www.nice.az > Ordan-Burdan > Bolqar bibərli toyuq salatı

Bolqar bibərli toyuq salatı


23 iyun 2011. Müəllif: _ROCK_STAR_
Bolqar bibərli toyuq salatı

4 porsiya üçün nəzərdə tutulub

Ərzaqlar

450 qram toyugun filesi
1/2 cay qaşğış duz (toyuğun suyuna əlavə etmek üçün)
1 ədəd qabığı soyulmuş xiyar (əgər təzə xiyar yoxdursa, turşu xiyar ilə əvəz etmək olar)
2 ədəd suda bişmiş və qabığı soyulmuş yerkökü
1 ədəd yaşıl bolqar bibəri
1 ədəd sarı və narıncı bolqar bibəri
Zövqə görə xırda doğranılmış şüyüt
Zövqə görə duz
Zövqə göre istiot
4 xörək qaşığı mayonez və yaxud 2 xörək qaşığı mayonez, 2 xörək qaşığı xama (zövqə görə)

HAZIRLANMASI:
1. Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Soyuduqdan sonra bıçaqla doğrayın.
2. Xiyarı, yerkökünü və bibərləri uzunsov doğrayın
3. Ərzaqların hamısını bir qaba qoyub qarışdırın. Soyuducuda yarım saat saxladıqdan sonra servis edin...

NUŞ OLSUN!