

www.nice.az » Xəbərlər » 20 yanvar, 21 il sonra unutmadıq!
20 yanvar, 21 il sonra unutmadıq!


Bakının ən uca yerində bir xiyaban var... Şəhidlər xiyabanı. Burada Vətənimizin müstəqilliyi, xalqımızın azadlığı, sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş mərd bacı və qardaşlarımız uyuyurlar. İlham və Fərizə cütlüyü, Çingiz Mustafayev, Ceyran Abdullayeva, Məlahət Nəsibova... And yerimizə çevirilən bu məkan Vətənin şəhid övladlarını ilk dəfə 1990-cı il yanvarın 19`dan s0`nə keçən gecə Bakının küçələrində törədilən dəhşətli faciədən sonra ağuşuna aldı. Qanlı 20 Yanvarda şəhərimizdə tarixin hələ şahidi olmadığı müsibətlər yaşandı. O gecə soydaşlarımızın saf niyyətləri, təmiz duyğuları güllə yağışına tutuldu. Azğınlaşmış əsgərlər yeganə "günahı" Vətəni sevmək olan insanları ağır döyüş maşınlarının altına salıb əzdilər, Bakının küçələri şəhid qanları ilə yuyuldu. Ertəsi gün Bakının küçələri, meydanları qırmızı qərənfil selinə qərq olmuşdu. "Bu qan yerdə qalmaz" deyən insanlar əllərində qərənfil "Azadlıq" meydanına axışırdılar. Onlar əziz şəhidlərin cənazələrini başları üstünə qaldırdılar və ucu-bucağı görünməyən insan axını Bakının Dağüstü Parkına istiqamət götürdü. Canlarını Vətən uğrunda fəda edən şəhidlər xalqın yekdil istəyi ilə paytaxtımızın ən uca və ən gözəl yerində - Dağüstü Parkda torpağa tapşırıldılar.
Hər il yanvarın 20`də Şəhidlər Xiyabanında xüsusi anım tədbiri keçirilir. Bura gələn hər bir insan şəhidlərin ruhu qarşısında baş əyərək and içir:
"Vətəni, doğma Azərbaycanımızı sizin kimi sevəciyik!"
Hər il yanvarın 20`də Şəhidlər Xiyabanında xüsusi anım tədbiri keçirilir. Bura gələn hər bir insan şəhidlərin ruhu qarşısında baş əyərək and içir:
"Vətəni, doğma Azərbaycanımızı sizin kimi sevəciyik!"
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: M1rZ3 |
Baxış sayı : 796 |
Rəylərin sayı (11) |
20 yanvar 2011




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!