TƏQVİM

«    May 2025    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

ONLİNE

Hal-hazırda saytda 63 nəfər

.İstifadəçilər: 0
Tapılmadı.

.Robotlar: 0
Tapılmadı.

.Qonaqlar: 63

.Saytda olan son 20 istifadəçi
2Karona adopingBum
amerika Ashleynig
Ateist azefefo
Danielseego Darknight
Deerlip eagewsjes
edurnenok efygas
Falaexalp HymanPer
ijuxobajo JosueJeOli
LeGaCy M1rZ3
MelvinTog vasif_275

Admin | Baş Redaktor | Redaktor
VIP user | Briliant user | Gold user
Silver user | Active user

TOP XƏBƏRLƏR

TƏSADÜFİ XƏBƏR

Airena_wallapack_25

36 шт.| JPG | 1600x1200 - 1920x1080 | rar 29,6 Mb...Ətraflı oxu

QAN YADDAŞIMIZ

 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 17.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 07.07.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 23.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

REKLAM

sms.nice.az

FACEBOOK PAGE

DOST SAYTLARI

www.nice.az » Ordan-Burdan » Qədim Azərbaycan şəhəri Ərdəbil

Qədim Azərbaycan şəhəri Ərdəbil

 (səs sayı: 3)

Bu xəbəri dostlarınla paylaş:
Qədim Azərbaycan şəhəri Ərdəbil

Ərdəbilin 5000 ilə yaxın tarixi vardır. Bu, şumer abidələrində qeyd edilib.
2006-cı il əhalinin siyahıya alınmasının nəticələrinə görə Ərdəbil şəhərinin 412,669 nəfər əhalisi var. Əhalinin əksəriyyəti azərbaycanlılar olmaqla, qalan qismi çox az sayda (1%-dən az) farslardan ibarətdir.

Ərdəbil özünün xalı, xalça, ipək və s. məhsulları ilə şöhrət qazanmışdır. Həmçinin, İranın kartof becərilən ən böyük bölgələrindən biridir. Məşhur Şeyx Səfiəddin və Şah İsmayıl məqbərələri bu şəhərdə yerləşir. Ərdəbilin digər tarixi abidələrinə gəldikdə, Cümə məscidini və şəhərin Kəhralan adlanan hissəsindəki Şeyx Cəbrayıl məzarlığını qeyd etmək olar.

Şəhərin cənub-qərb hissəsində yerləşən Şorəbil gölü və gölün ətrafındakı əyləncə məkanı Ərdəbilin yüksək turizm potensialının göstəricisidir. Bundan əlavə şəhər kənarında yerləşən Səreyn yaşayış məntəqəsi müalicə əhəmiyyətinə malik isti suyu ilə şöhrət qazanmışdır. İstisu özünə həm ölkə daxilindən, həm də ölkə xaricindən hər il minlərlə turist cəlb edir. Savalan dağı isə yay fəslində yerli və xarici alpinistlərin maraq obyektinə çevrilir. Ərdəbil şəhərinin səfalı yerlərindən biri də "Fındıqlıq" adlanan ormanlarıdır ki, Azərbaycanla sərhəddə, Talış dağlarının ətəklərində yerləşir.

Səfəvilər dövlətinin qurulduğu tarix İranın Mədəniyyət şurası tərəfindən Ərdəbil Milli Günü adlandırılıb.
Ərdəbil Azərbaycanın qədim şəhərlərindən biridir. Bu şəhər dəniz səviyyəsindən 1100 metr hündürlükdə yerləşir. Ərdəbil şəhərinin məhsuldar torpağa malik düzənlikdə yerləşməsinə baxmayaraq onu hündür dağlar əhatə etmişdir. Şəhər Qərbdən Savalan dağı, Şərqədən Bağro dağı, Cənubdan Büzgüş, Şimaldan isə Talış dağları ilə əhatə olunur.

