

www.nice.az » Ordan-Burdan » Gəlsin [İstək şeir]
Gəlsin [İstək şeir]
Bu xəbəri dostlarınla paylaş:
![Gəlsin [İstək şeir] Gəlsin [İstək şeir]](/uploads/posts/1306571516_copy-istek-kopiya.jpg)
GƏLSİN
Badi-səba, söylə mənim yarıma,
Gözəllər çıxıbdır seyranə, gəlsin!
Təğafül etməsin işrət çağıdır,
İçilir hər yerdə peymanə, gəlsin!
Bənövşələr salsın başın aşağa,
Nərgiz olsun gözlərinə sadağa,
Gül camalın görüb düşsün torpağa,
Bülbülü gətirən əfqanə, gəlsin!
Siyah zülfü tər buxaqda dənlənib,
Sonalar yerişi ondan öyrənib.
Ovçu görmüş maral kimi səksənib
Oğrun baxa-baxa hər yanə, gəlsin!
Barmağında xatəm, belində kəmər,
Telində güşvarə, düymə tamam zər,
Qərq olsun yaşıla, ala sərasər,
Naz ilə sallana-sallana gəlsin!
Sürmə çəksin gözlərinə, qaşına,
Gündə yüz yol mən dolanım başına,
Zakir tək yanmağa eşq ataşına,
Cürəti var isə pərvanə gəlsin!
Badi-səba, söylə mənim yarıma,
Gözəllər çıxıbdır seyranə, gəlsin!
Təğafül etməsin işrət çağıdır,
İçilir hər yerdə peymanə, gəlsin!
Bənövşələr salsın başın aşağa,
Nərgiz olsun gözlərinə sadağa,
Gül camalın görüb düşsün torpağa,
Bülbülü gətirən əfqanə, gəlsin!
Siyah zülfü tər buxaqda dənlənib,
Sonalar yerişi ondan öyrənib.
Ovçu görmüş maral kimi səksənib
Oğrun baxa-baxa hər yanə, gəlsin!
Barmağında xatəm, belində kəmər,
Telində güşvarə, düymə tamam zər,
Qərq olsun yaşıla, ala sərasər,
Naz ilə sallana-sallana gəlsin!
Sürmə çəksin gözlərinə, qaşına,
Gündə yüz yol mən dolanım başına,
Zakir tək yanmağa eşq ataşına,
Cürəti var isə pərvanə gəlsin!
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: GHoSTMaN |
Baxış sayı : 539 |
Rəylərin sayı (10) |
28 may 2011




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!