www.nice.az » Xəbərlər » Bu gün Torpaq çərşənbəsidir
Bu gün Torpaq çərşənbəsidir
Novruz bayramının ən təntənəli mərasimləri çərşənbələr hesab olunur və məhz buna görə də əhali həmin günləri xüsusi təntənə ilə qeyd edirlər. Lakin bu çərşənbələrin içərisində daha böyük mərasimlər hazırlanan çərşənbə sonuncu hesab olunan Torpaq çərşənbəsidir. Bu çərşənbə öz xüsusiyyətlərinə və bayrama yaxın olduğuna görə daha çox insanlar tərəfindən sevilir və seçilir. Ununla yanaşı torpağın insana və bəşəriyyətə verdiyi bu nemətlər heç vaxt unudulmur. Ona görə də həmin günə Azərbaycan xalqı daha təmtaraqlı şəkildə hazılaşırlar. Torpaq çərşənbəsində süfrəmizin gözəl təamlarından olan paxlava, şəkərbura, qoğal və bir çox şirniyyatlar hazırlanır. Qoğal günəşin və istiliyin simvolu kimi stola gətirilir. Şəkərbura da kənarındakı və üzərindəki mənalara görə günəş şüalarını xatrıladır, paxlava isə mərkəzinə qoyulmuş funduqla mifik mənanı özündə əks etdirir. Şirniyyatların süfrəyə qoyulması bütün ilin bərəkətli, ruzili və həmişə şirin keçməsini mənalandırır. Bununla yanaşı qoz, funduq, badam və bir çox çərəz növləri də süfrəni bəzəyir. Qadınlar, qızlar isə evlərinə xonça tuturlar və müxtəlif konfetlərlər onu bəzəyirlər. Süfrə qoyulmuş səməni isə öz yaşıl görkəmi və belinə bağlanmış qırmızı lentlə daha çox diqqət vəlb edir. Həmin gün hamı deyib, gülür və insanlar evlərində xoş sözlər danışırlar.
Torpaq çərşənbəsi olduğu üçün artıq xalq əkin ∓ biçinə başlamalı olur. Digər çərşənbələr sayılan Su, Od, Yel öz işlərini bitirmiş sayılırlar və Torpağa yer verirlər. Torpaq isə deyir səndən hərəkət məndən bərəkət. Yerlər şumlanır, toxumlar səpilir və artıq yazın gəlməsi ilə işgüzarlıq da özünü göstərir.
Axır çərşənbə günü qadınlar, qızlar çilələrini tökmək üçün çay üzərinə yollanır və sudan tullanırlar. Həmçinin həmin gün axşam vaxtı yenə də tonqallar qalanır, lakin bu çərşənbənin tonqalları digərlərindən amam fərqlənir. Çünki həmin gün daha çox maraq olur və hamı od ətrafına yığışaraq onun istisinə qızınmağa çalışırlar
Evlərdə qadınlar yemək qazanları asır, plov dəmləyir və bir çox xörəklər bişirirlər. Bunların müxtəlifliyi süfrənin daha da cəzbedici olmasına səbəb olur. Nişanlı qızlara hədiyyələr gəlir, təzə gəlinlər qırmızı geyinirlər. Xanımlar isə evlərini ən yüksək səviyyədə bayrama hazırlayırlar. Həmçinin bugünü evlənməyən subay qızlara baxmağa gələn oğlanlar olduqca çox olur, xüsusən papaqatmaq mərasimi bütün oğanlar tərəfindən sevilir. Onlar öz papaqlarını başqalarının qapısına ataraq bayram payı gözləyirlər. Qapını açan şəxslər isə bayram tədarüklərindən və evlərində olan nemətlərdən papağa qoyaraq həmin adamları sevindirirlər. Çərşənbə günü yumurtalar boyanır, rəngləri isə xonçalarda bəzəkli görünsün deyə müxtəlif olur. Axır çərşənbədə yumurtalar toqquşdurulur və uşaqlar mərcə girirlər. Kimin yumurtası digərinə aid olanı sındırsa həmin şəxs qalib elan olunur.
