www.nice.az » Maraqlı Məlumatlar » Sizcə "yaşı ötmüş" qızlar həyatlarını necə qurmalıdır?
Sizcə "yaşı ötmüş" qızlar həyatlarını necə qurmalıdır?
Bu xəbəri dostlarınla paylaş:

Sizcə "yaşı ötmüş" qızlar həyatlarını necə qurmalıdır?
"Yaşı ötmüş" - Qarımış qızlar… Bu ifadənin özü belə adamda dərin kədər hissi yaradır. Hər bir qızın ən böyük arzusu sevilmək və övlad sahibi olmaqla analıq hissinin gözəlliyini duymaqdır. Amma "yaşı ötmüş" qızlar bu böyük məhəbbətlərdən məhrum olaraq həyatı yaşar və sevgiyə həsrət bu dünyada köçərlər…
Bu yaxınlarda ictimai televiziyada da bu məsələ müzakirə olunmuşdu. Orada belə fikir səslənmişdi. Bəlkə ailə səadətindən məhrum olan qarımış qızlar kəbinlə bir kişinin 2-ci qadını olaraq yaşasın və qeyri-qanuni olsa da dünyaya övlad gətirsin. Təbii ki, əsrlərdən gələn milli dəyərlərimiz heç vaxt buna imkan verməz. Bu səbəbdən diskusiya da çox gərgin keçdi. Bəziləri insanlıq nümayiş etdirərək «onların da sevgi yaşamaq haqqı var, rəsmi və ya qeyri-rəsmi» dedilər… Bəziləri isə, bunun əxlaqsızlığa yol açacağını bəyan etdi…
Bu mövzuya münasibət bildirmək çox çətindir. Kimsənin ikinci qadını olmağın, daha sonra isə atasız uşaq böyütməyin ağırlığı… Yəni, bu çətinliklərdən doğan mənəvi əzabları düşünəndə fikirləşirsən ki, nə qədər acı olsa da, elə onlar kişi məhəbbəti və övlad həsrəti ilə bu dunyadan getsələr daha yaxşı olardı...
Fikir vermişəm yaşı ötmüş qızların əksəriyyəti gözəl, oxumuş, yaxşı qızlardır. Bəs, niyə onlar bu gün tənhadır? Çünki, qarşılarına çıxan heç bir oğlanı bəyənmədiyi, hər elçi düşəndə bir eyib tapdıqları üçün… Buna görə də «Ailə səadətindən məhrum qarımış qızlar nə etməlidir?» kimi çətin sual qarşısında qalmamaq üçün illər öncə hər şeyi dərindən düşünüb addım atmaq lazımdır.
Hətta bir az pis səslənsə də, deyərdim ki, əgər Siz son məqamda evdə «qalmaq» və uğursuz ailə, yəni sevmədiyiniz biri ilə ailə qurmaq seçimi qarşısındasınızsa, şəxsi fikrimcə ikincini seçməyiniz daha yaxşı olardı. O səbəbdən ki, ən azından analıq hissini duyacaq, övlad məbəbbətinin xoşbəxtliyini yaşayacaqsınız. Yalnız övladı olanlar bilər ki, bu dünyada ondan dəyərli heç nə yoxdur!
Bu mənim şəxsi fikirlərim idi. Bəs siz nə düşünürsüz? Sizcə qarımış qızlar həyatlarını necə qurmalıdır? Yaxud yaşı ötməkdə olan qızlarımız ailə seçiminə necə yanaşmalıdır? Yəni qapını döyən istənilən elçiyə «hə» desinlər, yoxsa tənha qalmaları daha məsləhətdir?

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: GHoSTMaN |
Baxış sayı : 953 |
Rəylərin sayı (9) |
21 sentyabr 2010

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!