www.nice.az > Sevgi Aləmi > ATA haqqında gözəl bir şeir
ATA haqqında gözəl bir şeir26 mart 2012. Müəllif: Bad girl |
![]() Etməsin heç kəsi qoy Haqqu-Teala atasız Yoxdu beş günlük olan ömürdə məna atasız Necə izah eliyim mən bu dərin dəryanı Çünki yazmaqa qurtarmaz bu böyük mənanı Neçə dost ilə qohumla sürəsən dünyanı Ata yoxdursa demək boşdu bu dünya atasız Sevsə hər kim atanın saxlasa gel hörmətini Allah ol kəsdən uzaq saxlamaz öz rəhmətini Atanın qədrini bil vurma yerə zəhmətini Çox çətindir eləmək bir işi bərpa atasız Bir kəsinki ola var dövləti cahu-celalı Xalq arasında şanı,şöhrəti əqli-kamalı Ola qardaş bacısı dostları əhli-əyalı Yenə hiss eylər özün dəhridə tənha atasız Tanri xəlq eyləyib insanı gətirdikdə cana Bəxş edər valideyin vasitəsiylə cahana Nə qədər dahi müqəddəs böyük ad olsa ANA Gələ bilməz həyata bir uşaq əsla atasız Bir nəfər vardı Məsiha deyim ondan yeridir Qeybidən xəlq olub qeybə çəkilmiş diridir Buda Pərvərdigarın möcüzəsindən biridir Ki bu dünyaya gəlib Həzrəti İsa atasız Ata haqqında bunu söyləməyə haqqım var Onu inkar edən Allahını eylər inkar Ey İlahi məni qoy əlsiz,ayaqsız bimar Rəhm eylə Pərvizi, amma qoyma atasız |