www.nice.az > Xəbərlər > Pakistan "Facebook"u məhkəməyə verir
Pakistan "Facebook"u məhkəməyə verir4 mart 2011. Müəllif: hebibi_p |
![]() Pakistanın hakimiyyət dairələri Hz.Məhəmmədin (s.ə.s) təhqir olunduğu bütün internet portalları və servislərinin ölkədə qadağan olunmasını istəyir. Həmin servislər arasında internetin ən böyük sosial şəbəkəsi "Facebook"da var.Pakistanın Dövlət Telekommunikasiya Xidməti, habelə İnformasiya Texnologiyaları Nazirliyi ölkədə təhqiramiz məzmunlu bütün internet saytlarına girişi yasaqlamağı düşünür. Baş prokurorun müavini Navid İnayət Malik dünən Lahorda Ali Məhkəməyə müraciət edərkən belə deyib.Daha sonra o, Ali Məhkəmənin sədri İcaz Çaudhriyə "Facebook"a və digər sosial şəbəkələrə girişin yasaqlanması barədə müraciəti təqdim edib.Baş hakim isə bildirib ki, saytlarda təhqiramiz məzmunlu mətnlərin və çağırışların olması faktı təsdiqlənərək sübuta yetirilərsə, onların haqqında müvafiq qərar qəbul olunacaq. |