Ərdəbil əlverişli təbii-coğrafi şəraitə malikdir. Dəniz səviyyəsindən 4820 m hündürlüyə malik olan Savalan dağı keçmişdə vulkan olmuşdur.Hazırda bu vulkan sönmüşdür. Bu dağ Ərdəbil şəhərinin iqliminə yaxşı təsir edir. Həmin dağın ətəyində Ərdəbil şəhərindən az aralıda yerləşən Səreyin, Sarı dava və Qotur suyu adlı mineral sular da bu qədim şəhəri şöhrətləndirmişdir.

Şəhər tarixi yaxşı tədqiq edilməmiş, şəhər ərazisində və ətrafında arxeoloji qazıntı işləri aparılmamışdır. Ərdəbil şəhəri və onun ətrafında bir sıra abidələr, o cümlədən bir metr uzunluğunda ağır dəstəkli qılınclar, müxtəlif xəncərlər, baltalar, ox ucluqları, ox qablarının metal hissələri, sırğa və boyunbağılar da tapılmışdır və yüksək sənətkarlıq nümunəsi kimi qiymətləndirilən bu tapıntılar hal-hazırda Tehran şəhərində, İran Bastan Muzeyində “Ərdəbil tapıntıları” bölməsində saxlanılır.

İranın tarixçi və coğrafiyaşünaslarından Fəxrəddin Musəvi Ərdəbili, Cəmşid İbadulla Məliki, Əli Rəzməra, İsmayıl Dibac, Ələkbər Dehxuda, Məsud Keyhan, Daryuş Behazin, Baba Səfəri və başqaları orta əsr mənbələrinə əsaslanıb şəhərin orta əsrlər tarixi haqqında məlumatlar vermişlər. İran Ensiklopediyasının müəllifi Dehxuda Fidovsi və Yaqut Həməviyə istinad edərək yazmışdır: ”Sasani sülaləsinin nümayəndəsi Firuz tərəfindən salınmış Ərdəbil şəhəri mühüm iqtisadi rola malik olan Zaqafqaziya və Azərbaycan şəhərləri arasındakı ticarət yolu üzərində bina edilmişdir. Oradan meyvə qurusu, xalça və yun ixrac edilirdi. Əməvilərin dövründə isə Azərbaycanın paytaxtı Marağadan buraya köçürülmüşdür.”

Bir çox alimlər buradakı şəhərin əsasının Sasani çahı Firuz tərəfindən qoyulması fikrini qəbul etmirlər. Çünki şəhərin adı hələ Atropatenada Atropatidlər sülaləsinin dövründən yazılı mənbələrdə çəkilir. Bu isə şəhərin əsasının da farslar (Sasanilər) yox, atropatenlilər tərəfindən[5] qoyulduğunu sübur edir.

Dehxuda “Hüdudülaləm”ə istinad edərək şəhərin adını Ordvil, ”Anandrac”ın müəllifinə görə Ərdəbil (bu mənbədə sözün mənası acıqlı fil kimi izah olunur), Yaqut Həməviyə görə Bazane Firuz, Firuzkerd,Firuzabad adlandırılır.

D.Behazin Şahnaməyə əsaslanıb Ərdəbili “İranın” qədim və mühüm şəhərlərindən biri hesab edir. Ona görə Kəyanilərin hakimiyyəti dövründə Bəhmən qalası (farsca Dej-Bəhmən) Ərdəbilə yaxın ərazidə yerləşmişdir. Keyxosrov bu qalanı fəth etdikdən sonra Azərgüşnasp məbədini orada tikdirmişdir (mənbədə göstərilən fikri yalnışdır, çünki, Azərgüşnasp məbədi Qazaka şəhərində yerləşir). D.Behazin sözünə davam edərək yazır: ”Ərdəbil Sasanilərin və ərəblərin ilk dövründə Azərbaycanın paytaxtı, Abbasilərin dövründə isə iranlıların (müəllif azərbaycan türklərini iranlı (fars) hesab edir) ərəblərə qarşı apardığı mübarizənin mərkəzi olmuşdur.

