www.nice.az > Xəbərlər > Azərbaycan 3-2 Qazaxıstan
Azərbaycan 3-2 Qazaxıstan7 sentyabr 2011. Müəllif: vusaal |
Dünən Avro-2012-nin seçmə mərhələsinin növbəti oyunları keçirilib. Azərbaycanın futbol üzrə milli komandası Avro-2012-nin seçmə mərhələsində Qazaxıstan millisini 3:2 hesabı ilə məğlub edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanı FİFA referisi Anders Hermansenin başçılıq etdiyi danimarkalı hakimlər briqadası idarə edirdi. Belə ki, oyunda ilk hesabı 21-ci dəqiqədə Qazaxıstan millisinin üzvü Sergey Ostapenko açıb ∓ 0:1. 25-ci dəqiqədə isə Vaqif Cavadov çərçivəyə düşsə də, qazaxların qapıçısı Mokin komandasını qoldan xilas edə bilib. Komandamız fasiləyə məğlub yollansa da, futbolçularımız matçın ikinci hissəsinə fəal başladılar. 54-cü dəqiqədə Rauf Əliyev baş zərbəsi ilə hesabda tarazlıq yaratdı. 58-ci dəqiqədə Vaqif Cavadovun uzaq zərbəsini yenə də Qazaxıstan millisinin qapıçısı Mokin çətinliklə qaytardı. 61-ci dəqiqədə Rauf Əliyevə qarşı kobudluğa görə hakim rəqib qapıya penalti təyin etdi. Mahir Şükürov komandamızı irəli çıxardı. 68-ci dəqiqədə isə Vaqif Cavadov Qazaxıstan komandasının qapısından 3-cü topu keçirdi. Sonda 77-ci dəqiqədə Yevstiqneyev fərqi minimuma endirdi - 3:2. Beləliklə, Azərbaycan Qazaxıstan millisini 3:2 hesabı ilə məğlub etdi. Yığmamız seçmə mərhələlər tarixində ilk dəfə 5 xaldan artığını qazana bildi. |