

www.nice.az » Xəbərlər » Şuşanın işğalından 18 il keçir!!!
Şuşanın işğalından 18 il keçir!!!
Şuşanın işğalından 18 il keçir!!!
ŞUŞA
1992-ci il 8 May
Hal-hazırda rayonun ərazisi erməni silahlı dəstələri tərəfindən işğal olunub
Ərazisi - 289 km2
Əhalisinin sayı - 241165
İnzibati mərkəzi - Şuşa
ŞUŞA
1992-ci il 8 May
Hal-hazırda rayonun ərazisi erməni silahlı dəstələri tərəfindən işğal olunub
Ərazisi - 289 km2
Əhalisinin sayı - 241165
İnzibati mərkəzi - Şuşa

Şuşa Yadigarları!
Lətif Səfərov
Üzeyir Hacıbəyov
Xurşidbanu Natəvan
Mir Möhsün Nəvvab Qarabaği
Yusif Vəzir Çəmənzəminli
Qasım bəy Zakir
Süleyman Sani Axundov
Nəcəf bəy Vəzirov
Zülfüqar Hacıbəyov
Unudanlar üçün Şuşanı xatırladan Bülbülsüz qalan Xarı
Lətif Səfərov
Üzeyir Hacıbəyov
Xurşidbanu Natəvan
Mir Möhsün Nəvvab Qarabaği
Yusif Vəzir Çəmənzəminli
Qasım bəy Zakir
Süleyman Sani Axundov
Nəcəf bəy Vəzirov
Zülfüqar Hacıbəyov
Unudanlar üçün Şuşanı xatırladan Bülbülsüz qalan Xarı

Qəsəbələr/Kəndlər
Malıbəyli, Yuxarı Quşçular, Aşağı Quşçular, Xəlfəli, Dükanlar, Zamanpəyəsi, Şüşülü, Mirzələr, Qaybalı, Laçmlar, Şırlan Çaykənd, Paşalar, Məmişlər, Xanalılar, İmamqulular, Əmillər, Səfixanlar, Xanlıq-pəyə, Allahqulular, Böyiik Qala dərəsi, Kiçik Qala dərəsi, Salatın kənd, Göytala, Onverst, Turşsu, Zarıslı, Nəbilər
Malıbəyli, Yuxarı Quşçular, Aşağı Quşçular, Xəlfəli, Dükanlar, Zamanpəyəsi, Şüşülü, Mirzələr, Qaybalı, Laçmlar, Şırlan Çaykənd, Paşalar, Məmişlər, Xanalılar, İmamqulular, Əmillər, Səfixanlar, Xanlıq-pəyə, Allahqulular, Böyiik Qala dərəsi, Kiçik Qala dərəsi, Salatın kənd, Göytala, Onverst, Turşsu, Zarıslı, Nəbilər

Azərbaycanın tarixi şəhəri, Qarabağın incisi Şuşa 1992-ci il mayın 8-də erməni silahlı qüvvələri tərəfindən işğal olunub. Artıq 18 ildir ölkənin canlı musiqi akademiyası adlandırılan Şuşa işğal altında inləyir. Şəhərdə Azərbaycanlılara məxsus mədəniyyət və tarixi abidələr yerlə-yeksan edilib, məşhur Üzeyir bəyin, Natəvanın və Xan Şuşinskinin heykəlləri güllələnib. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri də düşmən tərəfindən talan edilib. Bunlardan Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Həmçinin 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təssərüfatı texnikomları, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinoteatr, 3 muzey və şərq musiqi alətləri fabriki dağıdılıb. Hazırda isə, ermənilər Şuşanın görkəmini dəyişməyə hazırlaşır. Bu məqsədlə baş plan da hazırlanıb. Bu gün Şuşanın işğalı günü ilə əlaqədar dünyanın bir çox ölkələrində etiraz mitinqləri, Azərbaycanda anım mərasimləri keçirilib. Paytaxt Bakıda minlərlə insan Şəhidlər xiyabanını ziyarət edib, şəhərin müdafiəsində həlak olanlar xatırlanıb. 18 ilin həsrəti şuşalıları doğma şəhərləri üçün yamanca darıxdırıb. Şuşanın işğalı Azərbaycan tarixinin siyasi böhranlı dövrünə təsadüf edir.

Əhalisinin 90 faizdən çoxunu Azərbaycanlıların təşkil etdiyi Şuşanın ələ keçirilməsi ilə Dağlıq Qarabağ adlanan bölgənin işğalı başa çatdırılıb. Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı o vaxtkı Azərbaycan rəhbərliyinin bacarıqsızlığı və milli maraqlara laqeydliyinin nəticəsi idi. Təcavüz nəticəsində Şuşada 480 nəfər günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.

Niyə yerlərimizdən yurdumuzdan didərgin düşüb o yerlərə yenidən qayıtmaq ümüdü yoxdu, niyə hər şeyi unuduruq, niyə belə asanlıqla biz yatıb dururuq, heçmi fikirləşmirik ki, bu bizim adımıza ləkədi, 18 il keçir artıq hər il eyni şey ildə bir dəfə yad edirik bitir, gözləyək birdə 19-cu ili, bundan sonrakı illəri 20, 21, 22, hara gedir bu rəqəmləri illərdi təkrar təkrar deyib üstünə 1 ildə əlavə eləyirik ayıl qəflət yuxusundasan heç olmasa gözlərini aç, ayıl Vətən Övladı, Bu tək Şuşalının Qarabağlının çəkdiyi dərt deyil sənində dərdindi, Vətən üçün nə etmisən deyəndə qayıdıb deyirlər ki, vətən Mənim üçün nə edib axı, Vətən sənin üçün ən gözəl diyarı vermişdi, qaytar o diyarı vətən sənin üçün cənnət versin, Vətəndən istəki əldə eləyəsən, Vətən səndən öz Ürəyini İstəyir, Öz şah damarını Qarabağı istəyir, ondan ayrılan damarlarını istəyir, bu zəif qanla çox yaşamaz Azərbaycan O diyarın Havası var deyənə ayaqdadı Azərbaycan, Havasın Yox torpağın, suyun, dağların al gətirki Min illər boyu yaşam hədii bitənə kimi yaşayasan o diyarlarla!

Azadlıq uğrunda Vuruşub Canlarını qurban verənlər bizim üçün gələcək üçün qurban verdilər, bir vaxtlar hələdə borcluyuq bu günki yaşayışımıza görə, biz gələcəyə necə gedirik, nə qoymaq ümüdü ilə gedirik, nə aparırıq özün özünə sual vermisən?

Şuşa İşğalında Rəhmətə Gedənlərin Ailələrinə və bütün AZərbaycan Xalqının Başı sağ olsun, Ölənlərə ALLAHDAN Rəhmət diləyirik İnşALLAH qanları yerdə qalmaz!!!

Bax bu gözəl, dağlıq, düşmən tapdağı altında olan diyar bizimdi amma bizimlə deyil ! ! !









ŞUŞAmızda yaradılmış düşmən kilsəsi



Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: GHoSTMaN |
Baxış sayı : 637 |
Rəylərin sayı (8) |
8 may 2010




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!