

www.nice.az » Ordan-Burdan » Aşıq Ələsgər [şeir]
Aşıq Ələsgər [şeir]
Bu xəbəri dostlarınla paylaş:
![Aşıq Ələsgər [şeir] Aşıq Ələsgər [şeir]](/uploads/posts/1305810147_asiq-elesger.jpg)
Çərşənbə günündə, çeşmə başında
Gözüm bir alagöz xanıma düşdü.
Atdı müjgan oxun keçdi sinəmdən,
Nazu qəmzələri qanıma düşdü.
İşarət eylədim dərdimi bildi,
Gördüm həm gözəldi, həm əhli - dildi,
Başını buladı, gözündən güldü,
Güləndə qadası canıma düşdü.
Ələsgərəm hər elmdən halıyam,
Gözəl, sən dərdlisən, mən yaralıyam,
Dedi nişanlıyam, özgə malıyam,
Sındı qol - qanadım, yanıma düşdü.
Gözüm bir alagöz xanıma düşdü.
Atdı müjgan oxun keçdi sinəmdən,
Nazu qəmzələri qanıma düşdü.
İşarət eylədim dərdimi bildi,
Gördüm həm gözəldi, həm əhli - dildi,
Başını buladı, gözündən güldü,
Güləndə qadası canıma düşdü.
Ələsgərəm hər elmdən halıyam,
Gözəl, sən dərdlisən, mən yaralıyam,
Dedi nişanlıyam, özgə malıyam,
Sındı qol - qanadım, yanıma düşdü.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: hebibi_p |
Baxış sayı : 2086 |
Rəylərin sayı (10) |
26 may 2011




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!