www.nice.az » Sevgi Aləmi » ATA haqqında gözəl bir şeir
ATA haqqında gözəl bir şeir

Etməsin heç kəsi qoy Haqqu-Teala atasız
Yoxdu beş günlük olan ömürdə məna atasız
Necə izah eliyim mən bu dərin dəryanı
Çünki yazmaqa qurtarmaz bu böyük mənanı
Neçə dost ilə qohumla sürəsən dünyanı
Ata yoxdursa demək boşdu bu dünya atasız
Sevsə hər kim atanın saxlasa gel hörmətini
Allah ol kəsdən uzaq saxlamaz öz rəhmətini
Atanın qədrini bil vurma yerə zəhmətini
Çox çətindir eləmək bir işi bərpa atasız
Bir kəsinki ola var dövləti cahu-celalı
Xalq arasında şanı,şöhrəti əqli-kamalı
Ola qardaş bacısı dostları əhli-əyalı
Yenə hiss eylər özün dəhridə tənha atasız
Tanri xəlq eyləyib insanı gətirdikdə cana
Bəxş edər valideyin vasitəsiylə cahana
Nə qədər dahi müqəddəs böyük ad olsa ANA
Gələ bilməz həyata bir uşaq əsla atasız
Bir nəfər vardı Məsiha deyim ondan yeridir
Qeybidən xəlq olub qeybə çəkilmiş diridir
Buda Pərvərdigarın möcüzəsindən biridir
Ki bu dünyaya gəlib Həzrəti İsa atasız
Ata haqqında bunu söyləməyə haqqım var
Onu inkar edən Allahını eylər inkar
Ey İlahi məni qoy əlsiz,ayaqsız bimar
Rəhm eylə Pərvizi, amma qoyma atasız

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: Bad girl |
Baxış sayı : 7362 |
Rəylərin sayı (13) |
26 mart 2012

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!