www.nice.az > Ordan-Burdan > İmaməddin Nəsimi [şeir]

İmaməddin Nəsimi [şeir]


19 may 2011. Müəllif: hebibi_p
İmaməddin Nəsimi [şeir]

Dilbəra, mən səndən ayrı ömrü canı neylərəm?
Tacı taxtı mülkü malı xanimanı neylərəm?

İstərəm vəsli-cəmalın ta qılam dərdə dəva,
Mən sənin bimarınam, özgə dəvanı neylərəm?


Ey müsəlmanlar, bilin kim, yar ilə xoşdur cahan,
Çünki yardan ayrı düşdüm, bu cahanı neylərəm?


Çox dualar qılmışam mən xaliqin dərgahına,
Çün muradım hasil olmaz, mən duanı neylərəm?

Dilbər aydır, ey Nesimi, sabir ol, qılma fəğan,
Mən bu gün səbr eyləsəm, danla fəğanı neylərəm?