www.nice.az > Maraqlı Məlumatlar > Az yatmaq insanı kökəldir və axmaq edir
Az yatmaq insanı kökəldir və axmaq edir24 avqust 2011. Müəllif: Sweet_LoVe |
Bunu Almanyadakı Regensburg Universtetində yuxu üzrə mütəxəssis həkim Yurgen Zulley deyib.Almanyanın "Die Welt" qəzetində yer alan məlumata görə o,az yatmağın və ya yuxusuzluqdan əziyyət çəkmənin insanlara gündəlik həyatında mənfi təsir etdiyindən bəhs edir.Zulleyin sözlərinə görə,yatan zaman iştaha nəzarət edən lepton adlı hormon fəallaşır.Buna görə gecə yuxudan oyanan adam nəsə yemək istəyir və dərhal mətbəxə gedir. Uzun müddət az yatmaq beyin funksiyalarına da pis təsir edir.Belə insanların immuniteti zəifləyir və onlar başqaları ilə müqayisədə qrip və soyuqdəyməyə daha çox meyilli olurlar. Zulley normal yuxunun 7 saat olduğunu bildirib."Çox istedadlı insanların az yatması barədə deyilənlər barədə əfsanə doğru deyil.Enşteyin həmişə 12 saat yatırdı." O,yuxusuzluqdan mütamədi əziyyət çəkən insanlara sağlamlıqlarını risq altına atmayaraq mütləq həkimə müraciət etməyi tövsiyyə edib. Hətta Rusiya alimləri də deyir ki,yuxu-bədənin bərpası üçündür. |