

www.nice.az » Yumor və Aforizm » Yeni il lətifələri
Yeni il lətifələri

Yeni il lətifələri
Poçta məktub gəlir .Üstündə ’’ŞAXTA BABA ’’yazılıb. Poçt işçiləri məktubu açıb oxuyur: ’’Əziz saxta baba. Mən Dimayam, Şimalda yaşayıram.Qışda bura çox soyuqdur. Yeni ildə uşaqlar çöldə oynayır,mənsə oynaya bilmirəm. Çünki paltom,şərfim,əlcəyim,papağım yoxdur. Babacan,xahiş edirəm ,mümkünsə ,bunları mənə hədiyyə et. ’’Poçtdakı qadınlar kövrəlib ağlaşır və öz aralarında pul yığıb, uşağa papaq, şərf, palto alırlar. Bircə əlcək almağa pulları çatmır.Bağlamanı ünvana göndərirlər.2 ay sonra yenə Dimadan şaxta babaya məktub gəlir: ’’Çox sağ ol babacan. Hədiyyəni aldım bircə əlcəklər yox idi. Eybi yox, yəqin poçtdakı arvadlar çırpışdırıb. Ac gözlər, haramları olsun. ’’
-Ata nə üçün konfetləri yolkanın lap başında asırsan?
-Ona görə ki, bayrama qədər yeyib qurtarmayasan.
-Nə danışırsan?İndi mən bayrama kimi zər yeməliyəm?
Yeni ilə 1-2 gün qalmış uşağı nənəsini yanına gətirirlər. Nənə nəvəsi ilə oynayır, yedirir, yatırdır. Uşaq oyananda qışqırmağa, dəcəllik etməyə başlayır. Axırı nənə deyir :
- Bax, özünü yaxşı aparsan, Şaxta baba sənə oyuncaq qatar gətirəcək
Uşaq sevinir :
- Aaa...nə yaxşı...indi mənim iki oyuncaq qatarım olacaq.
- İki niyə ? – nənə təəccüblənir.
- Birini sənin çarpayının altından tapmışam.
31 Dekabr. Oğul anasına yaxınlaşır və deyir:
- Ana gəl 12-nin yarısı qışqıraq Yeni İl Yeni İl
Anası təəccüblə soruşur:
-Niyə oğlum?
- Qoy qonşular elə bilsin ki, yeni il birinci bizə gəlib.
Yeni ildə ata oğlu ilə danışır:
-Oğlum sən artıq böyüksən.Bilməlisən ki,Şaxta baba yoxdur yalandır.O mən idim.
Oğul atasına :
-Ata narahat olma mən bilirəm ki o sən idin. Hətta məni bu evə gətirən leylək də sənsən.
Qızlar yeni ili atılmış və ruhlarla dolu bir evdə keçirtməyə qərara alırlar. Qızlardan biri:
-Anam mənə ruhlarla yeni il keçirtməyə qoymur.
-Niyə?
- Keçən il onun rəfiqəsi yeni il ruhla keçirtdi. İndi uşağını baxçada qəbul eləmirlər.
- Şaxta baba, gətirdiyin hədiyyə üçün çox sağ ol.
- Əşşi boş şeydi. Təşəkkür etməyə dəyməz.
- Mən də o fikirdəyəm. Ancaq anam dedi ki təşəkkür et.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: hebibi_p |
Baxış sayı : 730 |
Rəylərin sayı (12) |
3 yanvar 2011




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!