www.nice.az > Sevgi Aləmi > Mən öldüyüm gün ağlama
Mən öldüyüm gün ağlama15 dekabr 2010. Müəllif: Sparrow |
Mən öldüyüm gün ağlama Çoxu ağlar, sənsə o gün, Qürurlu dur mənim üçün. Bəzisi etsə toy-düyün, Ürəyini çox dağlama. Mən öldüyüm gün ağlama… ![]() Qəm qüssəni at kənara. Bu yolla gedirsən hara? Öz gününü etmə qara. Sən mənimçün yas saxlama. Mən öldüyüm gün ağlama… ![]() Qəbrimə qoy tər gülləri, Biraz ağla, tez dön geri. Səhifələ xoş günləri, Pis günləri varağlama. Mən öldüyüm gün ağlama… ![]() Bu sevgidə yalan varsa. Qəlbinə nur salan varsa. Sənə layiq olan varsa, Mənə çoxda bel bağlama, Mən öldüyüm gün ağlama… |