Şikayətini bildir
www.nice.az » Sevgi Aləmi » indice tanidim seni... [Şeir]
indice tanidim seni... [Şeir]
Bu xəbəri dostlarınla paylaş:
![indice tanidim seni... [Şeir] indice tanidim seni... [Şeir]](/uploads/posts/1343819553_gg.jpg)
Gedirsən, nə deyim, nə söz söyləyim
Saxlaya bilmədim yolundan səni
Sənə inanmışdım, könül vermişdim
Çox heyif, indicə tanıdım səni,
Sən mənim gözümdə uca bir dağsan
Əyilmə sevginin göz yaşlarına
Şübhələr qoymadı səni sevməyə
Yalandi.. aldanma goz yaslarima...
Dəlisov sevgim də, məhəbbətim də
Olmayıb, hamısını yalan demişəm
Baxma ki, indicə doldu gözlərim
Yəqin varlıgına çox öyrəşmişəm...
Qəlbinin yerinə bir daş bağla sən..
Bəlkə eşq önündə əyilə bildin!
Necə inanmışdım xoş sözlərinə…
Sən məni dəlilər kimi sevirdin..?
Sözlər, şerlər də bəs etmir mənə
Bu dərdi dağlara danışsam azdır...
Bəxtim gözlərimin içinə baxıb
Ayağım altında bir quyu qazdı...
Bağışla söhbətim çox uzun çəkdi
Gedirsən yolundan etməyim səni
Taleyim bəs günlük sevinəcəkdi...
Indi çalışacaq unutsun səni...
Indi nə etsən də, nə söyləsən də
Ovuda bilmərsən yanan qəlbimi
Özün öz əlinlə yıxdın bu eşqi,
Öldürdün, dərdindən ölən sevgimi...
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: -SeVa- |
Baxış sayı : 955 |
Rəylərin sayı (6) |
1 avqust 2012
Müəllif: -SeVa- |
Baxış sayı : 955 |
Rəylərin sayı (6) |
1 avqust 2012
|
| ||||
|
|
Səhifəni çap et
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

İstifadəçilər: 0
Robotlar: 0
Qonaqlar: 68
Saytda olan son 20 istifadəçi
![Sevgilim, niyə gəldin niyə gedirsən? [şeir] Sevgilim, niyə gəldin niyə gedirsən? [şeir]](http://s011.radikal.ru/i318/1011/5a/ece6f9f4104f.gif)
![Öyrəşmişəm [şeir] Öyrəşmişəm [şeir]](http://i015.radikal.ru/1011/f0/b3a430e8534c.gif)















