TƏQVİM

«    May 2025    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

ONLİNE

Hal-hazırda saytda 51 nəfər

.İstifadəçilər: 0
Tapılmadı.

.Robotlar: 1
Yandex

.Qonaqlar: 50

.Saytda olan son 20 istifadəçi
2Karona adopingBum
amerika Ashleynig
Ateist azefefo
Danielseego Darknight
Deerlip eagewsjes
edurnenok efygas
Falaexalp HymanPer
ijuxobajo JosueJeOli
LeGaCy M1rZ3
MelvinTog vasif_275

Admin | Baş Redaktor | Redaktor
VIP user | Briliant user | Gold user
Silver user | Active user

TOP XƏBƏRLƏR

TƏSADÜFİ XƏBƏR

Bear [25 foto]

Bear...)) 25 foto...Ətraflı oxu

QAN YADDAŞIMIZ

 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 17.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 07.07.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 23.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

REKLAM

sms.nice.az

FACEBOOK PAGE

DOST SAYTLARI

www.nice.az » Maraqlı Məlumatlar » "Atlantida" --> Həqiqət, yoxsa Əfsanə?

"Atlantida" --> Həqiqət, yoxsa Əfsanə?

 (səs sayı: 1)

Bu xəbəri dostlarınla paylaş:
"Atlantida" -->  Həqiqət, yoxsa Əfsanə?

Çox-çox illər bundan əvvəl Atlantik okeanın indi mövcud olduğu ərazidə şimalda İslandiya adasından cənubda indiki Rio-da-Janeyro şəhərinə qədər uzanan çox yüksək səviyyədə inkişaf etmiş və qüdrətli bir ada dövləti olmuşdur.

Ancaq sonralar müəmmalı şəkildə həmin ada dövləti baş verən təbii fəlakətlər nəticəsində mədəniyyəti və sivilizasiyası ilə birlikdə okeanın dibinə enmişdir.


Atlantidanın faciəvi tarixi haqqında məlumatlara ilk dəfə qədim yunan filosofu Platonun əsərlərində rast gəlinib. Təxminən 2 min il yaşı olan həmin əsərlərdə Atlantida adasının Atlantik okeanda yerləşdiyi qeyd olunur. Yazdıqlarından belə aydınlaşır ki, Atlantidadan qərbdə nəhəng Amerika materikinin mövcudluğu Platona məlum olub. Onun Atlantida haqqında qeydlərinə olan maraq da daha çox bununla bağlıdır. Çünki Platonun müasirlərinə Yer kürəsinin quruluşu tam dəqiqliyilə məlum ola bilməzdi. Filosof Atlantida barəsində qeyd¬lərini belə yekunlaşdırır: “Dəhşətli zəlzələ və subasması nəticəsində bizim ordumuz bir gün və gecə ərzində torpağa gömüldü. Atlantida adası da dənizin dərinliklərində gözdən itdi. Bu səbəbdən də indi həmin dəniz gəmiçilik üçün yararsızdır. Batmış adanın əvəzində qalan bərkimiş çirkab gəmilərin hərəkətinə mane olur”.


Platona inanmaq olarmı?


