www.nice.az > Ordan-Burdan > Aşıq Ələsgər [şeir]
Aşıq Ələsgər [şeir]26 may 2011. Müəllif: hebibi_p |
![]() Çərşənbə günündə, çeşmə başında Gözüm bir alagöz xanıma düşdü. Atdı müjgan oxun keçdi sinəmdən, Nazu qəmzələri qanıma düşdü. İşarət eylədim dərdimi bildi, Gördüm həm gözəldi, həm əhli - dildi, Başını buladı, gözündən güldü, Güləndə qadası canıma düşdü. Ələsgərəm hər elmdən halıyam, Gözəl, sən dərdlisən, mən yaralıyam, Dedi nişanlıyam, özgə malıyam, Sındı qol - qanadım, yanıma düşdü. |