www.nice.az » Xəbərlər » Evlənməyin əsas şərti dəyişib???
Evlənməyin əsas şərti dəyişib???
Bu xəbəri dostlarınla paylaş:

İstənilən dəyişiklik, yenilik ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Bütün ölkələrdə cəmiyyətlər mühafizəkar olur. Yad dəyərləri top-tüfəngə tuturlar. Formalaşmış mental xüsusiyyətlər öz rəngini və ölçüsünü qoruyub saxlamağa meyillidir. Qızların məktəbə getməsinə yanaşmalar, çadradan imtina edən və 90-cı illərdən sonra şalvar geyən qadınlara münasibət heç də yaxşı olmayıb.
Yalan olmaz ki, onun yarısı gerçək olmaya…
O zaman heç kəsin ağlına belə gəlməzdi ki, qızlar telekanala çıxıb özlərinə ər, oğlanlar isə qadın axtara bilərlər. Vaxt var idi ki, (indinin özündə də) Azərbaycan ənənəsində qızın hətta öz valideynlərinin qarşısında «mən ərə getmək istəyirəm» ifadəsi işlətməsi böyük ayıb sayılıb.
Halbuki, qızların böyük əksəriyyəti həqiqətən də ərə getmək istəyirlər. Amma bunu dilə gətirmirlər. “Qızsan, qız yerində oturâ€, “qız uşağı danışmaz†kimi «qırmızı işıqlar» anadan olan gündən zərif cinsin nümayəndələrinin yolları üzərində yanıb. Dahi Hacıbəyovun “O olmasın, bu, olsun» əsərindəki Rüstəm bəyin «Qızım, səni ərə verim» təklifinə Gülnazın verdiyi rədd cavabı da sırf ənənədən qaynaqlanırdı. Gülnazın «yox» cavabı heç də o demək deyildi ki, o, ərə getmək istəmir. Gülnazın əslində məqsədi elə ərə getməkdir. Təhsilsiz, karyera haqqında fikirləşməyən qız nədən atasının təklifinə «yox» deməliydi ki? Əsrin gülnazları və onun müasirləri danışmaqdansa qoşulub qaçmağa üstünlük veriblər hətta.
Əsrin Tellilərinin isə «pulun var gələrəm» şərti "Arşın mal alan"da daha çox yumor xəttini zənginləşdirmək üçün istifadə edilsə də, əslində özündə çox böyük həqiqəti daşıyıb. Və maraqlıdır ki, bir əsrə yaxın vaxt keçməsinə baxmayaraq, dövrümüzlə səsləşir. Hər kəsə bəllidir ki, o zamanlar pul insanların həyatında o qədər əhəmiyyət kəs etməyib. Marşrut, kommunal xidmətlər və s. problemlərin dərdini çəkməyən sadə, kllassik insanların həyat prioritetləri də çox sadə və saf olub...
"Pulun var gələrəm", "Pulun var, alaram" - daha çox günümüzün aktuallığıdır.
90-cı illərə qədər ailələrin qurulmasında eşq-məhəbbət və valideynlərin razılıq faktorları əsas rol oynayırdısa, bu gün ailənin qurulması üçün əsaslar xeyli dəyişib. Bu əsaslar bir vaxtlar çoxlarına gülməli görünürdü...
Eşq, yoxsa evlilik?
Zaman keçdikcə dəyişikliklər həyatımızın və mentalitetimizin tərkib hissəsi oldu. İndi qızlar çəkinmədən «mən ailə həyatı qurmaq istəyirəm» ifadəsini işlədir, hətta bunu milyonlarla insanın qarşısında etiraf edir. Təki oğlanın evi olsun.
«Onun yarısı», «Toy olsun» kimi verilişlər Avropa, Türkiyə telekanallarındakı verilişlərin təkrarı olsa da, aparıcıların dəridən-qabıqdan çıxmalarına baxmayaraq, müəyyən məqamlarda sünilik, bəzən şitlik özünü göstərsə də, diqqət çəkən bir məsələ var. Gənclər, xüsusən də qadınlar ailə həyatı qurmaq istəyirlər. Ən əsası, onların seçim imkanları olur. Qadın və kişi bir neçə insanın içərisindən ürəyinə yatanı (daha doğrusu, evi olanı) seçə bilir. Ailənin qurulub-qurulmayacağı, nə dərəcədə möhkəm olacağı başqa məsələdir. Boşanma halları elə dədə-baba yolu ilə qurulan ailələrdə də baş verir.
Subaylıq sultanlıqdır, bəs evlilik nədir?
Bu yaxınlarda İran prezidenti qızlara müraciət etdi ki, daha cavan yaşda ərə getsinlər. Əhmədinejeta görə, gec ərə getmək Avropa-dan gələn bir şeydir. Gözlərinə döndüyüm İran qızları da prezidenti cavabsız qoymadılar. Dedilər ki, oğlanların əksəriyyətinin evi yoxdur. Evsizlərlə evlənmək istəmirik. Bizdə də vəziyyət elə İrandakına bənzəyir. Azərbaycanda qızların daha gec yaşda ailə həyatı qurmaları və ya qura bilməmələri narahatlıq doğurur. Görəsən, qızlarımızın vaxtında ərə getməsi üçün lazımi şərait varmı? Fikir vermisinizsə, evləndirmə verilişlərində iştirak edən qızlar ərə gedəcəyi oğlanın əsasən, evinin olub-olmaması ilə maraqlanırlar. Oğlanın xarici görünüşü, dünya görüşü, ağlı bir sıra hallarda əhəmiyyətli sayılmır.
Deyəsən, dövrün tələblərindəndir ki, artıq evsizlik problemi və kompleksi qınaq obyekti olmaqdan çıxıb, başa düşülməyə başlanır.
Çün ki, bu gün ölkədə minlərlə ailə var ki, kirayənişin həyatı yaşayırlar və övladlarını kirəyə evlərdə dünyaya gətirib evləndirirlər. Bəzən onların övladları da evlənəndən sonra kirayə evlərdə yaşayırlar. Beləcə ölkədə kirəkeşzadələr nəsli yetişir.

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: Devid |
Baxış sayı : 650 |
Rəylərin sayı (11) |
6 dekabr 2010

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!