Platonun tarixi rəvayətindən belə anlaşılır ki, Atlantida okeanın dibinə çökməklə məhv olub. Ancaq çökmə o qədər də dərin olmayıb. Vulkan külü dəniz suyunu qatılaşdıraraq gəmilərin hərəkətini çətinləşdirib. Ehtimallara görə, suyun altında qalmış Atlantidanın okeanın dərinliyinə doğru çökməsi hələ uzun müddət davam edib. Ancaq Platon Atlantidanın məhv olduğu tarixi dəqiq göstərməyib. Sadə¬cə, afinalılarla atlantlar arasındakı həmin ərəfəyə təsadüf edən mifik müharibə barəsində danışmaqla kifayətlənib. Atlantoloqlar hesab edirlər ki, bu müharibənin sona çatması ilə Atlantidanın məhv olması¬nı çox qısa zaman intervalı ayırır. Atlantidanın qalıqlarından tapılan mədəniyyət nümunələri isə müəyyən mülahizələrə əsas verir. Platona görə, analoji mədəniyyət nümunələri məhz həmin mifik savaş dönəminə aiddir. Bu isə Atlantidanın məhvinin təxminən 12 min əvvələ təsadüf etməsi haqqında təsəvvürlər yaradır. Bəşər tarixinin sonrakı dövr¬lərində Atlantidanın taleyinə bir çox elm adamları da maraq göstərib. Onların bəziləri Atlantida faciəsini Platonun uydurması sayırdılar. Hesab edirdilər ki, Platon bu uydurması ilə gələcək nəsillərə öz həmvətənləri haqqında mifik qəhrəmanlıq tarixi hədiyyə etmək istəyib. Ancaq Platonun Atlantida barədə məlumatlarına ciddi yanaşaraq elmi araşdırmalar aparanlar da yox deyil. Onların sırasında amerikalı konqresmen İ.Donelli xüsusi yer tutur. Atlantida ilə bağlı tarixi materialları araşdıraraq 1882-ci ildə “Atlantida - subasmaöncəsi dünya” əsərini qələmə alan İ.Donelli hətta “atlantologiyanın atası” kimi qəbul edilirdi. Bu mövzuda apardığı araşdırmalardan sonra İ.Donelli Platonun reallıqda mövcud olmuş nəhəng adanı təsvir etməsi haqqında mülahizə irəli sürmüşdü. O hesab edirdi ki, Atlantida ilk və ən qədim bəşəri sivilizasiyanın məkanı olub. Axı hindu, skandinav və s. dünya xalqlarının mifologiyalarında qalan allahların hamısı Atlantida vətəndaşları sayılır. Böyük ehtimalla Atlantidanın ən qədim kaloniyası Misir olub. Bu səbəbdən də Misir sivilizasiyasını Atlantida sivilizasiyasının təzahürü saymaq olar. Bürünc əsri Avropaya məhz Atlantidadan ayaq açıb və ilk dəfə dəmirdən atlantlar istifadə ediblər. Və Atlantida dəhşətli fəlakət nəticəsində məhv olub. Adanın bütün əhalisi okean sularının altında qalıb.


İ.Danellinin davamçılarından olan Vilyam Skott-Elliot 1896-cı ildə yazdığı “Atlantida tarixi” adlı əsərində bu ada haqqında daha dolğun məlumat verməyə çalışıb. V.Skott-Elliot tərəfindən tam həqiqət kimi təqdim olunan konsepsiyaya görə, Atlantida bizim eradan yüzlərlə min əvvəl yüksək inkişaf səviyyəsinə çatmış sivilizasiyaya malik olub. Bu unudulmuş qitə Atlantik okeanın böyük bir hissəsini tuturmuş. Onun sərhədləri şimaldan indiki İslandiyaya, cənubdansa müasir Rio-de-Janeyro şəhərinə qədər uzanırmış. İlk kataklizm təxminən 800 min il əvvəl baş verib. Nəticədə Atlantida öz əvvəlki relyefini itirməyə başlayıb. Amerika materiki bu nəhəng adadan ayrılıb. İkinci geoloji fəlakət 200 min əvvələ təsadüf edir. Atlantida ikiyə - Ruta adlanan nisbətən böyük şimal və ondan kiçik Daitya kimi məlum olan cənub hissələrinə bölünüb. Daha dəhşətli üçüncü kataklizmsə, 80 min il əvvəl baş verib. Bu dəfə də Atlantida öz mövcudluğunu qoruyub. Ancaq bu mövcudluq nəhəng Atlantidanı, sadəcə, Rutanın qalığı olan Poseydanidaya çevirib. Platonun haqqında danışdığı Atlantida da əslində onun kiçik hissəsi olan Poseydanidadır. Nəhayət, bizim eradan əvvəl 9564-cü ildə dördüncü və sonuncu fəlakət baş verib. Və okean Atlantidanı həmişəlik olaraq udub. Bunun nəticəsində planetimizin müasir quru və dəniz sərhədləri indiki görüntülərini alıb. Skott-Elliota görə, Atlantidanın iki milyonluq əhalisi olan paytaxtı Stavorot adlanıb. Bu şəhər müasir parkları xatırladan yaşıllıqlarla əhatə olunubmuş. Paytaxtın kənar hissəsindəsə, əsasən hakim sinfin təmsilçilərinə məxsus villalar yerləşirdi. Stavorot şəhərinin hələ ikinci kataklizm nəticəsində məhv olduğu ehtimal edilir. Atlantida cəmiyyətisə quldarlıq üzərində təşəkkül tapıbmış.


"Atlantida" -->  Həqiqət, yoxsa Əfsanə?


