TƏQVİM

«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

ONLİNE

Hal-hazırda saytda 103 nəfər

.İstifadəçilər: 0
Tapılmadı.

.Robotlar: 0
Tapılmadı.

.Qonaqlar: 103

.Saytda olan son 20 istifadəçi
2Karona adopingBum
amerika Ashleynig
Ateist azefefo
Danielseego Darknight
Deerlip eagewsjes
edurnenok efygas
Falaexalp HymanPer
ijuxobajo JosueJeOli
M1rZ3 MelvinTog
Robertmaw vasif_275

Admin | Baş Redaktor | Redaktor
VIP user | Briliant user | Gold user
Silver user | Active user

TOP XƏBƏRLƏR

TƏSADÜFİ XƏBƏR

Tony Bowls Mon Cheri 2012 - [I-3o Foto]

Tony Bowls Mon Cheri 2012...Ətraflı oxu

QAN YADDAŞIMIZ

 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 17.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 07.07.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 23.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

REKLAM

sms.nice.az

FACEBOOK PAGE

DOST SAYTLARI

www.nice.az » Ordan-Burdan » Dərbəndin Tarixi

Dərbəndin Tarixi

 (səs sayı: 3)

Bu xəbəri dostlarınla paylaş:
Dərbəndin Tarixi

Dərbənd Azərbaycanın qədim şəhərlərindən biridir. Fars dilində olan Dərbənd sözü “dər” və “bənd” kəlmələrinin birləşməsindən əmələ gəlmişdir ki, bu da darvazalı sədd, keçid, bənd deməkdir. Ərəblər Dərbəndə Bab, Bab əl-Hədid, Bab əl-Əbvab, türklər Dəmir qapı Dərbənd, monqollar Kahulqa, Kahalqa, ermənilər isə Bah demişlər.

Antik müəlliflərin əsərlərində Dərbənd adlı şəhər tipli yaşayış məntəqəsinə təsadüf edilmir.Lakin romalıların Şərqə olan hücumları dövründən (eramızın 68-ci ili) etibarən Kaspi darvazası (Kaspi sözü iki hissədən kas (kassilər) tayfa adından və elam dilində cəm bildirən –pi şəkilçisindən ibarətdir.) adlı yer məlumdur. Birinci əsrin müəlliflərindən olan İosif Flavi də bu yeri Kaspi darvazası adlandırır. Ümumiyyətlə, I-III əsrlərdə yunan və latın dilli müəlliflər Kaspi keçidindən danışarkən onu qapı, darvaza, şəhər qalası, keçid və çıxış sözləri ilə də əvəz etmişlər.

Mənbələrdən aydın olur ki, Kaspi keçidi eramızın birinci əsrindən strateji əhəmiyyətli keçidlərdən biri olmuşdur. Bu keçid Şimali Qafqazı, Zaqafqaziya ölkələrini Yaxın və Orta Şərqlə birləşdirən mühüm vasitə idi. Bu ərazinin məhsuldar əkin sahələrinə, meyvə bağlarına, xüsusilə üzümlüklərə, gözəl və əlverişli iqlim şəraitinə malik olması şəhərin gələcək inkişafına bilavasitə şərait yaradırdı. İlk mənbələrin verdiyi məlumata görə hələ eramızdan əvvəl (I əsr) indiki Dərbənd ərazisində mövcud olmuş üzümlüklər və meyvə bağları dənizə qədər olan ərazini örtmüşdü. Belə bir təbii şərait isə orada yaşayış məskəninin yaradılması üçün əla imkan yaratmışdır. Bunu Dərbənd rayonunda aparılmış arxeoloji qazıntılar bir daha sübut edir. Burada eramızdan əvvəl VII-VI əsrlərə aid yaşayış məskənləri aşkar edilmişdir. Dərbəndin adı Azərbaycan türklərinin eləcə də bütün türk dünyasının nəhəng ədəbi abidəsi olan Kitabi-Dədə Qorqud dastanında da çəkilir. Alman səyyahı Adam Oleari (XVII əsr) və türk səyyahı Övliya Çələbi Dədə Qorqudun məzarının Dərbənddə olduğunu qeyd edirlər. Bu haqqda Dərbəndnamədə də məlumat verilir.

