www.nice.az » Xəbərlər » Şəhidlər Xiyabanında erməni yazısı.
Şəhidlər Xiyabanında erməni yazısı.
Bu xəbəri dostlarınla paylaş:

Bu yaxınlarda Şəhidlər Xiyabanını ziyarət edən vətəndaşlardan biri maraqlı faktla rastlaşıb. Qarabağ veteranı Rüstəm İbrahimov yerə döşənən daşların üzərində erməni yazıları olduğunu görüb.
Veteranın sözlərinə görə, buradan dəfələrlə keçsə də bu yazılar gözünə dəyməyib. 20 Yanvar faciəsinin iyirminci ildönümündə ziyarət zamanı daşların üzərinə həkk olunmuş erməni hərflərini görəndə isə bərk qəzəblənib.
“Qəflətən bu daşın üzərində erməni hərflərini görəndə dünya başıma hərləndi. Bura Azərbaycandır, bura Şəhidlər Xiyabanıdır. Bu erməni hərfləri burda nə gəzir?â€, deyə Rüstəm İbrahimov bildirib. O, erməni dilini bilməsə də, bu hərfləri tanıdığını iddia edib.
Adıçəkilən yerə gedən ANS-in çəkiliş qrupu gözə görünməyən yerdə həkk olunan yazıların həqiqətən də erməni dilində olduğuna əmin olmaq üçün mütəxəssis köməyinə müraciət edib. Erməni araşdırmaları mərkəzinin rəhbəri Qafar Çaxmaqlı şübhələrə aydınlıq gətirib. Mütəxəssis yazıların erməni hərfləri olduğunu təsdiqləyib.
“Görünür müəyyən müddət keçdiyindən onları aydın oxumaq olmur. Ayrı-ayrı hərflərə baxanda görünür ki, erməni hərfləridirâ€, deyə Q. Çaxmaqlı bildirib.
Mütəxəssisin sözlərinə görə, qəbir daşlarında oyma üsulundan istifadə də məhz ermənilərə xasdır. Onlara xas olan həm də olduqları hər yerdə bir nişanə buraxmaqdır.
“Azərbaycan, Türkiyə və harda müvəqqəti olsalar, yaşasalar da onlar orada iz buraxmağa çalışırlar. Orada ermənicə yazılar qoyurlar. Müəyyən dövr keçəndən sonra iddia edirlər ki, bu ərazilər onlarındır. Mən belə hesab edirəm ki, bu izləri əslində biz saxlamamalıyıq. Çünki bunlar süni surətdə həkk olunmuş yazılardırâ€, deyə Q. Çaxmaqlı bildirib.
Yazının erməni dilində olmasına əmin olandan sonra çəkiliş qrupu yenidən Şəhidlər Xiyabanına gedib. Xiyabanın rəhbəri Aydın Hüseynov erməni yazıları barədə eşidən kimi hərflərin həkk olunduğu əraziyə gəlib. Aydın müəllimin sözlərinə görə, Kirov parkı salınanadək burda qəbristanlıq olub. Qəbristanlıqda da müxtəlif xalqların nümayəndələrinin məzarı var imiş. Bu daş lövhələr də həmin qəbristanlığın nişanəsidir və vaxtı ilə baş daşı funksiyasını daşıyıb. Xiyaban müdirinin sözlərinə görə, Kirov parkı salınanda daş çatışmazlığı ilə üzləşdiklərindən baş daşlarından da istifadə etməli olublar.
Direktorun sözlərindən az keşməmiş yazıların silinməsinə başlanılıb. Bir müddətt sonra hərflər daşların üzərindən təmizlənib.

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: krik |
Baxış sayı : 768 |
Rəylərin sayı (15) |
13 mart 2010

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!