Atlantida haqqında mülahizələr yalnız onun məhv olması ilə bağlı məlumatlarla məhdudlaşmır. Həmin mülahizələr içərisində Atlantik okeanda yerləşmiş bu mifik ada boyu yayılan quldarlıq imperiyasının çiçəklənmə dövrü barəsində də iddialara rast gəlinir. V.Skott-Elliot məlumat verir ki, qızıl əsrinin sonunda Atlantidanın reaktiv aviasiya sahəsi yüksək inkişafa çatmışdı. Ümumiyyətlə, Atlantida sivilizasiyasının yüksək inkişaf səviyyəsi ilə bağlı konsepsiyanın tərəfdarları odsaçan və səs-küylə uçan nəhəng əjdahalar, eləcə də qeyri-adi təsvirli cisimlər barədə çoxsaylı məlumatlara istinad edirlər. Belə məlumatlara adətən yunanların, germanların, slavyanların, çinlilərin, hinduların və digər xalqların qədim mifoloji rəvayətlərində rast gəlinir. Konsepsiyaya görə, bütün bunlar Atlantidanın reaktiv gəmiləri haqqında öz təsvirini dəyişmiş dumanlı təsəvvürlərdir. Bu təsəvvürlər hava hücumu taktikası tətbiq edən atlantların cəza ekspedisiyaları barədə xəbər verir. Əlbəttə, belə mükəmməl texnikaya malik olsaydılar, atlantlar fəlakətdən qaçmağa cəhd göstərərdilər. Doğrudan da atlantoloqların mülahizələri arasında Atlantidanın çökdüyü vaxt hakim sinfin müəyyən hissəsinin reaktiv gəmilər vasitəsilə xilas olduğu barədə iddialara rast gəlinir. Onların qənaətinə görə, ali təbəqənin təmsilçiləri (krallar, kahinlər və s.) əsasən Amerika və Afrikaya, eləcə də kosmik raketlərlə başqa planetlərə - Venera və Marsa pənah aparıblar. Ancaq reaktiv gəmilər məhdud saylı səlahiyyətli və qüdrətli təbəqənin nəzarətində olduğundan onlar vasitəsilə fəlakətdən canını qurtaranlar o qədər də çox olmayıb. Xilas olub, Amerika və Afrikaya üz tutanlarsa, yeni vətənlərində vaxtilə Atlantidada sahib olduqları qüdrətlərini itiriblər. Və yerli əhali ilə qaynayıb-qarışmaq məcburiyyətində qalıblar. Onların sonralar köhnəlmiş və yanacaq ehtiyatlarını tükədərək yararsız hala düşmüş gəmilərinin qalıqları isə atlantların qəd¬dar cəza ekspedisiyalarını xatırlayan digər xalqlar tərəfindən məhv edilib. Göründüyü kimi, Atlantida haqqında çoxsaylı və müxtəlif mülahizələr möv¬cuddur. Bu mülahizələr hər bir hal¬da belə bir adanın doğrudan da mövcud ola biləcəyindən xəbər ve¬rir. An¬caq bəşər övladı Atlantida müəmmasını açmaq üçün hələ də maddi sübutlara sahib deyil. Deməli, qədim yunan filosofu Platonu özündən tarix uydurmaqda suçlayanların mülahizələri də yaşamaq hüququna malikdir. Bununla belə, həqiqətlə uydurma arasındakı məsafənin qət edilməsi yəqin ki, gələcək nəsillərin öhdəsinə düşəcək.


Mənbə: http://az.wikipedia.org/wiki/Atlantida


Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
| Müəllif: XP | Baxış sayı : 637 | Rəylərin sayı (10) | 1 yanvar 2011

Mövzuya oxşar xəbərlər:

21 dekabr 2o12-ci il [maraqlı faktlar]
21 dekabr 2o12-ci il [maraqlı faktlar]
Bu mövzu barədə çox fikirlər səslənib
Bermud Üçbucağı
Bermud Üçbucağı
Bermud Üçbucağı Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdyi üçbucaq ərazidir. ...
Yupiter planeti haqqında
Yupiter planeti haqqında
Yupiter planeti haqqında qısa məlumat..

"Şeytan Üçbucağı" və yaxud «Qaniçən Zona»
Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi üçbucaq formasında bir ərazi var. Möcüzələr və müəmmalarla dolu olan bu yer planetin ən dəhşətli, müdhiş ərazisi hesab o ...

Səhifəni çap et
Mery (Offline)
Əlavə edilən tarix 1 aprel 2012 16:09 | 10

Şərh sayı: 1067
Xəbər sayı: 43
Xalı: 833
Qeydiyyat: 27.06.2011
 
hmmm tesekkurler.....




