www.nice.az > Sevgi Aləmi > Mənə “sevgilim†demə!
Mənə “sevgilim†demə!6 avqust 2011. Müəllif: jalicka |
![]() Mənə “sevgilim†demə! Sadəcə sevgin olum. Kədərli anlarında sığınmaq istədiyin ocağın, evin olum. Dərdlərini anlayan, həm sevən, həm danlayan müdrik həmdəmin olum. Sevincin, qəmin olum. İstəsən, nur paylayan qızmar günəşin olum. Səni bəzən isidən, bəzən yaxıb-yandıran odun-atəşin olum. Yaşamağa səsləyən qaynar gənclik həvəsin, doğma, əziz nəfəsin, nəğməli səsin olum. Amma “sevgilim†demə! Demək, həyat beləymiş... Nə qəribə, nə müdhiş! Dayanmışam bir daha həyat astanasında, illər məni səsləyir. Səni isə, qarşıda hələ nələr gözləyir... Yanında olmasam da bütün olub-keçənlər səninlə olacaqdır. Söhbətlərim, sözlərim yadında qalacaqdır. Yaşa min bir həvəslə! Qəlbində məni çağır, qəlbində məni səslə! Heç darılma, qəm yemə! Amma, nə deyirsən de, hətta qəlbində belə, elə gizlində belə, mənə “sevgilim†demə! |