D.Behazin də öz növbəsində şəhərin V əsrdə Firuz tərəfindən bina edilməsi və Bazane Firuz adlanması fikrini müdafiə edir. Lakin o, yazır: ”Mənim tədqiqatım görə Ərdəbil şəhərinin bina edilməsi Firuzun vaxtından daha qədimdir. Ona görə ki, V Bəhram Firuzdan 34 il əvvəl hunların hücumu zamanı Ərdəbil yolu ilə Amilə, Gurgana və sonra isə Xorasana getmişdir. O, Vis və Ramin əsərinə istinad edərək Ərdəbil şəhərinin bina edilməsini Parfiya dövrünə aid edir (lakin müəllif Manna dövləti zamanında burada şəhərin və şəhər ətrafı yaşayış məntəqələrinin olmasını nəzərə almır). Müəllifə görə Ərdəbil, yaxud Artabil Avesta dilindədir. Ərdəbil iki “arta” və “vil” sözlərindən ibarət olmaqla müqəddəs anlamını daşıyır. Ona görə “ər” şəxs adlarının əvvəlində - Ərdəvan, Ərdəşir, Ərdəviraf, yaşayış yerlərində isə Ərdəstan, Ərdəkan sözlərində müqəddəslik mənasında işlədilmişdir.

Fars dilində vil ya da bil təklikdə işlədilmir. Bu sözlərə ancaq yer adlarında sonluq kimi Devil, Şorabil, Əndəbil, Ləndovil, Şabil, Mobil formalarında təsadüf edilir. Bir sözlə, müəllif Ərdəbil şəhərinin salınması tarixini Sasanilərin dövründən daha əvvələ aid edir. Ona görə məhz bu şəhər Qafqaza yaxın olduğuna görə, Firuz oranı ordu mərkəzi edib və onun abadlaşdırılmasına səy göstərmişdir.

Antik müəlliflərin əsərlərindən fərqli olaraq orta əsr müəlliflərinin əsərlərində şəhərin tarixi, abidələri, ictimai həyatı və sairə ilə əlaqədar çoxlu dəyərli məlumatlar vardır. Lakin antik mənbələrdə məlumatın qıtlığı heç də o anlama gəlmir ki, bu dövrdə şəhər az inkişaf etmişdir. Çünki, əldə olan azsaylı arxeoloji tapıntılar (əgər şəhər ərazisində arxeoloji tədqiqat işləri aparılmış olsaydı daha zəngin materiallar əldə edlərdi) şəhər ərazisində yaşayışın ən azı Tunc dövründə olduğunu göstərir. Firdovsi əsərində Bəhmən qalasının Keyxosrov tərəfindən atəşgaha çevrilməsindən və bu qalanın Ərdəbildə yerləşməsindən danışır. Həmdullah Qəzviniyə görə Ərdəbil Siyavu.un oğlu Keyxosrov tərəfindən bina edilmişdir. Əfsanəvi hökmdar olan Keyxosrov tərəfindən şəhərin bina edilməsi fikri də özü-özlüyündə şəhərin qədim tarixindən xəbər verir. Firdovsinin Bəhmən qalası və Ruinqala adlandırdığı toponimlər hazırda Ərdəbilin Qərbində, Savalan dağının ətəyində farslaşdırılmış şəkildə Ruyin-dizeq və Dej-Vican formada təsadüf edilir. Bundan başqa şəhər ətrafında bir başa atəşpərəstliklə bağlı ay adlarına, o cümlədən Şəhrivar və Əmərdad toponimik adlarına da rast gəlmək olur. Buna əsasən bir sıra müəlliflər şəhərin əsasnın Zərdüşt dövründə qoyulduğu fikrini irəli sürürlər.

Ərdəbil şəhəri ətrafında faydalı qazıntıların olması, Yaxın və Orta Şərqi Şimal ölkələri ilə birləşdirməsi, strateji və ticarət yollarının bu şəhərdən keçməsi hələ qqədim dövrlərdən onun iqtisadiyyatına böyük təsir göstərmişdir. Bu ticarət yolları haqqında məlumat verən ərəb coğrafiyaşünası İstəxri yazır: ”Bərdədən Yunana 7 ağac (bir ağac təqribən 6 km-ə bərabərdir), oradan Beyləqana 7, Beyləqandan Varsana 7, buradan Bəlbaxa 7, Bəlbaxdan Bərzəndə 7, Bərzənddən isə Ərdəbilə 15 ağac məsafə vardır.”