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 12
vusaal (Offline)
Əlavə edilən tarix 17 avqust 2011 12:08 | 9

Şərh sayı: 837
Xəbər sayı: 164
Xalı: 1718
Qeydiyyat: 6.08.2011
 
Onu Allah biler




Status: qeyd edilməyib
imza
Calismaq heyat,dusunmek isiqdir
ICQ: --
Reputasiya: 1
Sir Rasim (Offline)
Əlavə edilən tarix 2 yanvar 2011 18:55 | 8

Şərh sayı: 63
Xəbər sayı: 0
Xalı: 0
Qeydiyyat: 29.10.2009
Mükafatı yoxdur
cox saolun bawdan axira kimi oxudum...twk




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
fasqa (Offline)
Əlavə edilən tarix 2 yanvar 2011 01:54 | 7

Şərh sayı: 3102
Xəbər sayı: 0
Xalı: 224
Qeydiyyat: 13.12.2010
 
tasakkurlar




Status: qeyd edilməyib
imza
manasiz hayat heyat gozal olsaydi dogulaken aglamazdiq heyat tamizl olsaydi olerken yuyulmazdiq
ICQ: --
Reputasiya: 0
Sparrow (Offline)
Əlavə edilən tarix 2 yanvar 2011 01:17 | 6

Şərh sayı: 2818
Xəbər sayı: 232
Xalı: 22
Qeydiyyat: 29.10.2010
  
Tesekkur edirem XP




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 6
Ayla_girl (Offline)
Əlavə edilən tarix 2 yanvar 2011 00:44 | 5

Şərh sayı: 2032
Xəbər sayı: 71
Xalı: 20
Qeydiyyat: 21.11.2010
 
Ayyda coxdur vaxtim yoxdur..Xebere gore tesekkurler...




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 3
damn think (Offline)
Əlavə edilən tarix 1 yanvar 2011 23:14 | 4

Şərh sayı: 946
Xəbər sayı: 21
Xalı: 0
Qeydiyyat: 22.10.2010
Mükafatı yoxdur
tesekkur cooox maraqli idi hamisini oxudum 5 ses xebere




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 0
Ice (Offline)
Əlavə edilən tarix 1 yanvar 2011 23:02 | 3

Şərh sayı: 2397
Xəbər sayı: 40
Xalı: 423
Qeydiyyat: 20.05.2010
 
uydaaa coxdur sonra mutleq oxuyacam...




Status: qeyd edilməyib
imza
♥ I'm incomplete without YOU! ♥

https://www.facebook.com/lloovveellyypphhoottooss ----> like
ICQ: --
Reputasiya: 1
_ROCK_STAR_ (Offline)
Əlavə edilən tarix 1 yanvar 2011 21:33 | 2

Şərh sayı: 3871
Xəbər sayı: 214
Xalı: 506
Qeydiyyat: 19.12.2010
  
tesekkurler.xebere gore.maraqlidir




Status: 3w.Nice.aZ
ICQ: --
Reputasiya: 14
SEV_GI (Offline)
Əlavə edilən tarix 1 yanvar 2011 21:01 | 1

Şərh sayı: 6171
Xəbər sayı: 335
Xalı: 269
Qeydiyyat: 26.08.2009
  
Tewekkurler Xp...




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 9
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

İSTİFADƏÇİ PANELİ


Xoş Gəldiniz

Ləqəb
Şifrə

Qeydiyyatdan keç!
Şifrəni unutmusan?

AYLIQ MÜƏLLİFLƏR

AYLIQ ŞƏRHÇİLƏR

TOP ŞƏRHLƏR

SEV_GI

Şərh sayı: 6171
hebibi_p

Şərh sayı: 5686
_ROCK_STAR_

Şərh sayı: 3871
angel_org

Şərh sayı: 3456
fasqa

Şərh sayı: 3102
EMERALD

Şərh sayı: 2903
xansuagdash

Şərh sayı: 2848
Sparrow

Şərh sayı: 2818
Ice

Şərh sayı: 2397
Menekşe

Şərh sayı: 2376

ZƏNGİn İSTİFADƏÇİLƏR

HiTMaN

xal: 2821
Menekşe

xal: 2366
SiMPLe_GiRL

xal: 2234
Naxcione

xal: 2002
vusaal

xal: 1718
hebibi_p

xal: 1232
M1rZ3

xal: 1095
karakasa

xal: 1073
xeyal98

xal: 1057
NiXaTo

xal: 1003

SORĞU

Sizin fikrinizcə uğurun açarı aşağıdakılardan hansıdır?

İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər...


Son Səsverən: Qonaq
Bütün Sorğular