

www.nice.az » Sevgi Aləmi » Mənə “sevgilim†demə!
Mənə “sevgilim†demə!
Bu xəbəri dostlarınla paylaş:

Mənə “sevgilim†demə!
Sadəcə sevgin olum.
Kədərli anlarında sığınmaq istədiyin
ocağın, evin olum.
Dərdlərini anlayan,
həm sevən, həm danlayan müdrik həmdəmin olum.
Sevincin, qəmin olum.
İstəsən, nur paylayan qızmar günəşin olum.
Səni bəzən isidən,
bəzən yaxıb-yandıran odun-atəşin olum.
Yaşamağa səsləyən qaynar gənclik həvəsin,
doğma, əziz nəfəsin,
nəğməli səsin olum.
Amma “sevgilim†demə!
Demək, həyat beləymiş...
Nə qəribə, nə müdhiş!
Dayanmışam bir daha həyat astanasında,
illər məni səsləyir.
Səni isə, qarşıda hələ nələr gözləyir...
Yanında olmasam da
bütün olub-keçənlər səninlə olacaqdır.
Söhbətlərim, sözlərim yadında qalacaqdır.
Yaşa min bir həvəslə!
Qəlbində məni çağır, qəlbində məni səslə!
Heç darılma, qəm yemə!
Amma, nə deyirsən de,
hətta qəlbində belə,
elə gizlində belə,
mənə “sevgilim†demə!
Sadəcə sevgin olum.
Kədərli anlarında sığınmaq istədiyin
ocağın, evin olum.
Dərdlərini anlayan,
həm sevən, həm danlayan müdrik həmdəmin olum.
Sevincin, qəmin olum.
İstəsən, nur paylayan qızmar günəşin olum.
Səni bəzən isidən,
bəzən yaxıb-yandıran odun-atəşin olum.
Yaşamağa səsləyən qaynar gənclik həvəsin,
doğma, əziz nəfəsin,
nəğməli səsin olum.
Amma “sevgilim†demə!
Demək, həyat beləymiş...
Nə qəribə, nə müdhiş!
Dayanmışam bir daha həyat astanasında,
illər məni səsləyir.
Səni isə, qarşıda hələ nələr gözləyir...
Yanında olmasam da
bütün olub-keçənlər səninlə olacaqdır.
Söhbətlərim, sözlərim yadında qalacaqdır.
Yaşa min bir həvəslə!
Qəlbində məni çağır, qəlbində məni səslə!
Heç darılma, qəm yemə!
Amma, nə deyirsən de,
hətta qəlbində belə,
elə gizlində belə,
mənə “sevgilim†demə!
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: jalicka |
Baxış sayı : 414 |
Rəylərin sayı (11) |
6 avqust 2011




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!