Ərdəbil şəhərində olmuş Yaqut Həməvi əsərində bu şəhərin abadlığı, əhalisi, sənətkarlıq və ticarəti haqqında geniş məlumat verir. O, bu şəhəri Bazani Firuz adı altında təsvir edir.

Sasanilər dövründə mərzbanlıq mərkəzlərindən biri də bu şəhər olmuşdur. Şəhərin iqtisadi və ictimai əhəmiyyətindən istifadə edən ərəblər öz ordularını burada saxlayırdılar. Sonralar Yusif ibn Divdad Azərbaycanın paytaxtını Marağadan Ərdəbilə köçürmüşdü. Monqol yürüşləri dövründə şəhər əhali tərəfindən inadla müdafiə olunsa da monqollar şəhəri ələ keçirərək əhaliyə divan tutmuş və şəhəri dağtmışdı.

Bəzi müəlliflər şəhərin adını azəri dili əsasında izah etməyə çalışırlar. Belə ki, İran dilləri qrupuna daxil olan azəri dilində “arta” ∓ müqəddəs, ”vil” ∓ şəhər deməkdir. Bu fikrin tərəfdarları iddia edirlər ki, Ərdəbilin müqəddəs şəhər adlandırılması bilavasitə atəşpərəstliklə əlaqədardır.

Bu fikrin nə qədər doğru olmasında asılı olmayara hal-hazrda da şəhərin ətrafında atəşgahların qalıqları qalmaqdadır.

Ərdəbilin əmələ gəlməsi haqqında Azərbaycan xalq yaradıcılığnın nümunəsi olan “Savalan əfsanəsi” də maraqlı məlumat verir. Həmin əfsanədə göstərilir ki, bu ərazidə Ərdə və Bil adlı iki qoçaq türk tayfası yaşayırmış. Bu tayfalar yadelli düşmənlə (güman ki, burada Azərbaycana soxulan İran dillilər nəzərdə tutulur) vuruşa-vuruşa zirvəsi qarla örtülmüş əzəmətli bir dağa gəlib çatmışlar. Onlar xan çobanın dağa döndüyünü görüb dağı Savalan adlandırmışlar. Əfsanədə deyildiyinə görə hər iki tayfa birləşib orada şəhər salır və adını da Ərdəbil qoyurlar.

Abdulla Fazili qeyd edir ki, məlumat müəyyən qədər əfsanəvi xarakter daşısa da şəhərin adının izal baxımından diqqəti cəlb edir.

1220-1221-ci illərdə şəhərdə olmuş Əbuon şəhərin abadlığı və bolluğu haqqında belə yazır: ”Səfalı və ürəkaçan yerdə bina edilmiş bu böyük şəhərin bol suyu, meyvə ağacları və çoxlu ərzaq malları var. Xəzər dənizindən Ərdəbilə iki günlük yoldur. Şəhərdən bir günlük məsafədə yerləşən meşələr olduqca əzəmətlidir. Şəhərə düşmən təhlükəsi üz verdikdə əhali qaçaraq bu meşədə özünü qoruya bilir.”

Ərdəbil şəhəri Elxanilər və Teymurlular dövründə də inkişaf edir. Xüsusilə Səfəvilərin hakimiyyəti zamanı Ərdəbil ictimai-iqtisadi nöqteyi-nəzərdən özünün yüksək səviyyəsinə qalxaraq Yaxın Şərqin ən məşhur şəhərlərindən birinə çevrilir. II Şah Abbasın dövründə Azərbaycanda və İranda olan fransız səyyahı Tavene Ərədbil şəhərinə aid olan ipək ticarətinin əhəmiyyətini dönə-dönə vurğulayır.

1746-cı ildə Muğanın Ultan qalasında (Suqovuşanda) Nadir şahın tacqoyma mərasimi keçirildikdən sonra, o, bu hadisəni Ərdəbildə təntənə ilə qeyd etmişdr. Qacarların hakimiyyəti dövründə isə Azərbaycanın başqa şəhərləri kimi Ərədil də yavaş-yavaş öz əhəmiyyətini itirməyə başlayır.

