www.nice.az > Sevgi Aləmi > Əlvida demədən gedəcəm... [şeir]
Əlvida demədən gedəcəm... [şeir]2 oktyabr 2012. Müəllif: Menekşe |
![]() Bir daha qarşına çıxa bilmərəm Son dəfə əlini sıxa bilmərəm Sənin gözlərinə baxa bilmərəm Əlvida demədən çıxıb gedəcəm. Dərdi yeni sinəmdə ürəkmi qaldı Sən getdin nəysə deməkmi qaldı Daha əlvidaya gərəkmi qaldı Əlvida demədən çıxıb gedəcəm. Sevməyim, unudum, neyləyim axı? Budur taleyimin acı sınağı Vallah bacarmiram vidalaşmağı Əlvida demədən çıxıb gedəcəm. Nə deyim əlvida gəlmədi dilə Qayıtma getdinsə sən bilə-bilə Məndən incisən də, küsən də belə Əlvida demədən çıxıb gedəcəm. Bəlkə qarşılaşdıq hərdən səninlə Mənimlə üz-üzə, göz-gözə gələsən Sən mənə əlvida deyəcəksən, mən Əlvida demedən çıxıb gedəcəm. |