

www.nice.az » Xəbərlər » Hansı məşhurun əlcəyi 330 min dollara satıldı?
Hansı məşhurun əlcəyi 330 min dollara satıldı?

ABŞ-ın Beverli-Hillz hərracında pop kralı Michael Caksonun əlcəkləri 330 min dollara satılıb. Məlumatı Press Association yayıb. Söhbət müğənninin 1980-cı illərdə Bad albomunun turnesi zamanı taxdığı ağ əlcəkdən gedir. Julien's Auctions auksion evinin saytında yerləşdirilən məlumata görə, əlcəyin sağ tayı və onun bir tərəfi Svarovski qaşlarla örtülüb. Pop kralının imzası olan gödəkçəsi 96 min dollara, şlyapası isə 72 min dollara satılıb. Hərraca digər məşhurların da əşyaları çıxarılıb. Məsələn, Merlin Monronun dərmanlarını saxladığı şüşə 19 min dollara, Con Lennonun 1966-cı ildə poza verdiyi Life Magazine jurnalı 240 min dollara satılıb. Albert Eynşteynin beyninin rentgen surəti 38 min dollara alınıb. 3-4 dekabr tarixində baş tutan hərracda əşyaların satışından əldə olunan gəlir 3 milyon dolları ötüb
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: HiTMaN |
Baxış sayı : 393 |
Rəylərin sayı (9) |
7 dekabr 2010




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!