XIX əsrin əvvəllərində Abbas Mirzənin göstərişi ilə fransız generalı Qardan Ərdəbildə müdafiə xarakterli qala tikintisinin layihəsini verir və tikintisinə rəhbərlik edir. Qala xalq tərəfindən Narınqala adlandırılır. Rza şahın dövründə qala sökülərək yerində yeni binalar, o cümlədən poçt-teleqraf binası inşa edilir.

Şəhər daim təcavüzlərə məruz qaldığından şəhərdə ən qədim və qədim dövrün abidələri o qədər də çox deyil. Ruinqala şəhər ətrafında olan ən qədim abidələrdən biridir. Ərdəbil Cümə məscidi də qədim abidələrdən olmaqla, Azərbaycanın ən qədim məscidlərindən biri, Azərbaycan memarlığının qiymətli incisidir. Məscid Səlcuqlular dövründə tikilmişdir. Mütəxəssislərin qeyd etdiyinə görə Ərdəbil Cümə məscidi ərəb işğalından sonra şəhərdə yaradılmış ilk abidədir. Uca minarəsinin uçmasına baxmayaraq məscid öz əzəmətini saxlamışdır. Səfəvilər dövründə yaradılmış memarlıq abidələri isə şəhərə xüsusi əzəmət və gözəllik verir. Burada Azərbaycan incəsənətinin ən qiymətli nümunələrindən olan Şeyx Səfi türbə kompleksi xüsusilə diqqətə layiq əsərdir. Türbədə Şeyx Səfinin məzarı üstündəki sənduqə Seyid Sədrəddin Musa dövründə hazırlanmışdır. Bu türbənin arxasında Seyid Sədrəddinin oğlunun məzarı, onun yanında isə Xacə Əli Siyahpuşun məzarı yerləşir. Şeyx Heydər və Şah İsmayıl Xətainin türbələri kompleksi tamamlayır. Həmçinin Həlimə xatun və Fatma xatun türbələri də buradadır. Şeyx Səfi türbə kompleksinə daxil olan Çinixana binası da gözəl memarlıq nümunəsi hesab olunur. Buraya Çinixana adı ona görə verilmişdir ki, binanın divarlarında hər çini qabın özünə məxsus, sənətkarın istedad və zövqünə uyğun olaraq yerlər hazırlanmışdır. Azərbaycan ustaları tərəfindən hazırlanan qablar və onların divardakı yerləri adamı heyrətə salır.

Ərdəbil xalçaçıları tərəfindən toxunmuş Şeyx Səfi xalçası Azərbaycan xalçaçılıq tarixinin ən mükəmməl nümunələrindən olmaqla, İngiltərənin Viktoriya və Albert Muzeyində saxlanılır.

Ərdəbildəki Saleh abidələri, Ərdəbil kilsəsi, Ərdəbil İmamzadəsi, Yəqubiyyə, İbrahimabad, Daşkəsən, Təpə, Almas və Asəf körpüləri də Azərbaycanın maraqlı və qiymətli abidələridir.

Qədim Azərbaycan şəhəri Ərdəbil

Qədim Azərbaycan şəhəri Ərdəbil

Qədim Azərbaycan şəhəri Ərdəbil

Qədim Azərbaycan şəhəri Ərdəbil

Qədim Azərbaycan şəhəri Ərdəbil

Qədim Azərbaycan şəhəri Ərdəbil

Qədim Azərbaycan şəhəri Ərdəbil


Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
| Müəllif: Naxcione | Baxış sayı : 1362 | Rəylərin sayı (6) | 22 iyul 2011

Mövzuya oxşar xəbərlər:

Dərbəndin Tarixi
Dərbəndin Tarixi
Dərbənd Azərbaycanın qədim şəhərlərindən biridir.
Bakı
Bakı
Bakı özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdirir.
Memar Əcəmi
Memar Əcəmi
Yalnız Şərqdə deyil, əksər qismi həm də Qərb dünyasında yaxşı tanınan bu kəhkəşanın ulduzları arasında ən çox işıq saçanlarından biri də Əcəmi Naxçıvanidir. ...
Azərbaycan abidələri (Lənkəran)
Azərbaycan abidələri (Lənkəran)
Bala-Şürük məscidi, Seyid Xəlifə türbəsi, Kiçik Bazar məscidi, Mir Əhməd xanın yaşayış evi, Lənkəran mayakı, Dairəvi Qala haqqında məlumat almaq üçün ardına buyurun! ...

