www.nice.az » Xəbərlər » Bu gün su çərşənbəsidir
Bu gün su çərşənbəsidir
Bu xəbəri dostlarınla paylaş:

Böyük çillədən sonra Novruzun gəlişinin ilk müjdəçilərindən biri çərşənbələrdir. Bayram məhz çərşənbələrdən başlayır. Bu gün birinci - su çərşənbəsidir. Novruz bizim diyara su çərşənbəsi ilə qədəm qoyur. Bu ilk çərşənbə buzların əriyib çaylara tökülməsindən, torpağın su içməsindən xəbər verir. Su çərşənbəsi suyun təzələnməsi kimi anlaşıldığından həmin gün bütün mərasimlər su ilə bağlı olur. İnsanlar həmin gün sübh tezdən axar suyun üstünə gedir, üstündən atılır.
Amma əlbəttə ki, şəhər şəraitində axar suyun üstünə getmək mümkün olmadığından şəhərdə yaşayan insanlar üçün alternativ yol var. Gün çıxmamış durub əl-üzünü su borusundan gələn su ilə yumaq kifayətdir. Bu o deməkdir ki, insanlar yeni suyu qarşılayır, xəstəliklərdən azad olacaqlarına inamla birgə onlarda həyata sevgi, gözəllik, sayğı düşüncələri aşılayır.
Suya sitayişin davamı kimi axşam tonqalın üstündən hoppanmaq da vacib sayılır. Çərşənbə süfrəsinə gəlincə isə, süfrədə təmiz sudan hazırlanmış pürrəngi çayın olması mütləqdir. İmkanı çatan qədər plov bişirilməli, süfrədə 7 adda nemət olmalıdır. Süfrədə səməninin olması elə də vacib deyil. Səmənini ilk çərşənbəyə yetişəcəyi real olmadığından o, süfrələri daha çox son çərşənbə və bayram günü bəzəməlidir.
Su Çərşənbəniz mübarək!

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: GHoSTMaN |
Baxış sayı : 1057 |
Rəylərin sayı (11) |
21 fevral 2012

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!