TƏQVİM

«    May 2025    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

ONLİNE

Hal-hazırda saytda 99 nəfər

.İstifadəçilər: 0
Tapılmadı.

.Robotlar: 0
Tapılmadı.

.Qonaqlar: 99

.Saytda olan son 20 istifadəçi
2Karona adopingBum
amerika Ashleynig
Ateist azefefo
Danielseego Darknight
Deerlip eagewsjes
edurnenok efygas
Falaexalp HymanPer
ijuxobajo JosueJeOli
LeGaCy M1rZ3
MelvinTog vasif_275

Admin | Baş Redaktor | Redaktor
VIP user | Briliant user | Gold user
Silver user | Active user

TOP XƏBƏRLƏR

TƏSADÜFİ XƏBƏR

Əsəb gətirən suallar

Əsəb Gətirən Suallar...Ətraflı oxu

QAN YADDAŞIMIZ

 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 17.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 07.07.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 23.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

REKLAM

sms.nice.az

FACEBOOK PAGE

DOST SAYTLARI

www.nice.az » İslam Dünyası » İnsanın özünə dəyər verməsi

İnsanın özünə dəyər verməsi

 (səs sayı: 2)

Bu xəbəri dostlarınla paylaş:
İnsanın özünə dəyər verməsi

Bismilləhir Rahmənir Rahim

İnsanın özünə dəyər verməsi, əməllərini özü-özlüyündə qiymətləndirməsi çox mühüm məsələdir. Təbii ki, özünə dəyər vermək mənasında söhbət lovğalıqdan, təkəbbürdən deyil, insanın öz səviyyəsini insanlıqda, elmdə, cəmiyyət içərisində və s. başa düşə bilmək qabiliyyətindən gedir. Bunu etmək üçün Allah-Təala insana şüur, dərrakə kimi nemət bəxş etmişdir. Təəssüf ki, bu nemətdən lazımınca yararlana bilməyən insanlar da mövcuddur. Bəziləri təkəbbür və lovğalıq üzündən, digər bəziləri bilməyərəkdən bunun fərqinə varmırlar, bununla da cəmiyyət içərisində özlərinə yer tapa bilmirlər. Bu halda lovğa və təkəbbürlü insanlar özlərini cəmiyyətdə daha üstün hesab etdiklərindən bu cəmiyyətdən daha yaxşısına layiq olduqlarını düşünürlər. Bu tip insanlar isə axirətini bu dünyasına satan insanlar kimi olurlar. Hz. Əli (ə.) bu barədə buyurur: “Axirətini bu dünyasına satan şəxs onların hər ikisini əldən vermişdir”. Amma bu məsələnin bilməyərəkdən fərqinə varmayan insanlar cəmiyyət içərisində bir başqa cür özlərinə yer tapa bilmir, narahat olur. Göründüyü kimi, hər iki hal üçün oxşar cəhət belə insanların cəmiyyət içərisində əziyyət çəkmələridir. Fərq isə hansı yolla bu problemin meydana gəlməsindədir. Çox qəribə bir haldır ki, belə hallar İslamı yaşayan insanlarda da (söhbət ümumiyyətlə müsəlmanlardan getmir, İslam qaydalarına riayət edən və ya etməyə çalışan müsəlmanlardan gedir) çox rastlanır. Lovğa insanların İslam qaydalarıa riayətindən şəkk vardır, çünki, təkəbbürlülük İslamdan deyildir. Odur ki, müzakirə obyekti məlumatsızlıq ucbatından özünüdəyərləndirmə prinsipinə etinasız yanaşan və İslam qayda-qanunlarını dərk edərəkdən onlara əməl edən və ya belə deyək ki, əməl etməyə çalışan insanlardan gedir.
 
