

www.nice.az » Xəbərlər » Pakistan "Facebook"u məhkəməyə verir
Pakistan "Facebook"u məhkəməyə verir

Pakistanın hakimiyyət dairələri Hz.Məhəmmədin (s.ə.s) təhqir olunduğu bütün internet portalları və servislərinin ölkədə qadağan olunmasını istəyir. Həmin servislər arasında internetin ən böyük sosial şəbəkəsi "Facebook"da var.Pakistanın Dövlət Telekommunikasiya Xidməti, habelə İnformasiya Texnologiyaları Nazirliyi ölkədə təhqiramiz məzmunlu bütün internet saytlarına girişi yasaqlamağı düşünür. Baş prokurorun müavini Navid İnayət Malik dünən Lahorda Ali Məhkəməyə müraciət edərkən belə deyib.Daha sonra o, Ali Məhkəmənin sədri İcaz Çaudhriyə "Facebook"a və digər sosial şəbəkələrə girişin yasaqlanması barədə müraciəti təqdim edib.Baş hakim isə bildirib ki, saytlarda təhqiramiz məzmunlu mətnlərin və çağırışların olması faktı təsdiqlənərək sübuta yetirilərsə, onların haqqında müvafiq qərar qəbul olunacaq.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: hebibi_p |
Baxış sayı : 384 |
Rəylərin sayı (10) |
4 mart 2011




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!