Səhifəni çap et
Naxcione (Offline)
Əlavə edilən tarix 9 oktyabr 2011 00:10 | 6

Şərh sayı: 1418
Xəbər sayı: 259
Xalı: 2002
Qeydiyyat: 11.07.2011
  
BuYuRuN




Status: reklam olmaz.
imza
Aşk bir bokdur
Yemeyen yokdur
ICQ: 706374697
Reputasiya: 4
ss_16 (Offline)
Əlavə edilən tarix 25 iyul 2011 01:10 | 5

Şərh sayı: 1133
Xəbər sayı: 0
Xalı: 864
Qeydiyyat: 3.04.2011
 
sag ol.maraqli idi




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 1
EMERALD (Offline)
Əlavə edilən tarix 23 iyul 2011 20:27 | 4

Şərh sayı: 2903
Xəbər sayı: 22
Xalı: 356
Qeydiyyat: 3.08.2010
 
XEBERE GORE SAG OL




Status: qeyd edilməyib
imza
GİTTİN.Şimdi 1 mevsim deyil koca 1 hayat girdi aramıza.Biliyorum ne sen döne bilirsin artık nede ben kapıyı açabilirim sana.Ama şunuda unutma Tek sen oldun benim hayatımda.Körleşti duygular senin yokluğunda...
ICQ: --
Reputasiya: 3
Birtanem (Offline)
Əlavə edilən tarix 23 iyul 2011 17:58 | 3

Şərh sayı: 853
Xəbər sayı: 85
Xalı: 180
Qeydiyyat: 3.05.2009
Mükafatı yoxdur
Axıra kimi oxudum,maraqlı idi.Təşəkkürlər winked




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 6
Ice (Offline)
Əlavə edilən tarix 23 iyul 2011 14:55 | 2

Şərh sayı: 2397
Xəbər sayı: 40
Xalı: 423
Qeydiyyat: 20.05.2010
 
cox sag ol!




Status: qeyd edilməyib
imza
♥ I'm incomplete without YOU! ♥

https://www.facebook.com/lloovveellyypphhoottooss ----> like
ICQ: --
Reputasiya: 1
_ROCK_STAR_ (Offline)
Əlavə edilən tarix 23 iyul 2011 09:46 | 1

Şərh sayı: 3871
Xəbər sayı: 214
Xalı: 506
Qeydiyyat: 19.12.2010
  
coxsaol eziyyete gore...




Status: 3w.Nice.aZ
ICQ: --
Reputasiya: 14
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

İSTİFADƏÇİ PANELİ


Xoş Gəldiniz

Ləqəb
Şifrə

Qeydiyyatdan keç!
Şifrəni unutmusan?

AYLIQ MÜƏLLİFLƏR

AYLIQ ŞƏRHÇİLƏR

TOP ŞƏRHLƏR

SEV_GI

Şərh sayı: 6171
hebibi_p

Şərh sayı: 5686
_ROCK_STAR_

Şərh sayı: 3871
angel_org

Şərh sayı: 3456
fasqa

Şərh sayı: 3102
EMERALD

Şərh sayı: 2903
xansuagdash

Şərh sayı: 2848
Sparrow

Şərh sayı: 2818
Ice

Şərh sayı: 2397
Menekşe

Şərh sayı: 2376

ZƏNGİn İSTİFADƏÇİLƏR

HiTMaN

xal: 2821
Menekşe

xal: 2366
SiMPLe_GiRL

xal: 2234
Naxcione

xal: 2002
vusaal

xal: 1718
hebibi_p

xal: 1232
M1rZ3

xal: 1095
karakasa

xal: 1073
xeyal98

xal: 1057
NiXaTo

xal: 1003

SORĞU

Sizin fikrinizcə uğurun açarı aşağıdakılardan hansıdır?

İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər...


Son Səsverən: Qonaq
Bütün Sorğular