İslamda özünüdərketmkə və qiymətləndirmə prinsipinin əsas hissəsi insanın öz nəfsini idarə edə bilməsidir. Nəfslə mübarizə aparmaq müsəlman üçün çox mühüm əhəmiyyət kəsb edən bir məsələdir. Özünü dərk edən və həyat kimi neməti dəyərləndirən insanlar hər vaxt öz nəfsləri ilə mübarizədə olurlar. Qalib gəlmək asan məsələ olmasa da, nəfslə mübarizə ən böyük cihad hesab olunur. Hədislərdən birində buyrulur ki, Peyğəmbər (s.ə.a.s.) döyüşlərdən birindən qayıdan əshabına belə dedi: “Əhsən sizə, kiçik cihadın öhdəsindən gəlməkdə müvəffəq oldunuz. Daha böyük cihadda da qalib olmanızı istəyirəm.” Soruşuldu ki, “Ey Allahın Rəsulu, bundan da böyük hansı cihad olsun ki?!” Peyğəmbər (s.ə.a.s.) buyurdu: “Öz nəfsinizə qarşı edəcəyiniz cihad!” Demək ki, insanın öz nəfsi ilə mübarizədə qalib çıxması onun həm də Axirətini hər an xatırlamasıdır, çünki cihadın bu növü də Allaha xatirdir və müsəlman üçün vacibdir. İnsanın özünü dəyərləndirə bilməsi məsələsi birbaşa onun nəfsi ilə ünsiyyətindən irəli gəlir. Müsəlmanlar arasında bəziləri bu məsələdə etinasız olduqlarından İslamın namaz, oruc və s. kimi vacib rüknlərinə əməl etsələr də, nəfslə mübarizədə süstlük göstərirlər, həyata keçirdikləri hər növ ibadətin şirinliyini, fəzilətini aradan aparırlar. Unutmaq olmaz ki, Allahın insana bəxş etdiyi nemətlər müqabilində Ona edilən ibadət və itaətə Onun heç ehtiyacı da yoxdur. Allah-Təala ilə ünsiyyətdə, Onun dediklərinə əməl etməkdə və nəfsin idarə edilməsində hər növ ziyan da insan üçündür, xeyir də insan üçündür.
 
Cəmiyyətdə tez-tez belə bir fikirlə rastlaşmaq olar: “Namaz qılmıram, onsuz da o qədər günahım var ki, Allah məni bağışlamaz!” Əslində yazının əsas mövzusu məhz elə bu fikirdir. Yazını oxuyan oxucu elə düşünməsin ki, söhbət namazdan gedir. Bəli, namaz da vacibdir, amma namaz bu yazının mövzusu deyil, buradan əsas məqsəd insanların Allah-Təala barəsində yanlış düşüncələridir. Məhz bu səbəbdən də, bir çoxları namazdan da yayınır, nəfsini idarə etməkdən də vaz keçir (halbuki, istəsə asanlıqa hər şeyi yoluna qoya bilər!). Amma əgər o insan Allah rəhmətinin genişliyindən xəbərdar olsa, elə deməz. Qurani-Kərimdə Allahın rəhmli və rəhman olduğu elə ilk surədən və ilk ayədən də bəllidir: “Mərhəmətli, rəhmli Allahın adı ilə!” (Əl-Fatihə, 1). Davamlı olaraq da bu ayələri görmək olar: “...O rəhmlidir, mərhəmətlidir.” (Əl-Bəqərə, 163); “...şübhəsiz, Allah bağışlayandır, rəhm edəndir.” (Əl-Bəqərə, 192). Bu sözlər Quranda başdan-başa insana xatırladılır. Onun bağışlamayacağı hansı fikirlə deyilir, nəyə əsasən deyilir?! Yoxsa, insanın günahı o insanı yaradan Allahın rəhmətindən daha genişdirmi?! Təbii ki, bütün bunlar insanı günah etməyə çəkməməlidir ki, “onsuz da Allah bağışlayandırsa, bağışlayacaq da!”. Allah rəhmli və rəhman olmaqla yanaşı həm də ədalətlidir və ədaləti də bu mənada özünü onda göstərir ki, hər vaxt bilmədən etdiyinə görə bağışlanma diləyən insanın üzrxahlığını qəbul edir. Allah hər vaxt tövbələri qəbul edən Allahdır: “Mən tövbələri qəbul edənəm, mərhəmətliyəm.” (Əl-Bəqərə, 160). Bu fikir qarşısında ifrata varmaq olmaz. Çünki, dəfələrlə nəfsinin qurbanı olan insanlarla qarşılaşmaq olar ki, özünə etdiyi zülmü (insanın nəfsinə tabe olub günah əməl etməsi əslində özünə zülm etməsidir, Qurani-Kərimin Ən-Nisa surəsinin 40-cı ayəsində belə buyurur: “Həqiqətən, Allah (heç kəsə) zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə, onu (onun savabını) ikiqat artırar və öz tərəfindən də (bu əməlin sahibinə) böyük mükafat verər!”) belə dəyərləndirir: “Qurban olum Allaha, keçər də günahımdan...”. Artıq bu, Allahın ədalətinə ziddir, çünki, O demir ki, günah olduğunu bilərəkdən davamlı günah et, Mən də səni bağışlayım. Hər pis əməli sona yetirmək və ondan tövbə etmək gərəkdir. Bu halda Allah-Təala bağışlayacağına zəmanət verir və Quranda bunu dəfələrlə qeyd edir.
 
