www.nice.az > Sevgi Aləmi > Payız sevgisi [şeir]
Payız sevgisi [şeir]13 avqust 2011. Müəllif: _ROCK_STAR_ |
![]() Hərdən oturub özüm-özümə Mən o gecəni xatırlayıram, Gözün-gözümə dizin dizimə, Bir də musiqi sakit aram... O uzaq gecə başlanan payız Hələ nə qədər davam edəcək, Yağışlı gecə həyacanlı qız Hardan gəlmişdi hara gedəcək... Payız ömürdən uzun sürəcək Payız nəğməsi, payız sevgisi Yellədi bizi qəmli yelləncək, Uçurdu bizi, qaçırdı bizi... Payız sevgisi gəldi gizlicə, Gizlicə getdi, gəldiyi kimi Mən elə bildim bitməz o gecə Hər şey olmayır bildiyin kimi.. Yelləncək uçar boş-boşuna Həyat dayanar,yelləncək uçar Baxmaz küləyə, baxmaz yağışa Sən orda naçar, mən burda naçar... Payızda gəməz bir daha sevgi Həmin gecədə uzqa bir yuxu Həmin gecəylə getdi mənimki, Bir ümid qaldı bir də bu qorxu...!!! |