

www.nice.az » Sevgi Aləmi » Mən öldüyüm gün ağlama
Mən öldüyüm gün ağlama
Mən öldüyüm gün ağlama
Çoxu ağlar, sənsə o gün,
Qürurlu dur mənim üçün.
Bəzisi etsə toy-düyün,
Ürəyini çox dağlama.
Mən öldüyüm gün ağlama…
Qürurlu dur mənim üçün.
Bəzisi etsə toy-düyün,
Ürəyini çox dağlama.
Mən öldüyüm gün ağlama…

Qəm qüssəni at kənara.
Bu yolla gedirsən hara?
Öz gününü etmə qara.
Sən mənimçün yas saxlama.
Mən öldüyüm gün ağlama…
Bu yolla gedirsən hara?
Öz gününü etmə qara.
Sən mənimçün yas saxlama.
Mən öldüyüm gün ağlama…

Qəbrimə qoy tər gülləri,
Biraz ağla, tez dön geri.
Səhifələ xoş günləri,
Pis günləri varağlama.
Mən öldüyüm gün ağlama…
Biraz ağla, tez dön geri.
Səhifələ xoş günləri,
Pis günləri varağlama.
Mən öldüyüm gün ağlama…

Bu sevgidə yalan varsa.
Qəlbinə nur salan varsa.
Sənə layiq olan varsa,
Mənə çoxda bel bağlama,
Mən öldüyüm gün ağlama…
Qəlbinə nur salan varsa.
Sənə layiq olan varsa,
Mənə çoxda bel bağlama,
Mən öldüyüm gün ağlama…
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: Sparrow |
Baxış sayı : 533 |
Rəylərin sayı (10) |
15 dekabr 2010




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!