www.nice.az > Ordan-Burdan > Gəlsin [İstək şeir]
Gəlsin [İstək şeir]28 may 2011. Müəllif: GHoSTMaN |
![]() GƏLSİN Badi-səba, söylə mənim yarıma, Gözəllər çıxıbdır seyranə, gəlsin! Təğafül etməsin işrət çağıdır, İçilir hər yerdə peymanə, gəlsin! Bənövşələr salsın başın aşağa, Nərgiz olsun gözlərinə sadağa, Gül camalın görüb düşsün torpağa, Bülbülü gətirən əfqanə, gəlsin! Siyah zülfü tər buxaqda dənlənib, Sonalar yerişi ondan öyrənib. Ovçu görmüş maral kimi səksənib Oğrun baxa-baxa hər yanə, gəlsin! Barmağında xatəm, belində kəmər, Telində güşvarə, düymə tamam zər, Qərq olsun yaşıla, ala sərasər, Naz ilə sallana-sallana gəlsin! Sürmə çəksin gözlərinə, qaşına, Gündə yüz yol mən dolanım başına, Zakir tək yanmağa eşq ataşına, Cürəti var isə pərvanə gəlsin! |