Torpaq çərşənbəsində insanlar öz qohumlarını yadına salır və onlara qonaq getməyə başlayırlar, həmçinin vəfat etmiş insanları da yada salmaq lazımdır. Rəhmətə gedən insanların qəbirlərini ziyarət edir, onları da xatırlayırlar. Həmçinin qoca insanları və valideynləri yada salmaq daha mühüm əhəmiyyətə malikdir. Bu bayram günlərində şikəstlərə, əlillərə əl tutmaq və valideyni olmayan uşaqlara yaxşılıq etmək həmin insanın savaba girməsi ilə nəticələnir. Çərşənbə günü ev sahibləri gec yatmalıdır və evində qulaq falına çıxanları nəzərə alaraq xoş söhbətlər etməlidir. Əkin ∓ biçinlə məşğul olunan torpaq sahələrində cütçülərin və sayaçıların sözlərinə rast gəlmək mümkündür. Hətta mal ∓ qara saxlayan insanlar da həmin günlər ərzində kefləri kök olur. Xüsusən axır çərşənbə sayılan Torpaq çərşənbəsi günündə evdən od, neft, kibrit vermək olmaz. Hətta ağartı qidaların da verilməsi düzgün hesab olunmur. Çərşənbə günündə başyalan mərasimlər səhər tezdən elan olunur və gün dəyişənə qədər davam edir, həmin gücə evlərdə şamlar yandırılır, hər bir şəxsin adı qoyulmuş şam sona qədər yanmalıdır. Şamların kimsə tərəfindən söndürülməsinə icazə verilmir.
Torpağın əzizlənməsi, onun qeydinə qalınması, bostan və dirriklərdə aparılan tədarüklər də hamı tərəfindən hiss ediləcək dərəcədə olur. Yazın gəlişi havalrın dəyişilməsində də güclü şəkildə hiss olunur və mərasimlər zamanı yazla, qış vəsf olunur.
Həmin günü buğdalar qovrulur və onlar tavaya atılarkən müxtəlif qızların adları tutulur. Kimə aid olan buğda tez atılsa, deməli həmin qız hamıdan əvvəl evlənəcəkdir. Subay qızları görməyə gələn oğlanlar kənd yerlərində bacadan torba sallayırlar və qızlar da onların içərisində müxtəlif şirniyyatlar qoyaraq yenidən özlərinə göndərirlər. Həmçinin Torpaq çərşənbəsində müxtəlif ayinlər qurulur, nəğmələr, bayatılar oxunulur, insanlar qulaq falına çıxırlar. Xüsusən axır çərşənbə günü qadınlar, qızlar bir evə evə toplaşaraq fal mərasimlərini yerinə yetirirlər. Bunlara aşağıdakı falları göstərə bilərik;
Ilin-ayın axırında (Novruz bayramından iki gün əvvəl) bulaqdan, yaxud çaydan axar sudan “lal su†gətirilir. Buna ona görə “lal su†deyirlər ki, bu suyu gətirməyə gedən şəxs su gətirəcəyi qabı əlinə götürəndən ta suyu gətirib evdə, iynə salınacaq qaba tökənəcən dinməməlidir (həmin su şər qarışandan sonra gətirilir və bu suyu gətirən şəxs bir neçə adam tərəfindən müşayiət oluna bilər).
Suyu qaba tökəndən sonra iki iynənin ulduzlu tərəfinə bir azca pambıq dolayır, birini qız, birini oğlan deyə fikirdə tutur (falı açılan şəxslər) və hərəsini bir tərəfdən üsulluca suya qoyurlar. Sonra həmin iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər.
Qovuşacaq adamlarda iynələr müxtəlif səmtlərə hərəkət etsələr də axırda bir-birinə yaxınlaşıb bitişirlər. Əksinə olanda isə iynələr o tərəf-bu tərəfə hərəkət edir və bir-birinə qovuşurlar. İynə suyun dibinə çökürsə - elə ilk dəfə qoyulanda, deməli, su “lal su†deyil. Su gətirən adam üstündə danışmışdır. O, heç olmasa, “a†deyə səs çıxarmışdır.
