www.nice.az > Maraqlı Məlumatlar > Unutqanlığa son
Unutqanlığa son12 dekabr 2010. Müəllif: Sparrow |
![]() Unutqanlığa son 1) Beyin hüceyrələrini korladığı üçün spirt istehlakına diqqət yetirin və ciddi nisbətdə məhdudlaşdırma gətirin. 2) Kifayət qədər və keyfiyyətli yuxu yatdığınızdan əmin olun. Beləcə öyrənilənlər daha uzun müddət yaddaşınızda qalar. 3) Xolesterol ya da yüksək təzyiq probleminiz varsa bunları idarə altına alın. 4) Zehininizi davamlı canlı və aktiv tutacaq fəaliyyətlər edin. Yeni bir dil öyrənin Bol bol kitab oxuyun və oxuduqlarınız haqqında başqaları ilə söhbət edin Sevdiyiniz şeir , mahnı və lətifələri əzbərləyin. Xəyal qurun Yalnız özünüz oxusanız belə şeir, əhvalat və sınaqlar yazın Məlumat yarışmalarını izləyin Lazım olmadıqca hesab maşını istifadə etməyin Maraq duyduğunuz mövzularda araşdırmalar edin, yeni hobbilər əldə edin, özünüzü inkişaf etdirin. Yaşadığınız ölkə və dünya gündəmini izləyin Özünüz ilə barışıq , həyat ilə iç-içə olun İctimai fəaliyyətlərə və kömək işlərinə qatılın. 5) Stressinizi nəzarət etməyi öyrənin , müəyyən nisbətdə stress motivasiya edicidir , ancaq çoxu kortizol hormonunu artıraraq beynin yaddaş hissələrini korlayar. 6) Ailə bağlarınıza əhəmiyyət verin , tez-tez sevdikləriniz və yoldaşlarınız ilə bir yerə gəlin. İnsan əlaqələri qüvvətli olan kəslər daha çox xoşbəxtlik hormonu ifraz edərlər və buda beyin funksiyaları üçün çox faydalıdır. 7) Əsla qulaqdan dolma məlumatlarla , həkimə məsləhətləşmədən antidepresan və yuxu həbləri kimi 1 başa beynə təsir edən dərmanları istifadə etməyin. 8) Balanslı və nizamlı bəslənin. Əsla çox aşağı kalorili diyetlər və tək tip bəslənmə proqramları tətbiq etməyin . Bütün qidalardan kifayət qədər almalısınız , xüsusilə B 12 vitamini ehtiyat edən qidalar. 9) Hərəkətsiz bir həyat sürməyin , əzələlərinizin və sümüklərinizin haqqını verin. Yaşınıza və bədən quruluşunuza görə məşq edin , həftədə ən az 4 dəfə 45 'ər dəqiqə gediş etmək həm formanızı qorumanıza kömək edər , həm də beyin hüceyrələriniz arasında güclü əlaqələr meydana gəlməsini təmin edər. Nizamlı gediş etmənin beyin sağlamlığı baxımından nə qədər əhəmiyyətli və təsirli olduğu elmi olaraq sübut edilmişdir. |