

www.nice.az » Maraqlı Məlumatlar » Dünya bayraqları
Dünya bayraqları
Bu xəbəri dostlarınla paylaş:
Braziliya.

Braziliya Birləşmiş Ştatlarının dövlət bayrağının əksər hissəsi yaşıl rəngə boyanıb. Bu rəng Braziliyada geniş yayılmış qəhvə ağacının rəmzi hesab edilir. Yaşıl rəngin fonundakı sarı romb brilyantı təsvir edir. O da, öz növbəsində, ölkənin zənginliyinin göstəricisidir. Brilyantın mərkəzində mavi rəngdə qlobus yerləşir. Qlobusun üzərində Braziliyadakı ştatların və bir də Braziliya Federal Dairəsinin sayına uyğun olaraq, 27 ulduz şəkli həkk olunub. Qlobusun mavi rəngi Rio-de-Janeyro şəhərinin üzərindəki səmanın rəmzidir. Qlobusun ekvatorundan üzərində “borc və inkişaf†sözü yazılan zolaq keçir. Bayrağın hazırkı forması 1889-cu ildən mövcuddur. Rəsmi olaraq isə 1992-ci ilin may ayının 12-də təsdiqlənib. Bayrağın ölçü nisbəti 7:10-dur.
Uruqvay.

Uruqvayın dövlət bayrağı rəsmi olaraq 1830-cu ilin iyul ayının 12-də qəbul edilib. Bayrağın ölçü nisbəti 7:10-dur. Uruqvayın bayrağı bir çox cəhətlərinə görə, Argentinanın bayrağına bənzəyir. Bu da əbəs deyil. Belə ki, Uruqvay müstəqillik əldə edənə qədər Argentinanın tərkibində olub. Bayrağın ilkin variantında 9 mavi və 10 ağ zolaq var idisə, 1830-cu ildə bu, 4 mavi və 5 ağ zolağa qədər endirildi. Ümumilikdə 9 zolaq Uruqvayın ilkin 9 bölgəsinin sayı ilə üst-üstə düşür. Bayraqdakı günəş şəkli azadlığı tərənnüm edir.
Yaponiya.

Yaponiya bayrağındakı ağ rəng dürüstlük və saflığı, qırmızı dairə isə ölkədən doğan günəşi təmsil edir. Rəvayətə görə, bir buddist rahib günəş tanrısı Aliaterasunun soyundan gəldiyinə inanılan Yaponiya hökmdarına bir günəş diski verib. Həmin gündən etibarən, yaponlar bayraqlarında günəş diskindən istifadə edirlər.
Sinqapur.

Sinqapurun dövlət bayrağı 2 bərabər üfüqi zolaqdan ibarətdir: qırmızı və ağ. Qırmızı zolağın solunda aypara və 5 ulduz şəkli təsvir olunub. Sinqapurun bayrağını hazırlayan şəxs To Çin Çaedir. 1965-ci ildə rəsmi olaraq ölkənin milli bayrağı kimi qəbul edilib. Qırmızı rəng insanların ümumi qardaşlığını və bərabərliyini təmsil edir. Ağ rəng paklıq və yaxşılıq rəmzidir. Aypara şəkli gənc və inkişaf edən milləti tərənnüm edir. 5 ulduz isə Sinqapurun ideallarıdır: demokratiya, sülh, inkişaf, ədalət və bərabərlik. Ölçüsü 2:3 nisbətindədir.
Vyetnam.

Vyetnamın dövlət bayrağı rəsmi qaydada 1955-ci ilin noyabr ayının 30 - da qəbul edilib. Bayrağın mərkəzindəki sarı beşguşəli ulduz Vyetnam Kommunist Partiyasının liderliyini tərənnüm edir. Qırmızı rəng sosialist inqilabının uğurunu təmsil edir. Ulduzun beş guşəsi isə fəhlələri, kəndliləri, əsgərləri, ziyalıları və gəncləri təcəssüm edir. Ölçüsü 2:3 nisbətindədir.
Cənubi Afrika Respublikası(CAR).

Cənubi Afrika Respublikasının (CAR) bayrağındakı qırmızı rəng qanın, mavi rəng səmanın, yaşıl rəng ölkə torpaqlarının, qara rəng afrikalı zənci əhalinin, ağ rəng avropalı ağ əhalinin, sarı rəng qızıl və digər təbii resursların rəmzidir. Bundan əlavə, bayraqdakı “y†forması iki irqin birləşdiyini tərənnüm edir.
İraq.

İraqın dövlət bayrağı 3 bərabər üfüqi zolaqdan ibarətdir: qırmızı, ağ və qara. Ağ zolağın üzərində yaşıl rəngdə “Allahu Əkbər†ifadəsi yazılıb. Bayrağın eninin uzunluğuna nisbəti 2:3-dür. Bayraqdakı qırmızı rəng İslamın düşmənlərinə qarşı mübarizəni; ağ rəng ərəb xalqının alicənablığını, comərdliyini, birliyini, qələbəsini; qara rəng isə ərəb xalqının böyük keçmişə malik olduğunu tərənnüm edir. Digər bir versiyaya görə, qırmızı rəng ərəblərin İslamdan öncəki rəmzi olub. Bayraq rəsmi olaraq, 2008-ci ilin yanvar ayının 22-də qəbul edilib.
İsrail.

1948-ci ildə İsrailin dövlət bayrağı haqqında qanun qəbul edilib. Parametrləri 8:11 nisbətindədir. Bayrağın mərkəzində təsvir olunmuş mavi rəngli altıguşəli ulduz “Davidin ulduzuâ€, “Davidin qalxanı†və “Solomonun möhürü “ kimi tanınır. Bu simvol qədim tarixə malik olub, sehrli gücün və iblisdən qorunmanın mənasını verir. İlk dəfə altıguşəli ulduzdan bayrağında 1354-cü ildə Praqadakı yəhudi icması iudizm inancına sadiqlik əlaməti olaraq istifadə edib. Mavi rəng İsrail səmasının, ağ rəng isə dini idealların paklığının rəmzidir.
Səudiyyə Ərəbistanı.

1973-cü ilin mart ayının 15-də Səudiyyə Ərəbistanının dövlət bayrağı haqqında qanun qəbul edilib. İslamı tərənnüm edən yaşıl parçanın üzərində “La İlahe İllallah va Muhammadun Rasululallah†ifadəsi yazılıb. Ağ rəngdə olan əyri qılınc şəkli isə ölkənin əsasını qoyan Abdullah Əziz ibn Saudun qələbəsini tərənnüm edir. Parametrləri 2:3 nisbətindədir.
Yunanıstan

Yunanıstanın dövlət bayrağı ağ, mavi zolaqlardan və bir xaç şəklindən ibarətdir. Mavi rəng səmanın rəmzidir. Ağ rəng isə ölkənin müstəqilliyi uğrunda aparılan mübarizədəki ümidi tərənnüm edir. Bayraqdakı 9 zolaq ölkənin coğrafi bölgələrinin sayı ilə eynilik təşkil edir: Mərkəzi Yunanıstan, Fessaliya, Makedoniya, Epir, Frakiya, Peloponnes, Krit, ıon adaları, Egey adaları. Bayrağın indiki forması 1862-ci ildən mövcuddur.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: Ice |
Baxış sayı : 4337 |
Rəylərin sayı (12) |
23 iyul 2010




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!