www.nice.az > Xəbərlər > Putin BMT-nin Baş katibi olacaq?
Putin BMT-nin Baş katibi olacaq?19 mart 2011. Müəllif: ayorxannur |
![]() Putin BMT-nin Baş katibi olacaq? Rusiyanın “Nezavisimaya†qəzeti maraqlı bir iddia ilə çıxış edib. Qəzetin yazdığına görə, Rusiyanın Baş naziri Vladimir Putin 2012-ci ildə keçiriləcək prezident seçkisində iştirak etməyəcəyi təqdirdə, ona Beynəlxalq Olimpiya Komitəsinin, yaxud da BMT-nin Baş katibi postu təklif olunacaq. “Baydenin səfəri buna işarədir. Putin BMT-nin Baş katibi ola bilər†sərlövhəli yazıda qeyd olunub ki, ABŞ-ın vitse-prezidenti Cozef Baydenin mart ayının 9-da Rusiyaya səfəri çərçivəsində Prezident Dmitri Medvedev ilə görüşəcəyi rus elitasına siqnal xarakteri daşıyacaq. Adı açıqlanmayan rəsmilərə istinadən yazılıb ki, bu, həmçinin 2012-ci il seçkilərində ABŞ-ın Medvedevi dəstəkləməsi mənasına gəlir. Ancaq xəbər rəsmi şəkildə təkzib olunub. V. Putinin mətbuat katibi Dmitri Peskov bu iddianı zarafat kimi qəbul etdiklərini söyləyib: “Çox qəribə məlumatdır. Bunu 1 aprel zarafatı adlandırardım, amma o tarixə hələ qalıb. Bu məsələyə münasibət bildirməyə ehtiyac yoxdurâ€. |