

www.nice.az » Xəbərlər » Əbədi cavan qalmağın sirri tapıldı
Əbədi cavan qalmağın sirri tapıldı
Bu xəbəri dostlarınla paylaş:
Harvard Universitetinin alimləri sensasion kəşfi açıqlayıblar. Onlar qocalma prosesinin qarşısını almağın yolunu tapıblar. Siçanlar üzərində aparılan eksperiment zamanı nəinki qocalmanı dayandırmaq mümkün olub, hətta prosesin əksinə getməsinə nail olunub. Eksperiment insan üçün təxminən 80 yaşa bərabər olacaq fiziki duruma malik bir neçə siçan üzərində aparılıb. Cəmi 2 ay ərzində onlara tərkibində xüsusi ferment – telomeraza olan preparat verilib. Nəticədə canlıların daxili orqanlarında qeyri-adi proseslər başlayıb: sürətlə əmələ gələn yeni hüceyrələr köhnələri əvəzləməyə başlayıb. Bununla da gəmiricilərin orqanizmi faktiki olaraq, cavanlaşıb. «Təsəvvür edin ki, bu, 75-80 yaşlı insanın 40-50 yaşa qayıtması deməkdir», - deyə genetik Ronald Depinyo bildirib: «2025-ci ildə dünyada yaşı 60-ı ötmüş 1,2 milyarddan artıq insan olacaq. Məqsədimiz həmin vaxtadək «cavanlıq həb»ini hazırlamaqdır.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: krik |
Baxış sayı : 466 |
Rəylərin sayı (15) |
30 noyabr 2010




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!