

www.nice.az » Xəbərlər » Putin BMT-nin Baş katibi olacaq?
Putin BMT-nin Baş katibi olacaq?

Putin BMT-nin Baş katibi olacaq?
Rusiyanın “Nezavisimaya†qəzeti maraqlı bir iddia ilə çıxış edib. Qəzetin yazdığına görə, Rusiyanın Baş naziri Vladimir Putin 2012-ci ildə keçiriləcək prezident seçkisində iştirak etməyəcəyi təqdirdə, ona Beynəlxalq Olimpiya Komitəsinin, yaxud da BMT-nin Baş katibi postu təklif olunacaq.
“Baydenin səfəri buna işarədir. Putin BMT-nin Baş katibi ola bilər†sərlövhəli yazıda qeyd olunub ki, ABŞ-ın vitse-prezidenti Cozef Baydenin mart ayının 9-da Rusiyaya səfəri çərçivəsində Prezident Dmitri Medvedev ilə görüşəcəyi rus elitasına siqnal xarakteri daşıyacaq. Adı açıqlanmayan rəsmilərə istinadən yazılıb ki, bu, həmçinin 2012-ci il seçkilərində ABŞ-ın Medvedevi dəstəkləməsi mənasına gəlir.
Ancaq xəbər rəsmi şəkildə təkzib olunub. V. Putinin mətbuat katibi Dmitri Peskov bu iddianı zarafat kimi qəbul etdiklərini söyləyib: “Çox qəribə məlumatdır. Bunu 1 aprel zarafatı adlandırardım, amma o tarixə hələ qalıb. Bu məsələyə münasibət bildirməyə ehtiyac yoxdurâ€.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: ayorxannur |
Baxış sayı : 442 |
Rəylərin sayı (7) |
19 mart 2011




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!