www.nice.az » Xəbərlər » Azərbaycan 3-2 Qazaxıstan
Azərbaycan 3-2 Qazaxıstan
Bu xəbəri dostlarınla paylaş:
Dünən Avro-2012-nin seçmə mərhələsinin növbəti oyunları keçirilib. Azərbaycanın futbol üzrə milli komandası Avro-2012-nin seçmə mərhələsində Qazaxıstan millisini 3:2 hesabı ilə məğlub edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanı FİFA referisi Anders Hermansenin başçılıq etdiyi danimarkalı hakimlər briqadası idarə edirdi.
Belə ki, oyunda ilk hesabı 21-ci dəqiqədə Qazaxıstan millisinin üzvü Sergey Ostapenko açıb ∓ 0:1. 25-ci dəqiqədə isə Vaqif Cavadov çərçivəyə düşsə də, qazaxların qapıçısı Mokin komandasını qoldan xilas edə bilib.
Komandamız fasiləyə məğlub yollansa da, futbolçularımız matçın ikinci hissəsinə fəal başladılar. 54-cü dəqiqədə Rauf Əliyev baş zərbəsi ilə hesabda tarazlıq yaratdı. 58-ci dəqiqədə Vaqif Cavadovun uzaq zərbəsini yenə də Qazaxıstan millisinin qapıçısı Mokin çətinliklə qaytardı.
61-ci dəqiqədə Rauf Əliyevə qarşı kobudluğa görə hakim rəqib qapıya penalti təyin etdi. Mahir Şükürov komandamızı irəli çıxardı. 68-ci dəqiqədə isə Vaqif Cavadov Qazaxıstan komandasının qapısından 3-cü topu keçirdi.
Sonda 77-ci dəqiqədə Yevstiqneyev fərqi minimuma endirdi - 3:2.
Beləliklə, Azərbaycan Qazaxıstan millisini 3:2 hesabı ilə məğlub etdi. Yığmamız seçmə mərhələlər tarixində ilk dəfə 5 xaldan artığını qazana bildi.

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: vusaal |
Baxış sayı : 415 |
Rəylərin sayı (6) |
7 sentyabr 2011

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!