Ümumiyyətlə, ibadət dedikdə, yalnız namaz və oruc başa düşülmür. İslamda yaxşı niyyətə dayaqlanan, Allaha xatir edilən hər bir əməl Allaha ibadətin bir növüdür. Məsələn, ailəli olan bir şəxs səhər işə gedir ki, ailəsi üçün dolanışıq yaratsın. Bu məsələ iki niyyətdə ola bilir: birincisi budur ki, evdəkilərin qınaq mənbəyi olmasın deyə, bezir bu adam və naəlac qalıb ailəsinə bir tikə qazanır ki, təki qulağı danlaq eşitməsin, bu sadəcə nadan bir insanın tutduğu mövqedir; ikincisi budur ki, ailəsinə sahib çıxmaq İslamda vacibdir fikrini dərk edən insan hətta öz ailəsinə etdiyi yaxşılığı belə Allaha xatir niyyəti ilə həyata keçirir və bunun özü də bir ibadətdir. Başqa bir misala baxaq: öz xanımından bir stəkan su istəyən həyat yoldaşına xanımının iki tipli reaksiyası ola bilər. Birincisi budur ki, xanım qorxusundan və ya hər hansı bir sonrakı istəyində yoldaşının HƏ-sini almaq üçün su gətirsin, hansı ki, bu sadəcə ailə daxili münaqişənin yaranmasının qarşısını almaqdan başqa bir işə yarımaz; ikincisi də budur ki, İslamda xanımın öz həyat yoldaşına tabeçiliyinin vacibliyini dərk edən xanım Allaha xatir bunu edir, bunun özü bir ibadət hesab edilir. Bu tipli misallar çoxdur. İnsanın Allaha xatir niyyətlə etdiyi hər bir yaxşı əməli Allah dərgahında özünəməxsus tərzdə ibadət hesab olunur və bu da insanın özü üçündür. Bu mənada Allahın insana bəxş etdiyi şəraitə baxın ki, insan bu dünyada yaxşı bir iş tutur, öz işini ərsəyə gətirir, Allahın buna ehtiyacı yoxdur ki... Yəni, insan bunu Allaha xatir etsə də, xeyri bu dünyada da özünündür, Axirəti də ona gözəl şəkildə vəd edilir. Demək, hər iki dünya üçün qazanan insan olur. Bu halda niyə də bu əməllərin sayını artırıb həm bu dünyamızı və həm də Axirətimizi nura qərq etməyək? Bunun müqabilində ki, Allah-Təala bizdən Ona ibadət və itaətdən başqa bir şey istəmir ki...
 
Əziz müsəlmanlar! Gəlin Allahın bizə bəxş etdiyi ağıl kimi nemətin qədrini bilək və onu nəfsimizə tabe etməyək! Hər bir müsəlmanı (özüm də daxil olmaqla!) nəfslə mübarizədə möhkəm olmağa, gördüyümüz hər bir yaxşı işi Allaha xatir niyyəti ilə etməyə çağırıram. Allahdan etdiyiniz hər bir yaxşı əməlin ibadət hesab edilməsini və bağışlanmağınızı arzu edirəm.


Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
| Müəllif: MuntozoR | Baxış sayı : 576 | Rəylərin sayı (7) | 19 aprel 2012

Mövzuya oxşar xəbərlər:

Allah keçər də günahımdan...
Allah keçər də günahımdan...
Allah-Təala (c.c.) insanları Qurani-Kərimdə yaxşı əməl sahibi olmağa çağırır: “İman gətirib yaxşı əməllər edənlərə gəldikdə isə Biz (o cür) yaxşı işlər görənlərin mükafatını zay etmərik!” (Kəhf, 30) ...
Alın yazısı - qismət
Alın yazısı - qismət
Bismilləhir Rahmənir RahimDinimizdə “alın yazısı”, “qismət” kimi anlayışlar mövcuddur və bu anlayışlar müsəlmanlar tərəfindən birmənalı şəkildə qəbul olunmur. ...
İslam rüknləri, yoxsa milli mentalitet?!
İslam rüknləri, yoxsa milli mentalitet?!
Bismilləhir Rahmənir Rahim Əməllərinizi İslam rüknləri ilə hesablayırsınız, yoxsa milli mentalitetlə? ...
Namaz və bəhanələr
Namaz və bəhanələr
Namaz əhlisən?! Yox?! Niyə?!

Səhifəni çap et
Lura (Offline)
Əlavə edilən tarix 1 avqust 2012 20:26 | 7

Şərh sayı: 417
Xəbər sayı: 77
Xalı: 421
Qeydiyyat: 23.06.2012
Mükafatı yoxdur
twk




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 1
-SeVa- (Offline)
Əlavə edilən tarix 20 aprel 2012 01:19 | 6

Şərh sayı: 843
Xəbər sayı: 17
Xalı: 833
Qeydiyyat: 5.04.2012
Mükafatı yoxdur
cox yaxsi, gozel xeberdi....caliwaqki, heyatimizda weytana yol vermeyek.....ALLAH WEYTANA LENET ELESIN!!! AAAAAMIIIIN!!!