Yumurta və karandaşlar
Axır çərşənbə günü tövlənin pəncərəsinin ağzına (qabağına) bir yumurta, iki karandaş ∓ qara və qırmızı karandaşlar qoyulur. Səhər həmin yumurtanın üstündə (üzərində) xətt olur (guya Xıdır xətt çəkir). Əgər qırmızı karandaşla xətt çəkilibsə, yumurta kimin bəxtinə qoyulubsa, o xoşbəxt olacaq. Qara karandaşla xətt çəkilibsə əksinə olacaqdır.
Qapı pusmaq
Axır çərşənbə günü, yaxud həftənin uğurlu günləri axşamçağı qonşuların qapısını kirimişcə pusurlar. Qapıya yaxınlaşərkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. (Bu səbəbdəndir ki, həmin günün axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur). Məsələn, ilk eşidilən sözlər “işığı yandırâ€, “yaxşı olacaq†və s. olarsa, hər şeyin yaxşı olacağı güman dilir. əksinə, “söndüâ€, “viran qalsın†və s. kimi sözlər eşidiləndə pis tərəfə yozulur.
Sözə qüvvət: Arvadxasiyyət bir kişi qulağa durmaqla qonşusunu boğaza yığıbmış. Bir gün (həmin “fal açılan†gün) qonşu görür ki, həmin kişi sakitcə pəncərənin qabağından keçdi. Qonşu hiss edir ki, o yenə qulağa dayanacaq. (Qapı pusmanı adətən qadınlar icra edərlər). Onun bu xasiyyətindən təngə gəlmiş qonşu, adəti pozub deyir:
- Əşi, bu soba zəhrimara qalmış sönüb, elə sönülü də qalacaq! Bir an keçmir ki, həmin kişi pəncərənin qabağından çox qanı-qara keçir...
Duzlu kökə yemək
Axır çərşənbə axşamı gec yatırlar. Yatanda işə əvvəlcədən hazırlanmış duzlu kökə yeyib yatırlar, su içmirlər. Gecə yuxuda (susuzluqdan) su görünür: içməyə kimsə su verir. Guya, həmin su verən adam yuxu görənin qismətidir.
Sözə qüvvət: Bir qızı iki oğlan sevirmiş. Bu falı yoxlamaq üçün həmin qız həmin bayramda duzlu kökə bişirib yeyir. Gecə yuxuda oğlanlardan biri ona su verir. Qız içir. Lakin susuzluğu keçmir. Yenə “su, su†deyir. Bu vaxt o biri oğlan su verir... Belə çıxir ki, qız onların iksinə də ərə getməli idi...
Deyilinə görə həmin qız ona birinci olaraq su verənə ərə gedir. Lakin hansısa qəzadan həmin gənc həlak olur. O biri oğlan dul qalmış qız ilə evlənir.
Yeddi ulduz
Bu falı istənilən vaxt icra etmək olar. Yatmağa gedəndə yeddi ulduz sayırlar. Ulduzları sayandan sonra bir kəlmə də olsa, danışmaq olmaz. Bu halda öz qismətini yuxuda görürlər.
Şax konfeti
Əvvəllər gəlin üçün şax bəzənərdi. Bu, taxtadan, daha doğrusu, odundan düzəldilmiş və bütün çıxıntılarına mıx çalınmış konusvarı, təxminən 1-1.5 metr hündürlüyündə figur idi ki, bunu da müxtəlif şirniyyatla, qoz-badamla, meyvə ilə bəzəyirlər. Həmin şaxdan qoparılmış konfeti axşamyeyib yatanda, guya adam yuxuda öz qismətini görür.

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: hebibi_p |
Baxış sayı : 869 |
Rəylərin sayı (9) |
15 mart 2011

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!