəhidlərimizə rəhmət etsin. Günahlarını bağışlasın. Müsəlman torpaqları uğrunda döyüşmək müsəlman üçün şərəfdir. Bu işdə qəhrmanlıq göstərib sağ qalanlara da can sağlığı arzu edirəm!




Status: La hövla və la qüvvətə illa billahil əliyyil əzim
imza
İmam Baqir (ə.) buyurur: "Təəccüb edirəm o şəxsə ki, xəstələnəcəyindən qorxduğuna görə bəzi yeməkləri yeməkdən çəkinir, amma Cəhənnəm odunun qorxusundan günah əməllərdən çəkinmir."
ICQ: --
Reputasiya: 3
MILK_KLIK (Offline)
Əlavə edilən tarix 18 may 2012 18:20 | 4

Şərh sayı: 407
Xəbər sayı: 1
Xalı: 146
Qeydiyyat: 12.04.2012
Mükafatı yoxdur
ALLAH BUTUN OLENLERE REHMET ELESIN!INWALLAH TEZ BIR ZAMANDA QARABAGIMIZ GERI ALARIQ!!!INWALLAH!!!




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 10
-SeVa- (Offline)
Əlavə edilən tarix 18 may 2012 15:53 | 3

Şərh sayı: 843
Xəbər sayı: 17
Xalı: 833
Qeydiyyat: 5.04.2012
Mükafatı yoxdur
"SiMPLe" in sozlerine qatilaram....ALLAH REHMET ELESIN!!




Status: qeyd edilməyib
imza
Seva
ICQ: --
Reputasiya: 79
fidaska (Offline)
Əlavə edilən tarix 18 may 2012 15:43 | 2

Şərh sayı: 1440
Xəbər sayı: 177
Xalı: 925
Qeydiyyat: 24.01.2011
  
InshAllah yaxsi olar ne vaxtsa tesekkurler

MILK_KLIK bunu bəyənir.



Status: qeyd edilməyib
imza
Hikmət sahibləri deyiblər;
Dörd şey gözəldir, lakin dörd şey ondan daha gözəldir.
1. Kişilərin utanması gözəldir. Lakin qadınların utanması ondan daha gözəldir.
2. Hər kəsin ədalətli olması gözəldir. Lakin əmr sahiblərinin ədalətli olması daha gözəldir.
3. Qocanın tövbəsi gözəldir. Lakin gəncin tövbəsi daha gözəldir.
4. Zənginin comərdliyi gözəldir. Lakin kasıbın comərdliyi daha gözəldir.
ICQ: --
Reputasiya: 8
SiMPLe_GiRL (Offline)
Əlavə edilən tarix 18 may 2012 15:42 | 1

Şərh sayı: 2242
Xəbər sayı: 452
Xalı: 2234
Qeydiyyat: 8.02.2012
  
INSALLAH torpaqlarimizi geri alacayiq!!!Allah Olenlere Rehmet elesin ,mekanlari Cennet olsun ,Ruhlari shad olsun ..

xebere gore tewekkur edirem

Candy bunu bəyənir.



Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 14
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

İSTİFADƏÇİ PANELİ


Xoş Gəldiniz

Ləqəb
Şifrə

Qeydiyyatdan keç!
Şifrəni unutmusan?

AYLIQ MÜƏLLİFLƏR

AYLIQ ŞƏRHÇİLƏR

TOP ŞƏRHLƏR

SEV_GI

Şərh sayı: 6171
hebibi_p

Şərh sayı: 5686
_ROCK_STAR_

Şərh sayı: 3871
angel_org

Şərh sayı: 3456
fasqa

Şərh sayı: 3102
EMERALD

Şərh sayı: 2903
xansuagdash

Şərh sayı: 2848
Sparrow

Şərh sayı: 2818
Ice

Şərh sayı: 2397
Menekşe

Şərh sayı: 2376

ZƏNGİn İSTİFADƏÇİLƏR

HiTMaN

xal: 2821
Menekşe

xal: 2366
SiMPLe_GiRL

xal: 2234
Naxcione

xal: 2002
vusaal

xal: 1718
hebibi_p

xal: 1232
M1rZ3

xal: 1095
karakasa

xal: 1073
xeyal98

xal: 1057
NiXaTo

xal: 1003

SORĞU

Sizin fikrinizcə uğurun açarı aşağıdakılardan hansıdır?

İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər...


Son Səsverən: Qonaq
Bütün Sorğular