www.nice.az > Ordan-Burdan > Şokolad souslu almalı toplar

Şokolad souslu almalı toplar


22 avqust 2011. Müəllif: vusaal
Şokolad souslu almalı toplar


Vəsaitlər

- 3 ədəd alma
- 2 paket petibör biskvit
- 1 çay stəkanı döyülmüş qoz
- 1 çay qaşığı darçın

Üstü üçün:

- Yarım paket tünd şokolad sous

Hazırlanması:

1 - Almaların qabıqlarını soyub rəndələyin.
2 - Çox suyu çıxıbsa, təmiz bir tənzif arasında almaları sıxın.
3 - Bisküviləri robotdan keçirib almanın üstünə əlavə edin.
4 - İçinə qozu və darçını əlavə edib yoğurun.
5 - İri toplar halında yumrulayın və soyuducuda soyudun.
6 - Yarım paket hazır tünd şokolad sousunu üzərindəki çəkərək
hazırlayın.
7 - Şokolad sousu ilıq olduqdan sonra almaların üzərinə tökərək xidmət edin.

Hazırlayarkən içinə sevginizi qatmağı unutmayın.. Nuş Olsun..