

www.nice.az » Ordan-Burdan » Praqa haqqında məlumat
Praqa haqqında məlumat

Yeddi təpənin üzərində yerləşən və dünyanın ən gözəl şəhərlərindən biri olan Praqaya səyahət o qədər də baha başa gəlmir. Qotika üslubunda tikilmiş kilsələr, memarlığın çox incə nümunəsi olan daşdan krujevalar, körpülər… Deyilənə görə, bu körpülərdən birində - Karlovo körpüsündə dayanıb nikahınızın uzunömürlü və xoşbəxt olmasını arzulasanız, bu mütləq belə də olacaq. Romantik şam yeməyini yaxşı olar ki, Uşaq adasında (Jofin restoranı) və ya Kamp adasında təşkil edəsiniz. Tennis oynamağa, at sürməyə isə Streles adasına getmək məsləhətdir. Praqanın gözəlliklərinə daha yaxşı baxmaq üçün Karlovo körpüsünün yanında qayıq icarəyə götürə bilərsiniz. Şəhərin ən görməli yerlərindən biri də Staromest meydanıdır. Bu meydandakı saatı 1490-cı ildə Hanus adlı usta hazırlayıb. Saatın gözəlliyi o dövr üçün çox çətin və ağlasığmaz texnologiyaya malik olmasındadır. Bir saatdan bir saatın pəncərəsində 12 apostol peyda olur və tamaşaçıların gözü qarşısında hərəkət edir. İqlimi mülayimdir, ən səmərəli istirahət vaxtı may, iyul, sentyabr ayları sayılır. Xizək sürmək istəyənlər isə yanvar, fevral aylarında gəlməlidirlər. Bir çox turizm agentliklərinin məlumatına görə, evlənmək istəyənlərin böyük əksəriyyəti toy şənliklərini Praqanın qədim yerli ratuşasında (hökumət evi) keçirmək istəyirlər. Cütlüklər üçün iri sahədə cins atlar üstündə və ya Praqa üzərindən uçan hava balonunda toy təklif olunur.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: Naxcione |
Baxış sayı : 1298 |
Rəylərin sayı (3) |
10 avqust 2011




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!