

www.nice.az » Sevgi Aləmi » Payız sevgisi [şeir]
Payız sevgisi [şeir]
![Payız sevgisi [şeir] Payız sevgisi [şeir]](/uploads/posts/1313218001_1313212005-325.jpg)
Hərdən oturub özüm-özümə
Mən o gecəni xatırlayıram,
Gözün-gözümə dizin dizimə,
Bir də musiqi sakit aram...
O uzaq gecə başlanan payız
Hələ nə qədər davam edəcək,
Yağışlı gecə həyacanlı qız
Hardan gəlmişdi hara gedəcək...
Payız ömürdən uzun sürəcək
Payız nəğməsi, payız sevgisi
Yellədi bizi qəmli yelləncək,
Uçurdu bizi, qaçırdı bizi...
Payız sevgisi gəldi gizlicə,
Gizlicə getdi, gəldiyi kimi
Mən elə bildim bitməz o gecə
Hər şey olmayır bildiyin kimi..
Yelləncək uçar boş-boşuna
Həyat dayanar,yelləncək uçar
Baxmaz küləyə, baxmaz yağışa
Sən orda naçar, mən burda naçar...
Payızda gəməz bir daha sevgi
Həmin gecədə uzqa bir yuxu
Həmin gecəylə getdi mənimki,
Bir ümid qaldı bir də bu qorxu...!!!
Mən o gecəni xatırlayıram,
Gözün-gözümə dizin dizimə,
Bir də musiqi sakit aram...
O uzaq gecə başlanan payız
Hələ nə qədər davam edəcək,
Yağışlı gecə həyacanlı qız
Hardan gəlmişdi hara gedəcək...
Payız ömürdən uzun sürəcək
Payız nəğməsi, payız sevgisi
Yellədi bizi qəmli yelləncək,
Uçurdu bizi, qaçırdı bizi...
Payız sevgisi gəldi gizlicə,
Gizlicə getdi, gəldiyi kimi
Mən elə bildim bitməz o gecə
Hər şey olmayır bildiyin kimi..
Yelləncək uçar boş-boşuna
Həyat dayanar,yelləncək uçar
Baxmaz küləyə, baxmaz yağışa
Sən orda naçar, mən burda naçar...
Payızda gəməz bir daha sevgi
Həmin gecədə uzqa bir yuxu
Həmin gecəylə getdi mənimki,
Bir ümid qaldı bir də bu qorxu...!!!
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: _ROCK_STAR_ |
Baxış sayı : 906 |
Rəylərin sayı (3) |
13 avqust 2011




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!