

www.nice.az » Sevgi Aləmi » Hardasan [şeir]
Hardasan [şeir]
![Hardasan [şeir] Hardasan [şeir]](/uploads/posts/1342857113_copy.jpg)
Bir qız küsdürmüşəm... Məndən xəbərsiz
Bu kədər o qızı apardı hara?..
Həsrəti payıztək çöküb hər şeyə,
Yağıb şəhərlərə, qərib yollara ..
İndicə yenə də düşəcək axşam-
Bir əzab, bir həsrət axşamı kimi.
Çölə yağan yağış görünür mənə-
Onun göz yaşının davamı kimi ..
Bir də özgəsini sevməsin deyə
Bu qəmlə bağrını dağlayacaqdır.
Yanında adımı çəksəniz əgər
Oturub uşaqtək ağlayacaqdır ..
O qızı gəzirəm sevindirməyə.
Bir qəm zülmətində itməsin deyə.
Ümiddən, arzudan, taledən uzaq
Hardasa bir qəm tək bitməsin deyə! ..
Bu kədər o qızı apardı hara?..
Həsrəti payıztək çöküb hər şeyə,
Yağıb şəhərlərə, qərib yollara ..
İndicə yenə də düşəcək axşam-
Bir əzab, bir həsrət axşamı kimi.
Çölə yağan yağış görünür mənə-
Onun göz yaşının davamı kimi ..
Bir də özgəsini sevməsin deyə
Bu qəmlə bağrını dağlayacaqdır.
Yanında adımı çəksəniz əgər
Oturub uşaqtək ağlayacaqdır ..
O qızı gəzirəm sevindirməyə.
Bir qəm zülmətində itməsin deyə.
Ümiddən, arzudan, taledən uzaq
Hardasa bir qəm tək bitməsin deyə! ..
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: Sinan.N |
Baxış sayı : 745 |
Rəylərin sayı (3) |
21 iyul 2012




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!