Status: qeyd edilməyib
imza
Seva
ICQ: --
Reputasiya: 79
MILK_KLIK (Offline)
Əlavə edilən tarix 19 aprel 2012 23:53 | 5

Şərh sayı: 407
Xəbər sayı: 1
Xalı: 146
Qeydiyyat: 12.04.2012
Mükafatı yoxdur
Cox tewekkur,xebere gore.Elbette dogrudur.Weytan insanlari pis yollara cekir.Ama,ALLAH-TEALA biz insanlara agil veribki,ona qosulmayaq.Gelin heqiqetqn de qosulmayaq.ALLAH WEYTANA LENET ELESIN!!!




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 10
Front_boy (Offline)
Əlavə edilən tarix 19 aprel 2012 19:25 | 4

Şərh sayı: 156
Xəbər sayı: 7
Xalı: 85
Qeydiyyat: 23.03.2010
Mükafatı yoxdur
MuntozoR
Super Xeberdi!
Tewekkurler Xebere Gore...
Bildiyimiz kimi ilk insan ve ilk Peygember HZ ADEM ve HEVVA olub onlarda Cennetden weytanin etdiyi pislikler uzunden Qovulub ALLAH TƏALA terefinden onlara buyrulubki CƏNNƏT deki butun Nemetlerden yeyin ancag Bir agacdan uzag olun! en dogrusunu ALLAH biler ancag menim Bildiyim bu alma agacidir nefslerine idare ede bilmedikleri ucun Cennetden qovuldular Tebiii bu da weytanin emelleri uzunden olub ALLAH TƏALA Hz ADƏMİ VƏ HƏVVANI torpaqdan yaratdi ve weytanda buna qarwi cixdi men oddan yaranmiwam onlar ise torpagdan men onlardan ustunem demiwdi ve bu vaxt ALLAH weytani Lenetledi daha dogrusu weytanda evvel ALLAH in bir meleyi idi ancag sonradan Lenetlendi ! ALLAH weytana Lenet elesin! AMIN!!!




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
MERICKA (Offline)
Əlavə edilən tarix 19 aprel 2012 17:30 | 3

Şərh sayı: 403
Xəbər sayı: 3
Xalı: 4
Qeydiyyat: 23.03.2012
Mükafatı yoxdur
ALLAH RAZI OLSUN...




Status: qeyd edilməyib
imza
MERYEM
ICQ: --
Reputasiya: 17
fasqa (Offline)
Əlavə edilən tarix 19 aprel 2012 16:56 | 2

Şərh sayı: 3102
Xəbər sayı: 0
Xalı: 224
Qeydiyyat: 13.12.2010
 
maraqli xabardi tawakkur ediram




Status: qeyd edilməyib
imza
manasiz hayat heyat gozal olsaydi dogulaken aglamazdiq heyat tamizl olsaydi olerken yuyulmazdiq
ICQ: --
Reputasiya: 0
SiMPLe_GiRL (Offline)
Əlavə edilən tarix 19 aprel 2012 15:46 | 1

Şərh sayı: 2242
Xəbər sayı: 452
Xalı: 2234
Qeydiyyat: 8.02.2012
  
Əziz müsəlmanlar! Gəlin Allahın bizə bəxş etdiyi ağıl kimi nemətin qədrini bilək və onu nəfsimizə tabe etməyək! Cox sagolun gozel xeberdi ,gozel sozlerdi ,logaliqin yeri yoxdu ,caliwaq ki ozumuzu oldugumuz kimi gosterey cemmiyete.Allah Razi olsun.




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 14
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

İSTİFADƏÇİ PANELİ


Xoş Gəldiniz

Ləqəb
Şifrə

Qeydiyyatdan keç!
Şifrəni unutmusan?

AYLIQ MÜƏLLİFLƏR

AYLIQ ŞƏRHÇİLƏR

TOP ŞƏRHLƏR

SEV_GI

Şərh sayı: 6171
hebibi_p

Şərh sayı: 5686
_ROCK_STAR_

Şərh sayı: 3871
angel_org

Şərh sayı: 3456
fasqa

Şərh sayı: 3102
EMERALD

Şərh sayı: 2903
xansuagdash

Şərh sayı: 2848
Sparrow

Şərh sayı: 2818
Ice

Şərh sayı: 2397
Menekşe

Şərh sayı: 2376

ZƏNGİn İSTİFADƏÇİLƏR

HiTMaN

xal: 2821
Menekşe

xal: 2366
SiMPLe_GiRL

xal: 2234
Naxcione

xal: 2002
vusaal

xal: 1718
hebibi_p

xal: 1232
M1rZ3

xal: 1095
karakasa

xal: 1073
xeyal98

xal: 1057
NiXaTo

xal: 1003

SORĞU

Sizin fikrinizcə uğurun açarı aşağıdakılardan hansıdır?

İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər...


Son Səsverən: Qonaq
Bütün Sorğular