www.nice.az > Sevgi Aləmi > indice tanidim seni... [Şeir]
indice tanidim seni... [Şeir]1 avqust 2012. Müəllif: -SeVa- |
![]() Gedirsən, nə deyim, nə söz söyləyim Saxlaya bilmədim yolundan səni Sənə inanmışdım, könül vermişdim Çox heyif, indicə tanıdım səni, Sən mənim gözümdə uca bir dağsan Əyilmə sevginin göz yaşlarına Şübhələr qoymadı səni sevməyə Yalandi.. aldanma goz yaslarima... Dəlisov sevgim də, məhəbbətim də Olmayıb, hamısını yalan demişəm Baxma ki, indicə doldu gözlərim Yəqin varlıgına çox öyrəşmişəm... Qəlbinin yerinə bir daş bağla sən.. Bəlkə eşq önündə əyilə bildin! Necə inanmışdım xoş sözlərinə… Sən məni dəlilər kimi sevirdin..? Sözlər, şerlər də bəs etmir mənə Bu dərdi dağlara danışsam azdır... Bəxtim gözlərimin içinə baxıb Ayağım altında bir quyu qazdı... Bağışla söhbətim çox uzun çəkdi Gedirsən yolundan etməyim səni Taleyim bəs günlük sevinəcəkdi... Indi çalışacaq unutsun səni... Indi nə etsən də, nə söyləsən də Ovuda bilmərsən yanan qəlbimi Özün öz əlinlə yıxdın bu eşqi, Öldürdün, dərdindən ölən sevgimi... |