Sasani şahları öz imperiyalarını köçəri hunlardan, sonrakı dövrlərdə isə xəzərlərdən qorumaq üçün Dərbənd şəhərinə və onun strateji əhəmiyyətinə xüsusi diqqət verirdilər. Odur ki, Dərbənd keçidinin möhkəmləndirilməsi ən vacib və təxirəsalınmaz iş hesab edilirdi. Sasanilər hələ II Yezdəgerdin hakimiyyəti dövründə Beşbarmaq dağının zirvəsində müdafiə əhəmiyyətli ilk istehkamın (Beşbarmaq səddi) inşasını həyata keçirmişdilər. Bundan sonra Gilgilçay səddi və nəhayət sonda ən ühüm müdafiə xarakterli Dərbənd istehkamının (Dərbənd qalası) inşasına başlanmışdır. Dərbənd səddi vasitəsiylə yalnız Dərbənd keçidinin mühafizəsi deyil, eyni zamanda Şimal-Şərqdə olan dağ yollarının da qorunması təmin edilirdi. Həm də Dərbənd qalasının yaradılması bu ərazidə sərhəd keşikçilərinin sayının bir neçə dəfə azaldılmasına imkan verirdi. İlk dəfə Firuzun oğlu Qubad (488-531) çiy kərpiclə səddin bünövrəsini qoymuş, onun oğlu Xosrov (531-578) isə həmin səddi yenidən daşla tikdirmişdir. Əldə olan məlumatlara görə səddin yenidən daşla tikilməsi 30 il (537-568) çəkmişdir. Bu müddət ərzində səddin inşasında iştirak edən minlərlə qul və kəndli Sasani hakimləri tərəfindən ağır bir şəraitdə istismar edilmişdir. Bununla əlaqədar olaraq səddin tikilməsi bəhanəsiylə Sasani hakimləri vergilərin miqdarını gündən-günə artırır və yerli əhalini var yoxdan çıxarırdılar.

Abdulla Fazili qeyd edir ki, Dərbənd şəhərinin tarixində V əsri əlamətdar dövr adlandırmaq olar. Həmin dövr Dərbənddə iqtisadi və siyasi cəhətdən Qafqazın Şərqində olan mühüm şəhərlərdən biri olmaqla bərabər, eyni zamanda Sasani canişinlərinin (mərzban) də paytaxtı olmuşdur. Mənbələrə görə I Xosrovun dövründə Dərbənd şəhərinə saxsı tünglər vasitəsiylə dağ bulaqlarından su gətirilmişdir. Dərbəndnamədə olan məlumatlardan görünür ki, VI əsrin ortalarında İranın daxili rayonlarından Dərbəndə üç min ailə köçürülmüşdür. Sasani hakimiyyəti devrildikdən sonra da Dərbənd şəhəri öz iqtisadi-siyasi əhəmiyyətini uzun müddət saxlaya bilmişdir. Şəhərin strateji mövqeyindən istifadə edən ərəb xəlifələri onun abadlaşdırılmasına səy göstərirdilər. (Təsadüfi deyil ki, Azərbaycanın ən qədim məscidlərindən biri Dərbənd Cümə məscididir.) Məsələn, xəlifə Süleymanın dövründə (715-717) Məsləmə adlı sərkərdənin başçılığı ilə Dərbəndi xəzərlərdən geri almaq məqsədi ilə qoşun göndərilmişdir.Məsləmə xəzərləri Dərbənddən çıxardığı zaman qala və bürclər ziyan görmüşdü.O,qala divarlarını bərpa edərək burada ərəb hakimiyyətini gücləndirmişdir.Ərəblərin dövründə Xəzər dənizi vasitəsiylə Şimaldan gətirilən ticarət malları Dərbənd vasitəsiylə Cənubi Qafqaza və Yaxın Şərq ölkələrinə daşınırdı. Ərəb mənbələrində göstərildiyinə görə Ərdəbildən bir neçə dəfə böyük olan bu şəhərdən Azərbaycan və İrana kətan paltarlar aparılırdı. Bundan başqa Dərbənddə zəfəran da yetişdirilirdi.

Dərbənd şəhəri Şimali Azərbaycan xanlıqlarından Dərbənd xanlığının mərkəzi olmuşdur və 1796-cı ildə Rusiya tərəfindən işğal olunmuşdur. 1829-cu ildən əyalətə çevrilmişdir. Rusiyada tətbiq edilən yeni inzibati-ərazi bölgüsünə əsasən 1840-cı ildə Dərbənd qəzası yaradıldı və Dərbənd qəza mərkəzi oldu. 1846-cı ildə isə yenə də mərkəzi Dərbənd şəhəri olmaqla Dərbənd quberniyası yaradıldı. 1860-cı ildə Dərbənd quberniyası ləğv olundu, onun tərkibindəki Quba qəzası Bakı quberniyasına verildi, qalan ərazidə Dağıstan dairəsi yaradıldı. 1920-ci il martın 25-də 11-ci Qırmızı ordunun köməyi ilə Dərbənddə sovet hakimiyyəti elan olundu. Dərbənd şəhəri 1921-ci ildə yaradılmış Dağıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil edildi. Bununla, Azərbaycanın tarixi şəhəri Dərbənd Rusiya Sovet Federativ Sosialist Respublikasının tərkibinə qatıldı. 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı dağıldıqdan sonra isə Dərbənd yenə də Rusiyanın tərkibində qaldı.


Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
| Müəllif: SEV_GI | Baxış sayı : 541 | Rəylərin sayı (8) | 9 fevral 2011

Mövzuya oxşar xəbərlər:

Bakı
Bakı
Bakı özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdirir.
Qədim Azərbaycan şəhəri Ərdəbil
Qədim Azərbaycan şəhəri Ərdəbil
Qədim Azərbaycan şəhəri Ərdəbil
Azərbaycan abidələri (Lənkəran)
Azərbaycan abidələri (Lənkəran)
Bala-Şürük məscidi, Seyid Xəlifə türbəsi, Kiçik Bazar məscidi, Mir Əhməd xanın yaşayış evi, Lənkəran mayakı, Dairəvi Qala haqqında məlumat almaq üçün ardına buyurun! ...
Günün tarixi [15.o4.11]
Günün tarixi [15.o4.11]
Tarixdə Bu Gün nələr olduvə yaşanan hadisələrİlin sonuna 260 gün qalır

Səhifəni çap et
Menekşe (Offline)
Əlavə edilən tarix 22 fevral 2013 17:31 | 8

Şərh sayı: 2376
Xəbər sayı: 256
Xalı: 2366
Qeydiyyat: 11.06.2012
  
thankyou




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 6
Naxcione (Offline)
Əlavə edilən tarix 9 oktyabr 2011 00:10 | 7

Şərh sayı: 1418
Xəbər sayı: 259
Xalı: 2002
Qeydiyyat: 11.07.2011
  
THANKS




Status: reklam olmaz.
imza
Aşk bir bokdur
Yemeyen yokdur
ICQ: 706374697
Reputasiya: 4
ayorxannur (Offline)
Əlavə edilən tarix 1 mart 2011 11:54 | 6

Şərh sayı: 745
Xəbər sayı: 14
Xalı: 3
Qeydiyyat: 15.08.2010
Mükafatı yoxdur
Tesekkur edirem SEV_GI




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
Sparrow (Offline)
Əlavə edilən tarix 11 fevral 2011 16:58 | 5

Şərh sayı: 2818
Xəbər sayı: 232
Xalı: 22
Qeydiyyat: 29.10.2010
  
Tesekkur edirem.SEV_GI




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 6
fasqa (Offline)
Əlavə edilən tarix 10 fevral 2011 12:34 | 4

Şərh sayı: 3102
Xəbər sayı: 0
Xalı: 224
Qeydiyyat: 13.12.2010
 
tasakkurlar sevgi




Status: qeyd edilməyib
imza
manasiz hayat heyat gozal olsaydi dogulaken aglamazdiq heyat tamizl olsaydi olerken yuyulmazdiq
ICQ: --
Reputasiya: 0
EMERALD (Offline)
Əlavə edilən tarix 9 fevral 2011 22:26 | 3

Şərh sayı: 2903
Xəbər sayı: 22
Xalı: 356
Qeydiyyat: 3.08.2010
 
TARIX DERSLERINDEN BILIRDIM.SAG OL




Status: qeyd edilməyib
imza
GİTTİN.Şimdi 1 mevsim deyil koca 1 hayat girdi aramıza.Biliyorum ne sen döne bilirsin artık nede ben kapıyı açabilirim sana.Ama şunuda unutma Tek sen oldun benim hayatımda.Körleşti duygular senin yokluğunda...
ICQ: --
Reputasiya: 3
angel_org (Offline)
Əlavə edilən tarix 9 fevral 2011 22:07 | 2

Şərh sayı: 3456
Xəbər sayı: 79
Xalı: 273
Qeydiyyat: 18.03.2010
 
Tarixden zehlem gedir fuu




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 5
krik (Offline)
Əlavə edilən tarix 9 fevral 2011 20:51 | 1

Şərh sayı: 1369
Xəbər sayı: 1310
Xalı: 0
Qeydiyyat: 9.05.2009
  
Qeseng xeberdi gonderdiyin xeberlerden en xosuma gelen bu oldu !!!




Status: qeyd edilməyib
imza

ICQ: --
Reputasiya: 3
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

İSTİFADƏÇİ PANELİ


Xoş Gəldiniz

Ləqəb
Şifrə

Qeydiyyatdan keç!
Şifrəni unutmusan?

AYLIQ MÜƏLLİFLƏR

AYLIQ ŞƏRHÇİLƏR

TOP ŞƏRHLƏR

SEV_GI

Şərh sayı: 6171
hebibi_p

Şərh sayı: 5686
_ROCK_STAR_

Şərh sayı: 3871
angel_org

Şərh sayı: 3456
fasqa

Şərh sayı: 3102
EMERALD

Şərh sayı: 2903
xansuagdash

Şərh sayı: 2848
Sparrow

Şərh sayı: 2818
Ice

Şərh sayı: 2397
Menekşe

Şərh sayı: 2376

ZƏNGİn İSTİFADƏÇİLƏR

HiTMaN

xal: 2821
Menekşe

xal: 2366
SiMPLe_GiRL

xal: 2234
Naxcione

xal: 2002
vusaal

xal: 1718
hebibi_p

xal: 1232
M1rZ3

xal: 1095
karakasa

xal: 1073
xeyal98

xal: 1057
NiXaTo

xal: 1003

SORĞU

Sizin fikrinizcə uğurun açarı aşağıdakılardan hansıdır?

İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər...


Son Səsverən: Qonaq
Bütün Sorğular