www.nice.az > Sevgi Aləmi > Hardasan [şeir]
Hardasan [şeir]21 iyul 2012. Müəllif: Sinan.N |
![]() Bir qız küsdürmüşəm... Məndən xəbərsiz Bu kədər o qızı apardı hara?.. Həsrəti payıztək çöküb hər şeyə, Yağıb şəhərlərə, qərib yollara .. İndicə yenə də düşəcək axşam- Bir əzab, bir həsrət axşamı kimi. Çölə yağan yağış görünür mənə- Onun göz yaşının davamı kimi .. Bir də özgəsini sevməsin deyə Bu qəmlə bağrını dağlayacaqdır. Yanında adımı çəksəniz əgər Oturub uşaqtək ağlayacaqdır .. O qızı gəzirəm sevindirməyə. Bir qəm zülmətində itməsin deyə. Ümiddən, arzudan, taledən uzaq Hardasa bir qəm tək bitməsin deyə! .. |