www.nice.az » Ordan-Burdan » İmaməddin Nəsimi [şeir]
İmaməddin Nəsimi [şeir]
Bu xəbəri dostlarınla paylaş:
![İmaməddin Nəsimi [şeir] İmaməddin Nəsimi [şeir]](/uploads/posts/1305795608_copy.jpg)
Dilbəra, mən səndən ayrı ömrü canı neylərəm?
Tacı taxtı mülkü malı xanimanı neylərəm?
İstərəm vəsli-cəmalın ta qılam dərdə dəva,
Mən sənin bimarınam, özgə dəvanı neylərəm?
Ey müsəlmanlar, bilin kim, yar ilə xoşdur cahan,
Çünki yardan ayrı düşdüm, bu cahanı neylərəm?
Çox dualar qılmışam mən xaliqin dərgahına,
Çün muradım hasil olmaz, mən duanı neylərəm?
Dilbər aydır, ey Nesimi, sabir ol, qılma fəğan,
Mən bu gün səbr eyləsəm, danla fəğanı neylərəm?

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: hebibi_p |
Baxış sayı : 3092 |
Rəylərin sayı (11) |
19 may 2011

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!