

www.nice.az » Sevgi Aləmi » Əlvida demədən gedəcəm... [şeir]
Əlvida demədən gedəcəm... [şeir]
![Əlvida demədən gedəcəm... [şeir] Əlvida demədən gedəcəm... [şeir]](/uploads/posts/1349167978_copy.jpg)
Bir daha qarşına çıxa bilmərəm
Son dəfə əlini sıxa bilmərəm
Sənin gözlərinə baxa bilmərəm
Əlvida demədən çıxıb gedəcəm.
Dərdi yeni sinəmdə ürəkmi qaldı
Sən getdin nəysə deməkmi qaldı
Daha əlvidaya gərəkmi qaldı
Əlvida demədən çıxıb gedəcəm.
Sevməyim, unudum, neyləyim axı?
Budur taleyimin acı sınağı
Vallah bacarmiram vidalaşmağı
Əlvida demədən çıxıb gedəcəm.
Nə deyim əlvida gəlmədi dilə
Qayıtma getdinsə sən bilə-bilə
Məndən incisən də, küsən də belə
Əlvida demədən çıxıb gedəcəm.
Bəlkə qarşılaşdıq hərdən səninlə
Mənimlə üz-üzə, göz-gözə gələsən
Sən mənə əlvida deyəcəksən, mən
Əlvida demedən çıxıb gedəcəm.
Son dəfə əlini sıxa bilmərəm
Sənin gözlərinə baxa bilmərəm
Əlvida demədən çıxıb gedəcəm.
Dərdi yeni sinəmdə ürəkmi qaldı
Sən getdin nəysə deməkmi qaldı
Daha əlvidaya gərəkmi qaldı
Əlvida demədən çıxıb gedəcəm.
Sevməyim, unudum, neyləyim axı?
Budur taleyimin acı sınağı
Vallah bacarmiram vidalaşmağı
Əlvida demədən çıxıb gedəcəm.
Nə deyim əlvida gəlmədi dilə
Qayıtma getdinsə sən bilə-bilə
Məndən incisən də, küsən də belə
Əlvida demədən çıxıb gedəcəm.
Bəlkə qarşılaşdıq hərdən səninlə
Mənimlə üz-üzə, göz-gözə gələsən
Sən mənə əlvida deyəcəksən, mən
Əlvida demedən çıxıb gedəcəm.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: Menekşe |
Baxış sayı : 592 |
Rəylərin sayı (5) |
2 oktyabr 2012




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!